Paşayeva S.
Dahi
Azərbaycan bəstəkarı, pedaqoq və ictimai xadim
Heydər
Əliyev: “Üzeyir Hacıbəyovun
yaradıcılığı Azərbaycan xalqının milli
sərvətidir”
Uzeyir bəy özünün bəstəkarlıq
məktəbinin davamçıları olan
neçə-neçə qüdrətli
sənətkarların yetişməsində mühüm rol
oynayıb
Xalqımız dahi bəstəkar,
müasir Azərbaycan professional musiqi sənətinin və
milli operamızın banisi, musiqişünas alim, publisist,
dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun
anadan olmasının 121 illiyini öz böyük oğluna
dərin minnətdarlıq və məhəbbət hissi
ilə qeyd edir. Xalqımızın ümummilli lideri, milli
mədəniyyətimizin böyük himayədarı
Heydər Əliyev Azərbaycan musiqisinin inkişafında
Üzeyir Hacıbəyovun misilsiz xidmətlərini
nəzərə alaraq, onun yubileyinin dövlət
səviyyəsində qeyd olunmasını təmin etmək
üçün 1995-ci ildə imzaladığı fərmanla
hər il sentyabrın 18-də Üzeyir Musiqi günü
keçirilməsi barədə qərar verib. Həmin
fərmana əsasən respublikamızda hər il silsilə
tədbirlər keçirilir.
XX əsr musiqi sənətinin
inkişafında böyük xidmətləri ilə,
şərqdə ilk operanın banisi kimi məşhur olan
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci il
sentyabrın 18-də Şuşa qəzasının
Ağcabədi kəndində dünyaya göz açıb. Azərbaycan
opera sənətinin tarixi unudulmaz bəstəkarın 1908-ci
ildə tamaşaya qoyulan "Leyli və Məcnun" operası
ilə başlanır. Üzeyir bəy daha sonra "Şeyx
Sənan", "Rüstəm və Söhrab",
"Şah Abbas və Xurşid banu", "Əsli və
Kərəm", "Harun və Leyla" operalarını,
"Ər və arvad", "O olmasın, bu olsun",
"Arşın mal alan" musiqili komediyalarını,
nəhayət, yaradıcılığının zirvəsi
olan "Koroğlu" operasını, habelə
"Sənsiz", "Sevgili canan" kimi bənzərsiz romanslarını
yazıb.
Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, mütəmadi elmi araşdırmalar da aparıb, "Azərbaycan xalq musiqisinin əsasları" kimi fundamental əsər yaradıb. Üzeyir bəy həm də gözəl pedaqoq idi. Yaradıcısı olduğu konservatoriyanın peşəkar kadrlarla təmin edilməsi sonralar özünün bəstəkarlıq məktəbinin davamçıları olan neçə-neçə qüdrətli sənətkarların yetişməslndə mühüm rol oynayıb.
Ölməz sənətkar kimi Üzeyir Hacıbəyov zəngin, ecazkar, çoxsahəli və çoxjanrlı yaradıcılığa malik böyük şəxsiyyət, parlaq istedad sahibi olub. Üzeyir bəy Azərbaycan xalqının mənəvi qüdrətinin timsalıdır. Xalqa yaxın olması, coşğun ictimai və ədəbi fəaliyyəti, tükənməz yaradıcılıq imkanları ona zəmanəsinin sənət korifeyləri sırasında yüksək yer qazandırıb.
Üzeyir
Hacıbəyov haqqında
ən mühüm fikirlər, zəngin və mükəmməl nitq xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Böyük tədqiqat əsəri qədər qiymətli olan bu nitqi
Heydər Əliyev
1995-ci il sentyabrın
18-də, indi ulu öndərin adını daşıyan
həmin bu sarayda söyləyib. Nitqdə Üzeyir Hacıbəyovun bütün
yaradıcılığı böyük diqqət və qayğı ilə təhlil edilir, bəstəkarın
həyatındakı bir
sıra məqamlara aydınlıq gətirilir.
Heydər Əliyev öz nitqində deyib: "Əgər tarixə
nəzər salsaq, Üzeyir Hacıbəyov üç hakimiyyət dövründə yaşamışdır.
Onun doğulduğu dövr, mədəniyyət
xadimi kimi dünyaya gəldiyi dövr Azərbaycanda çar Rusiyasının hakimiyyəti dövrü idi. Ondan sonra Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yarandı. İki ilə
yaxın müddət müstəqil Azərbaycan Respublikası dövrü idi. Ondan sonra Azərbaycanda sovet hakimiyyəti quruldu və bu hakimiyyət 1991-ci ilə
qədər davam etdi. Üzeyir Hacıbəyov bütün bu üç mərhələdə hakimiyyətin xarakterindən, formasından asılı
olmayaraq,
xalqına xidmət etmişdir. Bu gün bunu deməyə əsas var ki,
o, belə düşünmüşdür:
hansı hakimiyyət olursa-olsun, xalqa sədaqətlə xidmət
edən, xalqın irəli getməsinə çalışan adam heç bir şeylə hesablaşmamalıdır. Üzeyir
Hacıbəyov belə
olmuşdur... Üzeyir Hacıbəyov
anadan olandan dünyasını dəyişənə
qədər Azərbaycan
xalqının görkəmli
bir oğlu olmuşdur. Azərbaycan
xalqına xidmət etmişdir... Üzeyir Hacıbəyov bizimdir
- bütün varlığı,
yaradıcılığı ilə".
Bu, doğrudan
da belədir. Biz hər səhər onun musiqisi ilə
oyanırıq. Hər səhərimiz
Üzeyir Hacıbəyovun
yazdığı Azərbaycan
Respublikasının Dövlət
himni ilə açılır. Bəstəkarın taleyində ən möhtəşəm səhifə
budur ki, indiyə kimi iki dəfə yazılan Azərbaycanın
Dövlət himninin hər ikisinin müəllifi məhz Üzeyir Hacıbəyov olub. Bu, xalqın,
millətin qan yaddaşında əbədi
yaşayan bir tarixdir, dünyada analoqu olmayan bir faktdır.
Üzeyir Hacıbəyov Azərbaycanda
musiqili komediya janrının yaradıcısıdır. Böyük
ustadın məşhur
"O olmasın, bu olsun" və "Arşın mal alan"
musiqili komediyaları bu janrın Azərbaycanda özülünü
qoyub və öz müəllifinə
böyük şöhrət
gətirib. "Arşın
mal alan" musiqili komediyası bir çox dillərə tərcümə
edilərək, dünyanın
müxtəlif teatrlarında
səhnəyə qoyulub.
Bu əsər haqqında
Heydər Əliyev belə deyib: "Üzeyir Hacıbəyov
"Arşın mal alan" əsərini
XX əsrin əvvəlində
yazıbdır. Deyə bilərəm
ki, o, bir əsrdir yaşayır, gələcək əsrlərdə
də yaşayacaqdır.
Çünki o qədər mənalı-məzmunlu,
həm də gözəl musiqiyə malik olan bir
əsərdir ki, heç vaxt öz aktullığını
itirmir. İnsanı - musiqi sevən,
sənət sevən insanı heç vaxt yormur. Əksinə,
hər dəfə insana sevinc gətirir,
insana ilham verir. "Arşın
mal alan"ın ekranlaşdırılması da
təbiidir. Təkcə səhnədən ekrana keçməsi yox, yeni quruluşda
verilməsi böyük
bir hadisə idi. Bu, Azərbaycan
mədəniyyətini, Azərbaycan
musiqisini, mahnısını
dünyaya tanıdan bir əsər oldu".
Üzeyir Hacıbəyovun mədəniyyətimizin
tərəqqisi uğrunda
apardığı mübarizə
sahələri çox
geniş, yaratdığı
sənət nümunələri
çox rəngarəng
olub. Onun ecazkar musiqisi
öz mayasını Azərbaycan xalqının
zəngin və tükənməz mənəvi
sərvətindən alıb.
Xalqın qəlbindən qopub
gələn şirin melodiyalar, muğamlar, folklor nümunələri
Üzeyir Hacıbəyovun
ilk yaradıcılıq məktəbi
olub. Onun musiqi və
ədəbi irsi bir məktəbdir. Möhkəm
özüllər üzərində
qurulmuş zəngin bir məktəb.
Üzeyirin uşaqlığı qədim
Şuşada keçib. Qafqazın
konservatoriyası adlanan
Üzeyir Hacıbəyov yaradıcılığının
ilk illərində jurnalistika
ilə də məşğul olub. O, "Kaspi",
"Həyat", "İrşad",
'Tərəqqi" və
başqa qəzetlərdə,
"Molla Nəsrəddin"
jurnalında gizli imzalarla dövrün
mühüm ictimai, siyasi
və maarifçilik məsələlərinə dair
çoxlu məqalə,
felyeton və satirik miniatürlər dərc etdirib. Həmin dövrdə hekayə yaradıcılığı və
tərcümə ilə
də məşğul
olan Üzeyir Hacıbəyov bir müddət "Azərbaycan"
qəzetinə baş
redaktorluq edib,' Azərbaycan ədəbiyyatı
tarixinə böyük
publisist və yazıçı kimi daxil olub.
Bəstəkar 22 yaşında
olanda dahi Məhəmməd Füzulinin
poeması əsasında
"Leyli və Məcnun" operasını
yazmış və bununla özünü çox istedadlı bəstəkar kimi tanıtdırıb.
Ötən əsrin 20-ci illəri Azərbaycan rnusiqisinə təşkilatçılıq illəri kimi daxil olub və
bu təşkilati işlərin başında
məhz Üzeyir Hacıbəyov durub. Azərbaycan Xalq
Maarif Komissarlığı
yanında İncəsənət
idarəsinin musiqi şöbəsinə rəhbərlik
edən bəstəkar
Azərbaycan musiqisinin
gələcək inkişaf
proqramını müəyyənləşdirib.
O, peşəkar musiqiçi
kadrları yetişdirməklə,
milli musiqinin əsaslarını nəzəri
cəhətdən işləyib
hazırlamaqla, ümumdünya
musiqisini öyrənməklə
məşğul olub.
Azərbaycan tələbələri üçün Dövlət
Türk Musiqi Məktəbini təşkil
edib. Sonradan bu məktəb
texnikuma çevrilib, texnikum isə 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası
ilə birləşdirilib.
Hələ o zamanlar Üzeyir bəy burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs
deyib, 1940-cı ildə
professor adına layiq görülüb,
Bəstəkar Azərbaycanda ilk çoxsəsli
xor kollektivi yaradıb. Daha sonra Azərbaycan
Radio Komitəsi yanında
ilk notlu xalq çalğı alətləri
orkestri təşkil edib və bu
orkestr üçün
bir neçə əsər yazıb.
Üzeyir Hacıbəyov 1930-cu illərin sonlarından eyni vaxtda üç
mühüm vəzifəni icra edib - Azərbaycan
Dövlət Konservatoriyasının
rektoru, Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun
direktoru və Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
vəzifələrində çalışıb.
O, Azərbaycan Elmlər
Akademiyasının təsisçilərindən
və onun ilk akademiklərindən biri olub.
1937-ci ildə
Azərbaycan tarixində,
milli musiqi mədəniyyəti tarixində
böyük bir hadisə baş verib, opera sənətimizdə
"Koroğlu" epoxası
başlanıb. Bu əsər
mədəniyyətimizin ümumi
tarixində yeni bir səhifə açıb. "Koroğlu" operası dünya musiqi mədəniyyəti nailiyyətlərini
özündə təcəssüm
etdirən Azərbaycan
musiqi mədəniyyətinin
yüksək bir zirvəsi olub. Bu əsərdə bəstəkar klassik Avropa opera formalarına riayət edərək, bitkin ariyalar, duetlər, ansambllar, balet nömrələri, reçitativlər yaradıb.
"Koroğlu"
operasındakı vətənpərvərlik
ruhu bu gün
də vətəni sevən insanlar üçün bir nümunədir. "Koroğlu"nun
uvertürası Azərbaycan
milli ruhunun himnidir. Bu musiqiyə
və bütünlüklə
"Koroğlu" operasına
millətin sonsuz məhəbbəti var. Dahi
bəstəkarımız Böyük
Vətən müharibəsi
illərində bir sıra marşlar, mahnılar, xalq çalğı alətləri
üçün pyeslər
yaradıb. Onun həmin illərdə yazdığı və Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr etdiyi "Sənsiz" və "Sevgili canan" romansları bəstəkarın yaradıcılığında
xüsusi bir yer tutur.
Qoy o gün gəlsin ki, Üzeyir bəyin yubileylərini
Üzeyir Hacıbəyovun yaradıcılığı
artıq dünya musiqisinin ayrılmaz bir parçasıdır. Biz hələ neçə illər sonra da bu ölməz
əsərləri eşidəcək
və bundan qürur duyacağıq.
Nə qədər ki, Azərbaycan var, nə dəqər ki, Azərbaycan xalqı var, Üzeyir bəyin də adı, musiqisi yaşayacaq.
Azad Azərbaycan.- 2006.- 20 sentyabr.- S.
7.