İbrahimova S.
Yalçın Rzazadə
hamının müğənni
olmaq istəyini normal qarşılamır
"Təəssüflər
olsun ki, Azərbaycanda şou-biznes
anlamı düzgün
formalaşmayıb. Çünki hər yerindən
duran müğənni
olmaq həvəsinə
düşür. Bunun nəticəsidir
ki, səhnəyə əcnəbi musiqilərdən
təsirlənmiş, istedadsız,
ifrat dərəcədə
soyunmağa meyilli olan gənclər gəlir". Bu sözləri dilə gətirən Xalq artisti Yalçın Rzazadənin qənaətincə,
müasir şou-biznesdə
həddindən artıq
bərbad vəziyyət
hökm sürür.
Sənətçi qeyd edir ki,
xüsusilə də səhnəyə gələn
gənc qızlar səsi ilə deyil, bədən quruluşlarını nümayiş
etdirməklə məşhurluq
qazanmaq istəyirlər. "Amma tamaşaçını
aldatmaq olmaz. Əsl musiqisevər dinləyiciyə
nə qədər bayağı mahnı təqdim etsən də, o, yaxşını
pisdən ayırır.
Odur ki, belələrinə bir dəfə qulaq asdıqdan sonra üzünü çevirir" - deyə
o əlavə etdi.
Öz növbəsində
Yalçın Rzazadə
şou-biznesdə təmsil
olunan yaşlı müğənnilərin yüngül
hərəkətlərini də
qəbul etmir. O hesab edir ki,
səhnə təcrübəsi
olan müğənnilər
həm mədəniyyətlərini
nümayiş etdirməli,
həm də səviyyələrini qorumalıdır.
Söhbət əsnasında
Yalçın Rzazadə
yerli telekanallarda yayımlanan maqazin proqramlarına da münasibət açıqlayıb. "Ümumiyyətlə, yerli telekanalların yüngül şoulara, maqazin verilişlərinə
daha çox yer ayırması məni narahat edir. Düşünürəm ki, bu kimi verilişlər gənc nəslin düzgün tərbiyə
olunmasında maneçilik
törədir" - deyə
o bildirib. Müxtəlif səpkili verilişlərə
dəvət edildiyini deyən Yalçın Rzazadə yerli televiziya məkanında səviyyəli kanal və verilişlərin sayının azlığına
təəssüf edir.
Sənətçi qeyd
edir ki, özünə və sənətinə son dərəcə
hörmətlə yanaşdığından
dəvət aldığı
verilişlər arasında
seçim edir: "Mən hər hansı bir verilişə dəvət
ediləndə mütləq
seçim edirəm. Üstəlik, verilişin qonaqlarının
kimlər olduğu ilə də maraqlanıram. Əgər digər
dəvətlilərin sənəti
mənim səviyyəmdə
deyilsə, təbii ki, mən o verilişdə iştirak etmirəm".
Bəlli oldu
ki, Yalçın Rzazadə son zamanlar bir sıra gənc
ifaçının onun
repertuarına müraciət
etməsini müsbət
qiymətləndirir. O hesab edir ki,
gənc olmasına baxmayaraq, sənətin dəyərini bilən bu müğənnilər
düzgün yoldadır:
"Ölkədə keçirilən
musiqi müsabiqələrindəki
gənclərin əksəriyyəti
mənim mahnılarımı
oxuyur. Hətta həmin mahnılara
kliplər də çəkdirirlər. Hətta bu
yaxınlarda təxmini
bir hesablama apardım. 38 mahnıma klip çəkiblər. Əgər mən
o mahnıları yaxşı
ifa edib sevdirməsəydim, yəqin
cavanlar bu mahnılara müraciət
etməzdilər. Amma bəzən
də görürsən
ki, mahnını pis oxuyurlar. Bax, bu zaman çox
məyus oluram".
Qeyd edək
ki, Yalçın Rzazadə bir müddət öncə
solo konsert proqramı ilə pərəstişkarlarının
qarşısına çıxmağı
planlaşdırırdı. Sənətçi qeyd edir ki, obyektiv
səbəblər üzündən
bu istəyini gerçəkləşdirə bilməyib: "Səhhətimdə
bəzi problemlər yarandığından, solo konsert
keçirmək arzusunu
həyata keçirə
bilmədim. Amma inanıram ki,
tezliklə bu istəyimi gerçəkləşdirə
biləcəyəm. Əslində, bu konsertin baş
tutmasını çox
istəyirəm. Çünki çoxdandır belə bir proqramla tamaşaçı
qarşısına çıxmamışam.
Hesab edirəm ki, bu, hesabat xarakterli
konsert olacaq. Qoy, xalqım görsün ki, Yalçın dəyişməyib, səsini
itirməyib, əksinə,
daha mükəmməl
formadadır. Düşünürəm ki, bu konsert
payız aylarında gerçəkləşəcək".
Kaspi.-2006.-7
sentyabr.-S.12