Həsənov
Ə.
Taisiva Povaliv:
Bakıya səfər etmək mənim arzumdur
Ukraynanın xalq artisti qəzetimizə eksklüziv
müsahibə verdi
- Taisiya xanım, bildiyimiz kimi,
Nikolay Baskovla birgə «MuzTV
2006» 4-cü Milli Televiziya müsabiqəsinin «ilin ən
yaxşı dueti» mükafatına layiq görülmüsünüz.
Bu münasibətlə sizi təbrik edirik. Gələcəkdə
Baskovla duetinizi davam etdirəcəksiniz?
- Təbrikə görə
çox sağ olun. Sizin diqqətli və informasiyalı
olmağınız məni sevindirir. Bilirsiz, Nikolay Baskovla
birgə yaradıcılıq işimiz hər ikimizin xoşuna
gəldiyi üçün onu gələcəkcə davam
etdirmək fikrindəyik. Xüsusən də, əgər
duetimizi dinləyicilər çox isti
qarşılayıblarsa. Əminəm ki, Baskovla növbəti
duetimiz də bizə yüksək mükafatlar qazandıracaq. Fikrimcə,
«Sən uzaqdasan» («Tı daleko») mahnısı ən
yüksək rnükafata layiqdi. Görürəm ki, bu
mahnı tez-tez müxtəlif hit-paradlarda yüksək
yerləri tutur, müxtəlif musiqili proqramların
dinləyiciləri onu sifariş edirlər. Deməlli, Nikolay Baskovla
birgə layihəmiz mütləq davamlı olmalıdır.
- Karyeranız bpyu əldə etdiyiniz
ən qiymətli mükafat hansıdır?
- Bütün mükafatlarım, xüsusən də, ilk mükafatlarım mənim üçün çox qiymətlidir. Bu, o qədər təsirli anlar olub ki, hətta göz yaşlarımı saxlaya bilməmişəm. Sözsüz, illər keçdikcə, əldə etdiyimiz nailiyyətləri daha sakit, emosiyasız qəbul edirəm, amma bu o demək deyil ki, onları qiymətləndirmirəm. Artist üçün önəmlisi odur ki, onun yaradıcılığı tamaşaçıların xoşuna .gəlsin, qiymətləndirilsin.
- Sənətinizə verilən yüksək qiymət, çoxsaylı priz və mükafatlar yaradıcılığınızda böhran yaratmır ki?
- Əlbəttə, yox. istəyirəm, tamaşaçılar həmişə məni sevsinlər, onların məhəbbətini itirməkdən qorxuram. Buna görə də çox işləmək və eksperiment etmək lazımdır. Hər yeni dinləyicinin ürəyinə yol tapmağı bacarmalıyam. Çünki dünən aktual olan mövzu bu gün tamamilə marağını itirə bilər.
- Müsahibələrinizin birində demisiniz ki, əldə etdiyiniz mükafatlara görə Ukraynanın eks-prezidenti Leonid Kuçmaya çox minnətdarsınız. Bəs Ukraynanın indiki prezidenti Viktor Yuşşenkoya qarşı hansı hissləri keçirirsiniz?
- Leonid Daniloviç Kuçmanı şəxsən tanıyıram və bir şəxsiyyət kimi ona simpatiyam var. Siz hətta təsəvvürünüzə belə gətirə bilməzsiniz ki, onunla sadəcə söhbət etmək mənə necə böyük zövq verir! O, çox ünsiyyətcil və səmimi insandır. Ukraynanın indiki prezidenti Viktor Yuşenkoyla indiyə qədər heç görüşməmişəm də. Ona görə də onun necə insan olduğu barədə bir söz deyə bilmərəm. Prezidentliyinə gəlincə, qoy onun işinə siyasətçilər və politoloqlar qiymət versinlər.
- Bəs onda haqqınızda gəzən söz-söhbəti necə şərh edərdiniz? Deyilənə görə, siz sonuncu prezident seçkilərində Viktor Yuşşenkonun seçkiqabağı təbliğat kampaniyasında iştirak etməkdən ötrü 500.000 dollar pul almısınız.
- Nə qədər? Yarım milyon dollar? Yəni kimsə bu pulları sayıb? Əlbəttə ki, bu, zarafatdır... Düzünü desəm,
seçkiqabağı kampaniya
zamanı mənə heç vaxt heç kim
pul verməyib. Sadəcə,
təbliğat konsertlərində
öz kollektivimlə birgə çıxış
etdiyim üçün
müəyyən qədər
qonorar almışam.
Həmin
müsahibədə Viktor Yanukoviçlə
bağlı söylədiyim
fikirlər isə ürəyimdən gəlib.
Bunu məndən heç kim
xahiş etməyib.
- Növbəti sualım yenə pulla bağlıdır. Azərbaycanda müğənnilər disklərin satışından
və solo konsertlərdən
deyil, əsasən toylardan gəlir əldə edirlər.
Bəs Ukraynada vəziyyət necədir?
- Bizdə də eyni vəziyyətdir.
Əgər əvvəllər konsertlərdən pul qazanırdıqsa, indi bu, belə deyil.
İndi insanlar konsertə xərclədikləri pulu
daha vacib işlərə sərf etmək barədə düşünürlər. Şükür Allaha, hələlik,
mən belə təhlükəylə üzləşməmişəm.
Bu yaxınlarda
- Nə vaxtsa Bakıda olmusunuz?
- Təəssüf
ki, yox. Amma çox istərdik ki, sizin gözəl
ölkənizi ziyarət
edək. Bilirsiz,
bu il
Bakıda səfərdə
olan Nikolay Baskov şəhəriniz barədə o qədər
yaxşı şeylər
danışıb ki. Bakıya səfər etmək mənim arzumdur!
Gündəlik
Azərbaycan.- 2006.- 6 sentyabr.- S. 14.