Kəlbəcər həsrətli
aşıqlar
Saz və söz ustaları konsert verdilər
Sentyabrın 22-də
sazlı-sözlü aşıqlar bir araya gələrək
tamaşaçılar üçün
oxudular."Kəlbəcər həsrəti" adlı gecədə
yalnız Kəlbəcər aşıqları çıxış
etdilər. "Kəlbəcərin dərdini elə kəlbəcərlilər bilər"
dedilər. Bu səbəbdən də həm öz fikirlərini tamaşaçılarla
bölüşdülər, həm də onlara aşıq muiqisinin dadını təqdim etdilər. Son zamanlar
saz musiqisinə maraq artıb ki, bu da
sevindirici haldır. Bəlkə bu tipli tədbirlər çox olsa aşıq musiqisini sevənlərin də sayı artar.
Azərbaycan Aşıqlar
Birliyinin təşkilatçılığıyla
gerçəkləşən tədbir üç saat davam etsə
də tamaşaçılar
sona qədər aşıqları izlədilər.
Öncə səhnəyə
birliyin rəhbəri Zümrüd Məmmədova
çıxaraq qonaqları
salamladı və aşıqları təqdim
etdi. Azad Şükürovun aparıcılıq
etdiyi gecədə öncə səhnəyə
Aşıq Əfqan çıxdı. Daha
sonra isə Aşıq Qalib, Aşıq Gəncəli,
Aşıq Qəmbər,
Aşıq Elbrus, Aşıq Azər və başqaları çıxış edərək
Kəlbəcərlə bağlı
şeirləri söylədilər.
Gecədə aşıqlar
həm öz, həm də Kəlbəcər şairləri
- Bəhmən Şücaətinin
və başqalarının
şeirlərini söyləyib,
saz çaldılar. Gecədə deyişmələrə
də kifayət qədər yer verildi. Kişi aşıqlar söz və sazla yarışdıqları sonra xanım aşıqlar öz məharətlərini göstərməyə
başladılar. Aşıq
Qızlar Ansamblındart
Gülaya Şınıxlı,
Qənirə Mehdixanlı,
Zərnitac, Telli Borçalı və başqaları şeir deyişməsinə çıxdılar.
Daha sonra isə kişi aşıqlar ilə xanım aşıqlar öz aralarında dəyişməyə başladılar.
Proqram Aşıq Əfqanla Aşıq Qalibin müxəmməs söyləməsiylə yekunlaşdı.
Şərq.- 2006.- 26 sentyabr.- S. 14.