Rəsul M.
Üzeyir Musiqi Günü
təntənə ilə
keçirildi
Üzeyir Musiqi Günü
artıq ölkəmizdə
əsl bayrama çevrilib. Bu, hər şeydən əvvəl,
son illər mədəniyyət
sahəsinə artan qayğının təzahürüdür”.
Bu fikri dünən Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəyovun abidəsi
önündə Üzeyir
Musiqi Günü münasibətilə gerçəkləşən
mərasimdə çıxış
edən mədəniyyyət
və turizm naziri Əbülfəs Qarayev dedi. Onun
sözlərinə görə,
təməli maestro Niyazi
tərəfindən qoyulmuş
bu gün Üzeyir Hacıbəyovun
anadan olmasının
110 illik
yubileyi ərəfəsində
ölkə rəhbəri
Heydər Əliyevin fərmanı ilə rəsmiləşdirilib.
Üzeyir bəy haqqında hələ çox tədqiqat əsərlərinə ehtiyac
duyuldığunu vurğulayan
əməkdar incəsənət
xadimi Ramiz Zöhrabov bu tanınmış şəxsiyyətin
fəaliyyətinin çoxşaxəli
olduğunu bir
daha üzeyirseverlərin diqqətinə
çatdırmaqla yanaşı,
onun dünya şöhrətli davamçılarından
da
danışdı. Xalq artisti Siyavuş Kərimi: “Mən elə bir ölkə
tanımıram ki, həmin ölkədə Azərbaycanda olduğu kimi, rəsmi şəkildə musiqi günü keçirilsin”,
- dedi. Onun sözlərinə görə, Üzeyir bəy deyəndə Azərbaycan professional musiqisi,
Azərbaycan professional musiqisi
deyəndə isə Üzeyir bəy yada düşür.
Elə bu günün böyük Üzeyirin adı ilə adlandırılması da bundan irəli gəlib. Tədbirdə
Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Üzeyir bəyin, həmçinin digər
tanınmış bəstəkarların
əsərlərindən fraqmentlər
ifa etdilər.
Qeyd edək ki, bu bayram
dünən Ü. Hacıbəyovun
ev-muzeyində, M.F. Axundov
adına Milli Kitabxanada, Bakı Dövlət Sirkində, S. Bəhlulzadə
adına sərgi salonunda, eləcə də Milli Parkda
keçirilib.
Zaman.-2006.-19-20 sentyabr.-
S. 2.