Dərbənddə Azərbaycan musiqisi gecəsi

 

Vahid poeziya evinin nümayəndələri Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin dəvəti ilə Dağıstanda maraqlı konsert vermişlər.
Proqramda Azərbaycan televiziya və radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti Ruzə İbişova, Vahid poeziya evinin müdiri, tarzən Hacı Şahin Verdiyev, Dərbənd xalq çalğı alətləri ansamblının üzvləri birgə çıxış etmişlər. R.İbişova Azərbaycan bəstəkarlarının əsərlərini, muğam və xalq mahnılarını oxumuşdur.
Konsert burada yaşayan azərbaycanlıların böyük marağına səbəb olmuşdur

 

Azərbaycan.- 2006.- 6 sentyabr.- S. 6.