Haaqadakı Azərbaycan Kültür Dərnəyi
fəaliyyətini genişləndirir
Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş
üzrə Dövlət
Komitəsindən bildirmişlər
ki, Haaqa şəhərində fəaliyyət
göstərən Azərbaycan
Kültür Dərnəyi
fəaliyyətini daha
da genişləndirmiş,
azərbaycanlıları birləşdirən
mərkəzə çevrilmişdir. Təşkilatın idarə heyətinin yığıncağında görülən
işlər müzakirə
edilmiş və gələcək fəaliyyət
istiqamətləri müəyyənləşdirilmişdir.
Natiqlər bildirmişlər
ki, Azərbaycan Kültür Dərnəyi
Haaqada yaşayan çoxsaylı soydaşlarımız
arasında milli-mənəvi
dəyərlərimizin qorunub
saxlanılması, Azərbaycanın
qədim və zəngin mədəniyyətinin
Niderland ictimaiyyətinə
çatdırılması məqsədi ilə yaradılsa da, dəyişən zamanın
yeni şərtləri
daha geniş sahədə fəaliyyət
göstərməyi zərurətə
çevirmişdir.
Məlumat verilmişdir
ki, dərnəyin ilk sədri Fərhad Ateş, habelə İbrahim Qarabağ, Agah Yoncalı, Cəlal Qaragöz kimi dəyərli insanların səyləri
nəticəsində Azərbaycan
Kültür Dərnəyi
1995-ci ilə qədər
Tovuz, Qazax, Ağstafa və Bakıda xeyriyyə aksiyaları keçirmiş,
Novruz bayramı, Dünya Azərbaycanlılarının
Həmrəyliyi günü,
Respublika günü kimi əlamətdar tarixlər münasibətilə
Haaqada toplantılar və konfranslar təşkil etmişdir. Azərbaycanın Avropa ölkələrindəki
səfirlikləri və
nümayəndəlikləri ilə yaxın münasibətlər quran
dərnək Azərbaycanda
baş verən prosesləri yaxından izləyərək, bu barədə məlumatları
Avropa mətbuatına
çatdırır.
Müzakirələr zamanı Avropadakı bütün Azərbaycan mədəniyyət mərkəzləri
və diaspor təşkilatları ilə
əlaqələrin genişləndirilməsinin
vacibliyi vurğulanmış,
birgə tədbirlərin
həyata keçirilməsi
ilə bağlı layihələrin hazırlandığı
bildirilmişdir.
Respublika.- 2006.- 10 sentyabr.- S. 2.