Behbudqızı S.

Rus Dram Teatrının Moskva zəfəri

Hələlik pedaqoq etirafları səviyyəsində...

 

Artıq bir neçə ildir ki, S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının nəzdində bir qrup gənc aktyoru birləşdirən məktəb-studiya fəaliyyət göstərir. Mədəniyyət və İncəsənət Universitetinin məzunları olan bu gənclər teatrın ustadlarından teatr sənətinin incəliklərini öyrənir, eyni zamanda, repertuar tamaşalarında müxtəlif rollarda çıxış edirlər.

Sentyabrın 5-dən 12-dək həmin məktəb-studiyanın 14 nəfər üzvü truppa ınüdiri Qalina Quseva başda olmaqla səhnə hərəkəti, səhnə danışığı və aktyor ustalığına daha dərindən yiyələnmək məqsədi ilə seminar məşğələlərində iştirak etməkdən ötrü Moskvada olublar. Gənc aktyorlar üçün seminar məşğələlərini Moskvanın ali teatr məktəblərinin ən yaxşı pedaqoqları keçiblər. Səhnə hərəkəti üzrə Vladimir Qonçarov, səhnə danışığı fənni üzrə Marina Libakova -Livanova və aktyor ustalığı fənni üzrə Fyodor Suxov lıər gün səhər saat 9-dan axşam 5-dək aktyorlarımızla intensiv məşğələlər aparıblar.

Nahidə Əliyeva: "Bizim üçün bu məşğələlər zamanı adət etmədiyimiz və buna görə də bir qədər çətinlik törədən məqam da elə bu oldu. Amma məşğələlərin yüksək intensivliyi bizim üçün nə qədər yeni olsa da, bir o qədər maraqlı idi".

Məşğələlərdə iştirak edən digər gənc aktyorlar Naina İbrahimova, Ruqiyyə Quliyeva, Rüfət Nəzərov, Emil Tahirov, Zaur Boçarov və başqalarının ümumi rəyi ona köklənmişdi ki, Moskva müəllimlərinin onlardan razılığı və gənclərin Moskva ab-havasında özlərini rahat hiss etmələrinin başlıca səbəbi təbii ki, Mədəniyyət və İncəsənət Universitetində və Rus Dram Teatrında keçdikləri məktəbin keyfiyyətinin yüksəkliyi, özgünlüyüdür.

Dünən teatrda bu səfər münasibətilə keçirilən mətbuat konfransında teatrın direktoru Marat İbrahimov və baş rejissor Aleksandr Şarovski aksiyanın baş tutmasında köməklik göstərmiş hər bir toşkilata öz təşəkkürlərini bildirdilər. M.İbrahimov dedi ki, teatrın rəhbəri olaraq mənim üçün bu aksiya çox ınəsuliyyətli idi. Çünki Moskvada bizim gənclərimizi həm qiymətləndirməli, həm də öyrətməliydilər. A.Şarovski isə çıxışında vurğuladı ki, burada söhbət aktyorların hazırlanmasında metodika və üsul kimi köklü məsələlərdən gedir: "Əgər əvvəllər yalnız Stanislavski metodu mövcud idisə, daha doğrıısu, yalnız bu metod tədris edilirdisə, bu gün Çexov və Brext məktəbindən tutmuş daha çox müzikl aktyorlarına ünvanlanan  ifaçıların hərtərəfli inkişafı metodikasına kimi üsullar geniş tətbiq olunur. Dramatik teatrların çətinlikləri keçid dövründə daha kəskin öziinü göstərir. SSRİ dövründə hər şey başqa cür idi. İş elə təşkil olunurdu ki, artıq xüsusi hazırlıq prosesi anlayışına yer qalmırdı".

Teatrın gonc aktyorlarının Moskva səfərinə gəldikdə isə baş rejissor bu aksiyaya çox qısqanclıqla yanaşdığını dedi. A.Şarovski belə aksiyalarda mentallığın daha qabarıq nəzərə çarpdığını qeyd etdi: "Heç kim üçün sirr deyil ki, müxtəlit ölkənin  aktyorlarını bir-birindən fərqləndirmək çox asandır. Doğrudur, bizim bu 14 gənc yaradıcılıq yoluna yeni başlasalar da, onları tam mənada tələbə adlandırmaq düz deyil. Çünki bu aktyorların hər biri repertuar tamaşalarında müxtəlif rollarda çıxış edirlər. Bununla belə Azərbaycanın gənc teatr aktyoru, məsələn, Pribaltika ölkələrinin gənc aktyorlarından fərqlidir. Orada gənc aktyorlar ən erkən yaşlarından teatrda böyüyür, teatr ab-havası ilə nəfəs alırlar. Biz də buna az-çox nail olmaqdan ötrü məktəb-studiya formalaşdırmışıq. Deməliyəm ki, Rus Dram Teatrının məktəb-studiyasının üzvləri nəinki sırf aktyorluq, həm də musiqi və rəqsdə də ən yaxşı səviyyədə bacarıqlıdırlar".

Gənc aktyorların mentallıq məsələsinə münasibəti birmənalı oldu. Moskvada   görüb-duyduqlarını belə şərh etdilər ki, nə pedaqoqların   davranışı onlara nəyisə hiss  etdirməyə yönəlməmişdi,  no    ki onlar özlərini fərqli mühitdə neqativ mənada fərqli hiss etməyiblər. N.İbrahimova səhnə hərəkəti məşğələlərinin onda  çox böyük təəssürat buraxdığını dedi. Bu məşğələlərdə nitqi  hərəkətə kökləmək prinsipi gəncləri çox maraqlandırıb. Aktyorlar böyük ruh yüksəkliyi ilə dönə-dönə vıırğuladılar  ki, intensiv məşğələlər nə qədər çətin olsa da, belə hazırlıq prosesindən ötrü artıq darıxıblar. R.Nəzərov isə diqqəti ona yönəltdi ki, "Moskva müəllimlərinin hər biri əsl pedaqoq kimi tələbələrinə fərdi yanaşma göstərməyi bacarırlar, hər bir tələbəni narahat edən problemi, məqamı öyrənir və tədris proqramını bu məlumata müvafıq tərzdə qururlar." Bu da təsadüfi deyil. Qonçarov, Libakova-Livanova və Suxov məhz digər ölkələrdən gəlmiş gənclərlə işdə püxtələşmiş pedaqoqlardır.

Gənc aktyorların hər biri dedi ki, moskvalı müəllimlər tam səmimi olaraq onların bu vaxtadək işlədikləri qruplar içərisində ən yaxşısı olduğunu etiraf ediblər. Gənc aktyorlarımızın qavrama keyfiyyətinin yüksəkliyi müqabilində müəllimlərin bu etirafı, "V vas yest more", "Vı klassnıy klass" demələri çox təbii görünür.

Truppa müdiri Q.Quseva:   "Bizi plastik teatr adlandırdılar. Qeyd etdilər ki, bu vaxtadək belə parlaq kollektivlə işləməyiblər Aktrisalarımızın incəliyini vurğuladılar, dedilər ki, müasir dünyada bir sıra truppalarda aktyorlarla aktrisalar arasındakı fərq az qala bilinməz olmaqdadır. Bu heç də yaxşı hal deyil. Məşğələlərin birinə hətta "Amediafilm" studiyasından da gəlib serial çəkilişlərindo iştirak etmək üçün aktyor seçmək istəyirdilər. Lakin bu mənim üçün gözlənilməz və açığını deyinı ki. o qədər də qəbuledilən hal deyildi. Əlbəttə, aktyorun qarşısında serialda çəkilməyə qadağa qoymaq olmaz. Amma bu, teatr mövsümünün bağlı olduğu vaxtlarda baş versə, daha yaxşıdır".

Səfər müddətində gənc aktyorlar Moskvanın bir sıra teatrlarında müxtəlif tamaşaları seyr ediblər. Teatrların sırasında P.Foınenkonun emalatxanası, "Na Strastnom" teatr mərkəzi, "U Nikitskix vorot" teatrı, Yermolova adına Moskva Dram Teatrı, "Müasir pyes məktəbi" kimi teatr ocaqları, səhnə əsərləri sırasında isə Qoqolun "Burada hamı özümüzünkülərdir", Dudaryovun "Sıravilər", Dostoyevskinin "Ağ gecələr", Qrişkovetsin "Şəhər", İbsenin "Gedda Qabler", Dumbadzenin "Mən, nənəm, İliko və İllarion" kimi və s. tamaşalar olub.

Teatrın həyatında əhəmiyyətli hadisə hesab olunan bu səfərin əsas ilhamvericisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir. Aksiya Rusiya prezidenti və Rusiya Federasiyasının xarici işlər nazirliyinin dayağı sayəsində MDB va Baltikyanı ölkələrin rus teatrlarına dövlət və ictimai kömək proqramı çərçivəsində baş tutub. Gənc aktyorların Moskva səfərinin maddi və təşkilati təminatını Rusiya Teatr Xadimləri İttifaqının xarici ölkələrdəki rus teatrlarına kömək qurumu və Azərbaycanda Rusiya Federasiyasının səfirliyi öz üzərinə götürüb.

 

Həftə içi.- 2006.- 21 sentyabr.- S. 8.