Vasif Zülfüqar oğlu Adıgözəlov

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin birinci katibi, Dövlət mükafatı laureatı, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Vasif Zülfiqar oğlu Adıgözəlov 2006-cı il sentyabrın 15-də ömrünün 72-ci ilində vəfat etmişdir.

Vasif Adıgözəlov 1935-ci il iyulun 28-do Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini ixtisaslaşmış musiqi məktəbinin fortepiano sinfin alan Vasif Adıgözəlov 1953-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. O, konservatoriyanı 1958-ci ildə bəstəkarlıq, 1959-cu ildə isə fortepiano ixtisası üzrə bitirmişdir.

Hə tələbə ikən yaradıcılığa başlayan Vasif Adıgözəlovun ilk əsərləri 1956- ildə Azərbaycan bəstəkarlarının birinci qurultayında ifa olunmuşdur. 0, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsində baş redaktor, 1959-1960- illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun müəllimi, 1960-1961-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş musiqi redaktoru, 1962-1968-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin məsul katibi, 1968-1978-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblın bədii rəhbəri, 1972-1983-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru vəzifələrində işləmişdir.

Vasif Adıgözəlov 1972-ci ildən taleyini Bakı Musiqi Akademiyası ilə bağlamış, burada müəllim, dosent, professor Xor dirijorluğu kafedrasının müdiri kimi gənc musiqiçilər nəslinin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir. 1990- ildən o, Azərbaycan Bəstəkarlar Ittifaqının birinci katibi vəzifəsində çalışırdı.

Böyük musiqiçilər nəslinin layiqli nümayəndəsi Vasif Adıgözəlov müxtəlif janrlı əsərlərində həmişə zamanın nəbzini duymuşdur. Bəstəkarın xalqımızın muğam xəzinəsinə dərin bələdliyi ilə səciyyələnən yaradıcığı müasir Azərbaycan musiqi sənətinin parlaq səhifələrindən birini təşkil edir. Vasif Adıgözəlovun pianoçu kimi ifaçılıq fəaliyyəti musiqi tariximizdə xüsusi yer tutur.

Vasif Adıgözəlov müasirliklə milliliyin uğurlu sintezinə nail olaraq qiymətli əsərlər yaratmışdır. Ayrı-ayrı illərdə bəstələdiyi simfoniyaları simfonik poemaları, fortepiano skripka üçün konsertləri, oratoriyaları, operaları və musiqili komediyaları görkəmli sənətkara böyük şöhrət gətirmişdir. Onun yaradıcılığı simfonik, vokal-simfonik və irihəcmli instrumental əsərlərlə yanaşı, populyar mahnı janrının gözəl nümunələri ilə zəngindir. Bəstəkar öz əsərlərində Azərbaycan xalq musiqisinin bütün janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir. Vasif Adıgözəlovun yaradıcılığı üçün parlaq melodizm milli muğamlarımızdan qaynaqlanan xüsusiyyətlər xarakterikdir. Sənətkarın bir sıra kinofilmlərə dram tamaşalarına bəstələdiyi musiqi böyük maraqla qarşılanmışdır.

Vasif Adıgözəlovun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında mühüm rolu olmuşdur. O, peşəkar musiqiçi kadrların hazırlanmasına, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin təşkilinə böyük məsuliyyətlə yanaşan bir şəxsiyyət idi. Vasif Adıgözəlov cəmiyyətimizdə baş verən hadisələrə münasibətdə həmişə vətəndaşlıq mövqeyindən çıxış edən əsl ziyalı kimi tanınırdı.

Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiytləndirilmişdir. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" "İstiqlal" ordenləri ilə təltif olunmuşdur.

Görkəmli bəstəkar, mahir pedaqoq və gözəl insan Vasif Adıgözəlovun əziz xatirəsi daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 İlham Əliyev, Artur Rasizadə,

Oqtay Əsədov, Ramiz Mehdiyev,

Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,

Fatma Abdullazadə, Əbülfəs Qarayev,

Misir Mərdanov, Arif Məlikov, Ramiz Zöhrabov,

Firəngiz Əlizadə, Tofiq Bakıxanov, Azər Rzayev,

Aqşin Əlizadə, Ramiz Mustafayev, Musa Mirzəyev,

Xəyyam Mirzəzadə.

*   *   *

Mərhumun cənazəsi vidalaşmaq üçün 2006- il sentyabn 16-da saat 13.00-dan 15.00-dək Bakı Musiqi Akademiyasının binasında (Şəmsi Bədəlbəyli küçəsi, 98) qoyulacaqdır.

 

Azərbaycan. -2006.- 16 sentyabr.- S. 8.