Məlahət
"23 il gözlədiyim an yetisdi"
Flora Kərimova: "Solo-konsert istəyim yuxarı
dairələrdə çox müsbət
qarşılanıb"
Estradımızın uiduzu Flora
Kərimova 23 illik fasilədən sonra nəhayət ki,
böyük səhnəyə çıxacaq. Ünlü
sənətçinin dekabr ayında solo-konsert verəcəyi
haqda yayılan xəbərlər artıq təsdiqlənib.
Dünən müğənni ilə əlaqə saxladıqda
bildirdi ki, solo-konsertlə çıxış etmək təşəbbüsü
yuxarı dairələr və Mədəniyyət Nazirliyi
tərəfindən çox müsbət
qarşılanıb.
Bununla da Flora xanımın nigarançılığına son qoyulub. "Mən bu məsələdə Mədəniyyət Nazirliyindən
dəstək gördüm.
Mənə verilən
məlumata görə,
solo-konsert təşkil
etmək istəyimə
yuxarı dairələrdə
münasibət çox
müsbətdir. Hesab
edirəm ki, bu məsələdə mənim sənətimə
hörmət oldu. Baxışlarım haqda söhbət belə getmədi. Öndə sənət və sənətkar oldu. Bu sənət yolunda mənə yaşıl işıq yandıran hər kəsə sənətkar
"sağ ol"u deyirəm. 23 il gözlədiyim
an nəhayət ki, yetişdi. Mən heç vaxt qismət ardınca qaçmadım.
Qismət mənim ardımca gəldi. Allahıma çox şükürlər edirəm
ki, daha bir qadağa sırasını ləyaqətlə
keçə bildim. Tanrıma minnətdaram. Bilirsiniz, bəndə Tanrının üzünü
ağardanda, Tanrı da bəndəsinə halallıq qazandırır. Mən Onun
varlığını hər
zaman hiss etmişəm. Tanrı
yaratdığı insanların
əliylə
mənə
kömək edib"
-söyləyən sənətçi solo-konsertinin vaxtını yaxın günlərdə
dəqiqləşdirəcəyini bildirdi.
Sənətçi qeyd
etdi ki, 18 oktyabr-Azərbaycanın
Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gün solo-konsert keçirmək
istərdi, lakin vaxt baxımından bu mümkün deyil. 23 il böyük bir müddətdir. 23
ildən sonra
solo-konsertlə çıxış etmək
böyük məsuliyyət
və gərgin iş tələb edir. Ona görə də çox calışmalıdır. Bunun
üçünsə zaman
lazımdır. Bu səbəbdən
solo-konserti dekabr ayında keçirməyi
planlaşdırır. Müğənni
konsertin hazırlıqlarına
artıq başlayıb.
Konsertin çox möhtəşəm olacağı
gözlənilir. Flora xanım
solo-konsertində həm
retro, həm son dövrlər
yazılan mahnılarını
və ümumilikdə
bütün dövrləri
əhatə edən, solmayan mahnılarıni ifa etməyi düşünür. Solo-konsertdə
rəqs kollektivlərinin
iştirakı nəzərdə
tutulur.
Şərq.- 2006.- 7 sentyabr.- S. 9.