Kazanda "Qızıl Minbər" 2-ci beynalxalq müsəlman kinofestivalına start verilib

 

Sentyabrın 10-da Kazanda "Dini dözümlülük və siyasi nəzakət" devizi altında "Qızıl Minbər" 2-ci beynəlxalq müsəlman kinofestivalına start verilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, festivala 20-dən artıq ölkədən 70 film təqdim edilib. Müsabiqə proqramına isə 16 ölkədən 35 film daxildir. Ölkəmizi festivalda rejissor Nicat Feyzullayevin quruluşunda hazırlanan "Küçələrə su səpmişəm" filmi təmsil edir. Festival sentyabrın 17-nə kimi davam edəcək.

Xatırladaq ki, birinci "Qızıl Minbər" kinofestivalında əsas mükafata Oqtay Mirqasımovun çəkdiyi "Ovsunçu" filmi layiq görülüb.

 

Ədalət.- 2006.- 12 sentyabr.- S. 6.