El mahnıları Azərbaycan
xalqının əhval-ruhiyyəsini
şərh, zövqi musiqini bəyan, şeir və musiqidəki yaradıcılıq
qabiliyyətinin dərəcəsini
təyin edə bilən böyük bir material olduğundan onun istər musiqi, istər ədəbi, istər psixoloji, istər etnoqrafik əhəmiyyəti
çox böyükdür.
***
Azərbaycan türkləri
mövcud operalarını
çox sevər və bir dəfə
tamaşaya qoyulduqda gedib təkrar-təkrar tamaşa edərlər. Bu xüsusda Azərbaycan
türklərini italyan
xalqına təşbeh
tutarlar ki, onlar da öz
operalarına təkrar-təkrar
qulaq asmaqdan həmişə böyük
zövq alırlar.
***
El mahnılarımız gələcəkdə
opera yazanlar üçün
musiqicə ən gözəl mövzular təşkil edir. Ustad bəstəkarlarımız bu
mahnılarımızdan istifadə
edib bədii zövqə müvafiq, elmi əsaslara müstəid gözəl
operalar yarada bilərlər.
***
Şərq əhlindən
olduğumuza görə,
musiqi təhsili işində Şərq musiqisinə qarşı laqeyd qalarsaq, öz mədəni vəzifəmizi kamalınca
ifa etməmiş olarıq.
***
Aşıqlar Azərbaycan
bayatıları və
şikəstələrinin ən yaxşı ifaçılarıdır. Azərbaycanda aşıqlar sazəndələrdən
əvvəl meydana gəlmişdir.
***
R.M.Qliyer Azərbaycan mövzusunda opera yaradarkən
folklorumuzun bütün
melodiya zənginliyindən
istifadə edə bilməmiş, Azərbaycan
musiqisinin lad, vəzn və nüanslarının
bütün xarakterik xüsusiyyətlərini öyrənə
bilməmişdir. Bununla belə,
bəstəkarın böyük
ustalıqla yaratdığı
"Şahsənəm" operası Azərbaycanda yeni opera mədəniyyətinin
möhkəm təməlini
qoydu.
***
Ən gözəl nəğmə və rəqs melodiyalarının
yaradıcısı xalq
özüdür. Xalq
yalnız yaradıcı,
yalnız kompozitor deyildir; xalq eyni zamanda misilsiz
tənqidçi və
musiqi əsərlərinin
ən yaxşı
"istehlakçısıdır", xalq musiqi əsərlərinə
diqqətlə yanaşır,
yaxşını pisdən
seçir və hər çeşidli saxta gözəllikləri
və ideyasız dəbdəbələri amansızcasına
rədd edir... Buna görə də
Azərbaycan incəsənəti,
folklor stili səslər və gözəllik cəhətdən
tükənməz zənginliyə
malikdir.
***
Öz işlərim məni bu qənaətə
gətirmişdir ki, Azərbaycan xalq musiqisi bir sıra
tarixi səbəblərə
görə xüsusi sistemə malikdir və tamamilə formalaşmış müstəqil
bir incəsənətdir.
Azərbaycan musiqisini öyrəndikdə,
ondan istifadə etdikdə muğam sisteminə, Azərbaycan musiqisində olan və çox böyük rol oynayan canlı muğamlara xüsusi diqqət verilməlidir.
Çalışmaq lazımdır ki,
bu muğamlar öz sərbəst əhəmiyyətini itirməsinlər.
Azərbaycan.-2006.-17
sentyabr.- S. 5.