İradə
“Mənasız işlərlə
məşğul olmaqdansa
oxumaq yaxşıdır”
Faiq Sücəddinov
«Azəristar»ı tənqid
edənlərin onların
yerinə göz dikdiyini bildirir
“Bakcel”in baş sponsorluğu ilə «Space»
televiziyasında yayınlanan
“Azəristar” yarışması
artıq sona çatıb. Bu gün
yarışmanın qalibi
elan olunacaq".
Qeyd edək ki, bu
ınüsabiqə başlandığı
ğündən Mətbuatda
müxtəlif qalmaqallar,
söz-söhbətlər dolaşıb.
Müsabiqəyə tənqidi nöqteyi-nəzərdən
yanaşılar, əsasən
peşəkar musiqiçilər,
bəstəkarlar və
müğənilər olub.
Onlar iştirakçılardan daha
çox, münsiflər
heyəti üzvlərinin
canlı efirdəki hərəkətlərini tənqid
ediblər. Əksər sənət
adamları isə bu qəbildən olan müsabiqələrin
sənətə, musiqiyə
deyil, sırf biznesə xidmət etdiyini bildirir. Hətda onların bəziləri “Azəristar”dan və digər bu tipli
müsabiqələrdən heç vaxt peşəkar müğəni
çıxmayacığına iddia edir.
Münsiflərin özləri necə, bu müsabiqədən həqiqi sənətkarların
çıxacağına inanırlarmı? Ümumiyyətlə, onlar iştirakçılardan
razı qalıblarmı?
Ən çox tənqid edilən münsiflər heyəti üzvlərindən
biri, tanınmış
bəstəkar Faiq Sücaddinovla əlaqə
saxladıq. Faiq müəllim bizimlə söhbətində bildirdi
ki, bu müsabiqədə
böyük əksəriyyət
olmasa da, bir neçə iştirakçı onda ümüd oyadıb: “Əvvəllər pionerlər
evi vardı, uşaqlar ora gedib, vaxtlarının səmərəli keçirirdilər,
musiqiyə maraq göstərirdilər. Hardasa
“Azəristar” yarışması
da həmin pionerlər evinin və digər uşaq yaradıcılıq
məkanlarının davamı
sayılır. Bu müsabiqədə iştirakçılar
4 ay musiqilə məşğul
olur, oranjıman, mahnı tapıb oxuyurlar. Yaxşı oxuyacaqlar, pis
oxuyacaqlar, bu başqa məsələdir.
Mənasız işlərlə məşğul olmaqdansa,
oxumaq yaxşıdır”.
F.Sücəddinov bu müsabiqəyə və
münsiflər heyətinə
irad tutan adamların onların yerinə can atdığını
bildirdi: “Bizi tənqid edənlərə
təxminən belə
qiymət vermək olar; «siz məni
öz partiyanıza dəvət edin və mən sizi bir daha
tənqid etməyəcəyəm”.
Bizi tənqid edənlərin hamısı müsabiqənin
münsiflər heyətində
təmsil olunmaq, yəni bizim yerimizdə oturmaq istəyən adamlardır.
Müsabiqənin dörd
nəfər münsiflər
heyəti üzvü
var. İndi kimsə bu dörd nəfərin
yerində ola
bilmədiyi üçün
bizi tənqid etməyə başlayır.
Orda da tənqid olunası nə var? Biz uşaqlara
deyirdik ki, bəstəkar mahnıları
oxuyun və s. Budur bizim fikrimiz,
şəxsən mənim
fikrim. Düzdür, mən istəyir-dim
ki, ən istedadlı uşaq seçilsin. Amma hər
şeyi biz yox, SMS-lər həll edir. SMS-in öz
qanunu var. Kimə çox SMS gəlirsə,
o da keçir. Mən kiminsə tapşırığı,
yaxud kiməsə xoş gəlmək üçün kimisə
seçməmişəm ki,
bir peşəkar kimi öz vicdanıma,
öz biliyimə görə o iştirakçını
seçmişəm. Bizi tənqid
edənlər məndən
ağıllıdır? Mən konservaloriyanın
bəstəkarlıq fakültəsini
bitirmişəm. Orkestrin rəhbəri
olmuşam, gəlib orkestrin rəhbəri olsunlar. Məndən
çox bilirlər, 6
il xaricdə
dərs demişəm.
Onlar da gedib xaricdə
dərs de-sinlər.
Hamı özünü ağıllı
sayır və televizora çıxıb
çıxış etmək
istəyir”.
Faiq Sücəddinovun
sözlərinə görə,
müsabiqədə iştirak
edən gənclərin
arasında zəifləri
də çox olub: “Amma bunların
içində istedadlı
uşaqlar da var. Mən iştirakçılardan
razı qaldım. Adam istəyir ki,
orda on nəfər yaxşı səsi olan iştirakçı olsun. Amma bu belə deyil, orada üç-dörd
nəfər yaxşı
oxuyan, ümid verən gənc iştirakçı vardı.
Mən istərdim ki, bizim musiqimizin səsi xarici ölkələrdən gəlsin.
Vaxtilə bizim musiqiçilərimiz,
müğənilərimiz xaricdə
daha çox konsertlər verir, Azərbaycan musiqisini təbliğ edirdilər.
Bu gün o körpülərin
yenidən bərpa olunmasına böyük ehtiyac var. İstərdim ki, xaricdə Azərbaycan estrada musiqisinin tərənnümçüləri
olsun və onlar bizim estrada
musiqimizi orda təqdim etsinlər”.
Bakı xəbər.- 2006.- 5 sentyabr.- S. 16.