Samirə

Uşaq xor kollektivlərinin müsabiqəsi

 

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda uşaq xor kollektivlərinin repertuarının yeniləşməsini, bəstəkarlarm bu sahəyə müraciətini stimullaşdırmaq, gənc nəslin musiqi zövqlərini nəzərə alaraq həm akademik, həm də müasir musiqi istiqamətləri və üslublarında yüksək bədii səviyyəli əsərlərin yaranmasına təkan vermək məqsədilə 2006-cı ilin oktyabr-noyabr aylarında Bəstəkarlar İttifaqı ilə birgə uşaq xor kollektivləri üçün mahnı müsabiqəsi keçirəcək.

Bu barodə məlumat qəzetimizə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Müsabiqəyə təqdim edilən əsərlər "Xor üçün mahnı", "Azərbaycan xalq mahnısının xor üçiin müasir üslubda işlənməsi", "Xor üçün vokaliz-orijinal bəstə və ya Azərbaycan rəqs, rəng melodiyaları" nominasiyalarına uyğun olmalı, heç yerdə səslənməməli və nəşr olunmamalıdır. Təqdim edilən əsərlərin səslənmə müddəti 4 dəqiqədən artıq olmamaqla uşaq xorlarının ifaçılıq imkanlarına uyğun gəlməlidir. Müsabiqənin qalibləri tanınmış musiqiçilərdən və mədəniyyət xadimlərindən ibarət münsiflər heyətinin qərarı ilə müəyyənləşdiriləcok və mükafatlandırılacaqlar. Əsərlər 2006-cı il dekabrın 1-dək müəlliflər haqqında məlumatla birgə Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilməlidir.

 

Həftə içi.- 2006.- 22 sentyabr.- S. 8.