Babayeva T.

Şərqin ilk opera günəşi


Həftənin ən mühüm mədəni hadisəsi Milli Musiqi Gününün qeyd edilməsi oldu

 

1908-ci ilin yanvarında Bakıda, Tağıyev Teatrında 22 yaşlı bəstəkarın "Leyli Məcnun" operası səhnələşdirilir. Əsər həm gənc bəstəkarın, həm bütün Şərq dünyasının ilk operası olur. Üzeyir Hacıbəyov adı isə Azərbaycan musiqisinin klassiki kimi tarixə düşür

…On ildən çoxdur ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü - sentyabrın 18-i Milli Musiqi Günü kimi qeyd olunur.
Bu ənənə maestro Niyazidən yadigar qalıb. Üzeyir Hacıbəyovun vəfatından sonra Niyazi hər il bu günü xüsusi olaraq qeyd edirmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyev Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin tarixin Milli Musiqi Günü kimi qeyd olunması barədə fərman imzalayaraq, bu ənənəni rəsmiləşdirdi.
Ənənəyə uyğun olaraq, hər il qeyd edilən Milli Musiqi Günü bu il musiqisevərləri bir araya topladı. Tanınmış sənət adamları, ziyalılar dahi bəstəkarın Fəxri Xiyabandakı məzarını ziyarət etdilər. Həmçinin, Üzeyir bəyin ömür-gün yoldaşı Məleykə xanımın, Zülfüqar Hacıbəyovun, Soltan Hacıbəyovun, Müslüm Maqomayevin, Bülbülün, Niyazinin, Qara Qarayevin, Fikrət Əmirovun Tofiq Quliyevin məzarı üzərinə əklillər qoyuldu. Sonra isə adəti üzrə Üzeyir bəyin adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında konsert düzənləndi. Bundan başqa, Musiqi Günü Səttar Bəhlulzadə adına Mərkəzi Salonda "Milli musiqi alətləri Azərbaycan təsviri sənətində" adlı sərgi açıldı. Dövlət Filarmoniyasında Qalina Vişnevskayanın Opera İfaçılıq Mərkəzi solistlərinin konserti oldu. Fəvvarələr meydanında Q.Qarayev adına Dövlət Kamera Orkestrinin, Milli Parkda isə Dövlət Nəfəs Alətləri Orkestrinin konserti keçdi. Kinoteatrlarda dahi bəstəkara həsr edilən milli musiqidən bəhs edən bədii sənədli filmlər nümayiş edildi. Akademik Opera Balet Teatrında isə Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası oynanıldı. Həmçinin, ölkənin müxtəlif mədəniyyət ocaqlarında, muzey kitabxanalarda Milli Musiqi Gününə Üzeyir bəyə həsr olunmuş tədbirlər keçirildi.
Milli musiqi tariximizdə önəmli yer tutan bəstəkarın yaradıcılığı yaşamı ilə daha yaxından
tanış olmaq istəyənlər isə Üzeyir Hacıbəyovun ev muzeyinə üz tutdular. Ötən il dörd otaq eyvandan ibarət ev muzeyi tarixilyini qorumaqla müasir tələblərə uyğun təmir edilib. Muzeyə giriş dahi bəstəkarın ömür yolundan bəhs edən guşə ilə başlayır.
Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. İlk təhsilini elə orada ikiillik məktəbdə alıb. 14 yaşında ikən Qori müəllimlər seminariyasına daxil olub. Burada o, skripka baritonda ifa etməyi öyrənib. Təhsilini bitirdikdən sonra bir müddət müəllim kimi çalışıb. 1913-cü ildə isə Sankt-Peterburq Konservatoriyasına daxil olub paralel olaraq, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib. Jurnal qəzetlərdə gənc Üzeyirin "Filankəs" imzası ilə felyeton məqalələri çıxıb. Artıq bu dövrdə Üzeyir Hacıbəyov bir neçə opera operettaların müəllifi kimi tanınırdı. "Leyli Məcnun"dan sonra bəstəkar "Şeyx Sənan", "Rüstəm Zöhrab", "Şah Abbas Xurşudbanu", "Əsli Kərəm", "Harun Leyla" operalarını nota köçürmüşdü. Operalarının librettolarını da özü yazan bəstəkar tezliklə dramaturq kimi yüksək istedada malik olduğunu nümayiş etdirir "Ər arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" komediyalarını yazır. yenidən tarixə düşür. Bu dəfə Şərqin ilk musiqili komediya yazarı kimi. Bəstəkarın sonuncu musiqili komediyası postsovet dövründə bir neçə xarici ölkələrin səhnələrində oynanılır. Bəstəkar bu əsəri 1913-cü ildə Sankt-Peterburq konservatoriyasında təhsil aldığı illərdə qələmə alıb. Deyilənlərə görə, konservatoriyanın rektoru, görkəmli rus bəstəkarı A.K.Qlazunov əsərlə
tanış olduqdan sonra onu hətta bütün Rusiyada ilk operetta adlandırıb. Bəstəkar xatirələrində əsərin süjetini doğma Şuşa həyatından götürüldüyünü qeyd edir. Əsərin ilk səhnə həyatı elə yazıldığı ilə təsadüf edir. Bu əsər Tağıyev Teatrının səhnəsində Hüseyn Ərəblinskinin rejissorluğu ilə tamaşaya qoyulub. Tamaşada rolları H.Sarabski, Ə.Ağdamski, M.H.Trequlov, H.Hüseynov kimi aktyorlar ifa ediblər. "Arşın mal alan"ın ekran həyatı da zəngin keçib. Liberetto bir neçə dəfə ekranlaşdırılıb. İlk dəfə 1916-cı ildə rejissor B.Svetlov tərəfindən lentə alınıb. Bu film səssiz olduğundan nümayiş zamanı xalq çalğı alətlərindən ibarət ansambl film boyu aktyorların oyununu müşayiət edib. Ariyaları isə Cabbar Qaryağdıoğlunun rəhbərliyi ilə bir qrup xanəndə ifa edib. Bir il sonra Bakıya gələn rejissor Q.Belyakov əsərə müraciət edir müəllifin iştirakı, məsləhəti olmadan film çəkir. Filmdə əsasən həvəskar aktyorlar çəkilirlər. Çox zəif alınan bu film həm Üzeyir Hacıbəyovun yaradıcılığını təhrif edirmiş. Film 1917-ci il aprelin 20-də ekranlara çıxsa da, iki gün sonra Üzeyir Hacıbəyovun təkidi ilə nümayişi dayandırılır. Əsər növbəti dəfə 1937-ci ildə, Amerikada yaşayan erməni rejissor R.Mamulyan tərəfindən ekranlaşdırılır. Amma bu filmin Üzeyir Hacıbəyovla bağlılığı, ümumiyyətlə, qeyd olunmur. Nəhayət, Bakı kinostudiyası 1945-ci ildə "Arşın mal alan"ı peşəkarcasına lentə almağa müvəffəq olur. Sabit Rəhmanın ssenarisi əsasında, R.Təhmasib N.Leşşenkanın rejissorluğu ilə çəkilən filmdə əsas rolları Rəşid Behbudov, Leyla Cavanşirova, Münəvvər Kələntərli, Lütvəli Abdullayev, Fatma Mehrəliyeva ifa edirlər. Film müharibədən təzəcə çıxmış Azərbaycanda, SSRİ məkanında eləcə dünyanın bir çox ölkələrində böyük uğurla nümayiş etdirilir. "Arşın mal alan" filminin sonuncu variantı isə 1965-ci ildə rejissor Tofiq Tağızadə tərəfindən çəkilib.
Bəstəkarın yaradıcılığının zirvəsində duran "Koroğlu" operası isə 1937-ci ildə səhnəyə qoyulub. Xalq musiqisi ilə klassik opera vasitələrini bir araya gətirən, xüsusi melodik dilə malik əsər dünyanın şah əsərləri ilə bir sırada dayanır. Üzeyir Hacıbəyovun xalqımıza verdiyi əsas töhfə isə şəksiz ki, "Üçrəngli bayrağınla məsud yaşa!" kəlməli Azərbaycan himnidir.
Üzeyir Hacıbəyov 63 il ömür sürüb. Azərbaycan peşəkar musiqisinin əsasını qoyan əsərlərini isə qısa zaman kəsiyində yazıb. Onun musiqili komediyalarındakı ifadələr xalq arasında zərbi-məsələ çevrilərək, indinin özünə qədər "duzunu" itirməyib. O, başqa xalqların neçə əsrlər boyu addım-addım gəldiyi yolu yarım əsrə qət edib. Amma Üzeyir Hacıbəyov adını dünyada yetərincə tanıtmaq üçün hələ xeyli görməliyik. Bu işdə bizlərin üzərinə böyük vəzifələr düşür.

 

Xəzər.- 2006.- 23 sentyabr.- S. 18.