Mədəniyyət və Turizm Nazirliyi gənc bəstəkarlara dəstək verəcək

 

İstedadlı gənclərin yaradıcılıq təşəbbüslərinin dəstəklənməsinin, gənc bəstəkarların təbliği və tanıdılmasının vacibliyini, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının müraciətini nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyində müvafiq əmr imzalanıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov bildirilib ki, bununla əlaqədar sentyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gənc bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin müəllif konseri təşkil olunacaq. Konsertin Filarmoniyanın səsyazma studiyası tərəfindən lentə alınması nəzərdə tutulub.

 

Yeni Azərbaycan.- 2006.- 2 sentyabr.- S. 8.