Nəzakət
Klassik sənət üzərində yetişən
tarzən
Mirzə Sadıq – 160
Azərbaycan tarını
həzin-həzin dinləndirərək sədası ilə
dilə gəlməyən hissləri insanlara çatdıran
musiqi xadimlərimizin səsi-sədası əsrlərdən
eşidilir. Lal duyğuları, susmuş hissləri, məhz
tarın sehirli sədası ilə canlandıran sənət
xadimləridir. Azərbaycanın sənət tarixində
gözəl ifası, çalğısı ilə
qəlbləri dlndirən neçə-neçə
ifaçılarımız olmuşdur ki, onların
yaradıcılıq yolu öyrənilərək
yazılı mənbələrə
köçmüşdür. Müasir dövrümüzdə
də bu ifaçıların sənət məktəbi
nəzərdən yayınmır və klassik sənət
üzərində yetişən nəsil öz
bünövrəsini qoyur.
Bu gün haqqında söz
açdığımız sənətkar da, məhz belə
bir yaradıcılıq dəsti-xəttinə malik olan
tarzəndir. Sənət xadimlərinə, eləcə də,
musiqisevərlərə yaxşı tanış olan Mirzə
Sadıq. El arasında Sadıqcan kimi tanınan tarzən
yaşadığı dövrdə müasirləri,
eləcə də, illər ötdükdən sonra
musiqisevərlər tərəfindən sənətinə
böyük ehtiram göstərilmişdir. Təbii ki, bu
münasibəti Sadıqcan yaradıcılıq
axtarışında əldə etdiyi nailiyyətlərə,
eləcə də, sənətinə qarşı olan
məsuliyyəti nəticəsində qazanmışdır.
Tale onu xanəndə yox, məhz muğamların gözəl ifaçısına çevrilən tarzən kimi yetişdirir
Böyük
musiqiçilər beşiyi kimi məşhur olan Şuşa
şəhərində dünyaya göz açan Sadıqcan
Azərbaycanın tanınmış musiqi xadimlərinin
ab-havasında böyümüş, sənətə ilk
addımlarını elə bu məkanda atmışdır.
1846-cı ildə dünyaya gələn Sadıqcan kiçik
yaşlarında xalq sənətinə böyük maraq
göstərmiş, hətta xanəndələrdən muğam
sənətinin sirlərini öyrənməyə cəhd göstərmişdir.
Tale elə gətirir ki, o, xanəndə yox, məhz
muğamların gözəl ifaçısına
çevrilən tarzən kimi şöhrətlənir. Onun
sənət aləmində ilk müəllimi Şuşa
şəhərində tanınmış tarzən olan Əli
Ələsgər olmuşdur. Tar sənətinin sirlərini
müəllimindən öyrənən Sadıqcanın
adı qısa bir müddətdə dövrün
məşhur ifaçıları olan Bülbülcan,
Əbdülbaqi, Məmmədhəsənlə yanaşı
çəkilirdi. Sənət aləmində tez bir zamanda
parlayan Sadıqcan novator kimi adını musiqi
sənətinə əbədi olaraq həkk edir. Belə ki, o,
1970-1975-ci illərdə İran tarı üzərində
rekonstruksiya apararaq, onu bir qədər təkmilləşdirir. Tanrı
qolundakı artıq pərdələri atır, onun 17
pərdəsini saxlayır. Bu hadisə sənət
aləmində əks-səda doğurur.
Sadıqcanın yenilikləri Qafqaz
və Orta Asiyada mövcud olan İran tarını sıradan
çıxarır
Biidiyimiz kimi, Sadıqcana qədər tar aləti diz üstə qoyularaq ifa edilirdi. Tarzən ilk dəfə olaraq milli aləti sinə üzərinə qaldıraraq çalmağa başlamışdır. Sadıqcana qədər tarın 5 simi var idisə, onun axtarışları nəticəsində 11 simə çatmışdır. Belə ki, Sadıqcan tara altı sim əlavə etmişdir. Sadıqcanın bu yenilikləri Qafqaz və Orta Asiyada mövcud olan, primitiv şəkildə tanınan İran tarını sıradan çıxarır. Göründüyü kimi, Sadıqcan, həqiqətən də, tar alətini təkmilləşdirmiş, fantaziyası, yaradıcılıq təxəyyülü ilə ona yeniliklər əlavə etmişdir. Ona görə də, Sadıqcanın tarını "sehrli tar", özünü isə "tarın atası" adlandırmışlar.
Bütün bu yeniliklərlə yanaşı, Sadıqcan Azərbaycan musiqi sənəti tarixində novatorluğu ilə yaradıcılıq yolunu davam etdirmişdir. Azərbaycan muğamlarını sevən və ona xüsusi diqqət yetirən Sadıqcan, bu janra da yeniliklər gətirmişdir. Tarı ilə Azərbaycan muğamlarını məxsusi şəkildə ifa edən tarzən "Segah" muğamını inkişaf etdirərək, tarın qoluna "Zabul", "Mirzə Hüseyn segah"ına isə "Müxalif" pərdəsini əlavə etmişdir. Sadıqcandan başlayaraq Azərbaycan muğamları mahiyyəti onun ifadə vasitəsi, təsir qüvvəsi, muğamatı ifa etmək üslubu yeni bir mərhələyə yüksəlmişdir.
Qeyd etdiyimiz kimi, Sadıqcan sənət aləmində daim yenilik axtarışında olan tarzən kimi şöhrətlənmişdir. Bu baxımdan, o, XIX əsrin 90-cı illərində Şuşada ansambl yaratmışdır. Dövrün tanınmış və istedadlı xanəndələrinin ifaçılarını ansambla cəlb edərək mötəbər məclislərdə çıxış etmişdir. Daha çox Azərbaycanın ziyalı xanımı olan Xurşudbanu Natəvanın məclislərində ansamblı ilə Azərbaycan klassik musiqi nömrələrini səsləndirmişdir. O, təkcə Azərbaycanda deyil, hətta kənar şəhərlərdə belə bu ansamblla məşhurlaşmışdır. Sadıqcanı Tiflisin "Mücdəhid", İrəvanın "Xurra" bağlarına dəvət etmişdilər.
Təbiətin bütün canlıları cansız alətdən qopan səsin sədasına belə laqeyd qala bilməmişlər
Sadıqcanın ifaçılıq sənətindən dövrün ziyalıları böyük həvəslə söz açmış, xatirələrində onunla bağlı fikirlərini yazıya almışdılar. XIX əsr Azərbaycan tarının xüsusi bir yolda olması Sadıqcanın adı ilə bağlıdır. Deyilənə görə, Sadıqcan tarını o şəkildə gözəl ifa edirmiş ki, təbiətin bütün canlıları onun cansız alətindən qopan səsin sədasına belə laqeyd qala bilməmişlər. Sadıqcan özünün saxladığı və bəslədiyi qara toyuğa Azərbaycan klassik musiqisinin sədaları altında belə rəqs etməyi öyrətmişdir. Ona xalq mahnı və təsniflərini öyrədərək qara toyuğun rəqsindən xüsusi zövq alarmış. Musiqi sənəti ilə bağlı olan tarixi mənbələrin birində qeyd olunur ki, tarzən Qurban Pirimov küçədən bir qara toyuq gətirərək Sadıqcanın çaldığı musiqi nömrələrinin təsirindən onun necə cuşa gəldiyinin və rəqs etdiyinin şahidinə çevrilmişdir. Sonralar Qurban Pirimov xatirələrində həmin hadisəni məharətlə qələmə almışdır.
Təbii ki, Sadıqcan irsi o qədər geniş şaxəlidir ki, onun yaradıcılıq yolunun hər qolunu işıqlandırmaq üçün kifayət qədər reallıqlara müracitə etmək mümkündür. Sadıqcan sənətinə yaradıcılığının hər dövründə münasibət yüksək olmuş, bu gün də o sənətin uğurlu illəri sənətşünaslar, eləcə də, bu sahənin davamçıları tərəfindən tədqiq olunaraq öyrənilir. Onun sənətinin, məktəbinin davamçıları olan Şirin Axundov, Məşədi Cəmil Əmirov, Qurban Pirimov kimi tarzənlər Sadıqcan irsindən bəhrələnərək, məktəbin layiqli yetirmələri kimi fəaliyyət göstərmişlər.
Sadıqcanın bu il
160 illik yubileyidir. Onun
bir əsrdən artıq yol gələn yaradıcılıq
irsi bu gün də böyük məhəbbətlə
qarşılanır və bu sahənin
mütəxəssisləri tərəfindən
Sadıqcanın həyat və fəaliyyəti tədris
edilir. Sadıqcan irsinə münasibət
hər zaman yüksək olduğu kimi, bu gün də,
xüsusilə, Azərbaycan klassik musiqisinə münasibətin
yüksək olduğu bir dövrdə belə daha
mükəmməl şəkildə tədqiq olunaraq, geniş
miqyasda təbliğ edilir.
Səs.- 2006.- 7
sentyabr.- S. 12.