Xəlilzadə F.

Azərbaycan mədəniyyətində Hacıbəylilərin rolu

 

Bu böyük bəstəkarın atası Əbdülhüseyn Hacıbəyli xan qızı Xurşudbanu Natəvanın sarayında mirzə işləmiş, daha sonra onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir. Həyat yoldaşı Şirinbəyim xanımla da məhz Natəvanın sarayında tanış olmuşlar. Onlar 1870-ci ildə ailə qurmuşlar. Üzeyir Hacıbəyovgilin ailəsində beş uşaq - iki qız, üçlan olub.
Bu ailənin Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafındakı xidmətləri əvəzsizdir. Ailənin böyük oğlu Zülfüqar Hacıbəyli Azərbaycanın ilk operalarından olan "Aşıq Qərib" xalq musiqisi ilə Avropa musiqisinin vəhdətini yaratmağa çalışmışdır. Onun bir sıra librettolara yazdığı musiqi öz sadəliyi, aydınlığı ilə seçilirdi. "50 yaşında cavan", "Varlı", "Evli ikən subay" adlı əsərləri bu gün musiqi dünyamızın bəzəyi sayılır. "Almaz" filminə Zülfüqar Hacıbəylinin yazdığı musiqi öz melodiyasına görə seçilir. Müəllifin iki operası - "Nüşabə" "Üç aşıq" yarımçıq qalmışdır.
Üzeyir Hacıbəyov ailənin ortancıl oğlu idi. Müasir Azərbaycan professional musiqisinin milli operasının banisi, Şərqdə ilk operanın yaradıcısı, xalq artisti, professor, vaxtilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan EA-nın İncəsənət İnstitutunun direktoru vəzifələrində çalışan Üzeyir Hacıbəyov Azərbaycan musiqisini dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil etmişdir. Onun bu sahədəki fədakarlığı bənzərsizdir.
Dahi Üzeyirin kiçik qardaşı Ceyhun Hacıbəyli bir çox musiqi əsərlərini yaratmaqda ona yaxından kömək etmiş, hətta bəzən tamaşalarda bir sıra obrazların yaradıcılarından biri olmuşdur. Onun ən diqqətəlayiq, unudulmaz xidmətlərindən biri "Azərbaycan" qəzetinin yaradılmasında göstərdiyi böyük əməkdir. Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin ilk redaktoru Ceyhun Hacıbəyli olmuşdur. 1920-ci ildə bolşeviklərin aprel çevrilişi zamanı Fransaya gedən Ceyhun Hacıbəyli vətənə bir daha dönməmiş, ömrünü mühacirətdə başa vurmuşdur.
Üzeyir Hacıbəyovun yaxın qohumu olan Soltan Hacıbəyli Azərbaycanın görkəmli bəstəkarlarından biri olub. Onun musiqiçi kimi formalaşmasında Üzeyir Hacıbəyovun rolu böyükdür. Soltanın bəstəkarlıq sənətini seçməsində Üzeyirin təsiri var idi. Soltan Hacıbəyli məşhur "Karvan" simfonik poemasını öz yaxın qohumuna, müəlliminə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyova həsr etmişdir. Soltan Hacıbəyov bir sıra uvertüra, mahnı, romans, simfoniya digər musiqi əsərlərini yazmaqla bərabər, həm "Gülşən" baletinin, "İsgəndər Çoban" operasının müəllifidir.
Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan imzalar içində iki eyni ad familiya var - Zülfüqar Hacıbəyli Zülfüqar Hacıbəyov. Birincisi, Üzeyir bəyin böyük qardaşı, ikincisi isə əmisi nəvəsidir. Zülfüqar Hacıbəyov adlanan əmisi nəvəsi Üzeyir bəylə həm rus-tatar məktəbində, həm Qori seminariyasında oxumuşdur. Təəssüf ki, bu istedadlı şəxsiyyət dünyasını vaxtsız dəyişmişdir. Onun ölümündən bərk sarsılan Üzeyir bəy Zülfüqarı xalqımızın "yıxılan sütunu" adlandırmışdır.
Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən biri məşhur dirijor, xalq artisti, beynəlxalq mükafatlar laureatı Niyazi isə Üzeyir Hacıbəyovun qardaşı oğludur. Onun da musiqiçi kimi formalaşmasında Üzeyir Hacıbəyovun təsiri əvəzsizdir. Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak etmiş Niyazinin qeyri-adi dirijorluq istedadı ona dünya şöhrəti gətirmişdr. Bu səbəbdəndir ki, onun dirijorluğu ilə səslənən, tamaşaya qoyulan əsərlər Azərbaycan musiqisinin qızıl fonduna daxil edilmişdir.
Üzeyir bəyin bacılarının taleyi o qədər urlu olmamış, şəxsi həyatlarında müəyyən itkilərə məruz qalmışlar. Sayad Abuhəyat adlanan bu bacılar ömürləri boyu Üzeyir bəyin himayəsi altında yaşamışlar.
1937-ci ilin dəhşətli repressiyaları Hacıbəylilər nəslinin üzərindən izsiz keçməmiş, bu böyük əzəmətli familiyanın sahibləri doğma yurdlarından pərən-pərən düşmüş, çoxu ömrünü mühacirətdə başa vurmuş, Üzeyir Hacıbəyov isə üzləşdiyi bütün ağrı-acılara tablaşaraq mərdanəlik göstərmiş sədaqətlə Azərbaycan musiqisinin inkişafına xidmət etmişdir. Vaxtilə dövlət himnimiz üçün yazdığı əsrarəngiz musiqi qadağan olundu. Lakin dövlət müstəqilliyimizi qazandıqdan sonra çox itirilmiş dəyərlərimiz bərpa edildi. Eləcə Əhməd Cavadın sözlərinə dahi Üzeyir bəyin musiqi yazdığı himnimiz . İndi Azərbaycanda, eləcə vətəndən uzaqlarda rəsmi görüş mərasimlərdə dövlət himnimiz səsləndikcə qürur hissi keçirir, böyük bəstəkarın bu ölməz musiqisi qarşısında ehtiramla baş əyir, ona rəhmət oxuyuruq!

Azərbaycan.-2006.-17 sentyabr.- S. 5.