Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
"Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin
inkişafında böyük
xidmətləri olan aşağıdakı
şəxslərə Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdləri verilsin:
Abdullayev Rasi Mahmud oğlu
Rəhimova Rəna Hüseyn qızı
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 sentyabr 2006-cı il
Azərbaycan.-2006.-17 sentyabr.-S. 1.