Bakı Bələdiyyə
Teatrı 15 illik yubileyə hazırlıq görür
"Bakı
Bələdiyyə Teatrının
binası ilə bağlı çox yerə müraciət etmişəm. Ancaq məsələmiz hələ də həll olunmayıb. Yəqin hələ zamanı gəlib çatmayıb deyə, eyni vəziyyət davam edir". Bu sözləri
APA-ya Bakı Bələdiyyə Teatrının
direktoru, xalq artisti Amaliya Pənahova deyib. Teatrın yubiley ərəfəsində
olduğunu bildirən
A. Pənahova yanvar ayında bu sənət ocağının
15 illiyinin qeyd ediləcəyini söyləyib.
Onun sözlərinə
görə, yubileylə
əlaqədar İnqilab
Kərimovun müəllifliyi
ilə kitab nəşr olunacaq: "Kitabda teatrın 15 illik fəaliyyəti əksini tapacaq.. Eyni zamanda qastrol
səfərlərimiz də
işıqlandırılacaq". Teatr yerli mövsümü Cəlil Məmmədquluzadənin
"Ölülər" komediyası
ilə açacaq.
Bundan əlavə, teatrın repertuarına Amaliya Pənahovanın benefis tamaşası da daxil ediləcək. Benefisdə bu zamana kimi
aktrisanın oynadığı
tamaşalardan fraqmentlər
toplanacaq. A. Pənahova
bildirib ki, sənətşünas İlham
Rəhimli onun haqqında "Səhnə
ömrünün sirdaşı"
adlı kitab hazırlayır. Yaxın vaxtlarda kitabın
təqdimatı keçiriləcək.
Palitra.- 2006.- 6 sentyabr.-S. 13.