Xəlilzadə F.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 30 avqust 2006-cı il
tarixli sərəncamında İrəvan Dövlət
Azərbaycan Dram Teatrının 125 illik yubileyinin
keçirilməsi qərara alınmışdır.
Dövlət başçısının
imzaladığı sərəncamda deyilir:
"Görkəmli ictimai xadim, ədəbiyyatşünas
Firudin bəy Köçərlinin təşəbbüsü
və yaxından köməyi ilə 1886-cı ildə dahi
Mirzə Fətəli Axundovun "Müsyö
1928-ci ildə dövlət statusu alan İrəvan
Dövlət Azərbaycan Dram Teatrı 1935-ci ildən
görkəmli dramaturqumuz Cəfər Cabbarlının
adını daşıyır. Bu teatrın milli
mədəniyyətimizin tərəqqisində böyük
xidmətləri var. Onun qazandığı uğurları Azərbaycan
mədəniyyətinin böyük bir parçası hesab
etmək olar.
İrəvan Dövlət Azərbaycan Dram Teatrı
həqiqətən kəşməkəşli sənət
yolu keçmiş, ziddiyyətli münasibətlərlə,
qadağalarla, məhdudiyyətlərlə, təqib və
təzyiqlərlə üzləşmişdir.
Yarandığı gündən Azərbaycan
mədəniyyətinin tərəqqisində fəal
iştirak etməyi özünə deviz seçən bu
fədakar kollektiv bir növ millətimizin
yaşadığı taleyi öz həyatında əks
etdirmişdir. Uzun illər Ermənistanın müxtəlif
rayon və kəndlərində tamaşalar göstərən
İrəvan Dövlət Azərbaycan Dram Teatrı
soydaşlarımızın çox intizarla gözlədiyi,
sevdiyi kollektivlərdən biri olmuşdur. Azərbaycandan
mədəniyyət xadimlərinin çox az-az təşrif
buyurduğu bölgələrdə İrəvan Dövlət
Azərbaycan Dram Teatrı mədəniyyətimizin təqdimi
və təbliği ilə əlaqədar sözün
həqiqi mənasında böyük cəfakeşlik və
fədakarlıq göstərmişdir.
Ötən əsrin 60-70-ci illərinin xatirələri indi
də yaddaşlardan silinməyib. Kəndə xəbər
yayılmışdı ki, İrəvandan artistlər
gəlib, teatr göstərəcəklər. Cəfər
Cabbarlının "Aydın" pyesinin tamaşasını
ilk dəfə bu teatrın təqdimində gördük.
Əsər elə təsirli hazırlanmışdı ki, o il
kənddə dünyaya gələn uşaqların
çoxunun adını Aydın və Gültəkin qoydular.
Kənd klubunda teatr göstərmək üçün o
qədər də əlverişli şərait
olmadığından aktyorlar bayırda xüsusi çadırlarda
geyinmə-soyunma "otaqları"
düzəltmişdilər. İrəvan teatrı belə
çətin və ağır şəraitdə
işləyirdi. Amma bir gün də olsa öz
fəaliyyətini dayandırmaq, əzablardan usanmaq, qaçmaq
fikrində olmamışdı.
Təəssüf ki, 1947-ci ildə Stalin hökumətinin
qərarı ilə Ermənistanda yaşayan
azərbaycanlıların köçürülməsi
ilə bağlı müdhiş bir tədbir həyata
keçirildi. 1948-ci ildə soydaşlarımız ata-baba
ocaqlarından kütləvi deportasiyaya məruz qaldılar. Bu
qəddarlıq İrəvan teatrının da taleyindən yan
keçmədi. Həmin illərdə bağlanmaq
məcburiyyətində qalan teatr yalnız 1967-ci ildə
öz işini bərpa edərək yenidən
fəaliyyətə başladı. Milli-mənəvi
dəyərlərimizin təbliğində, klassik və
müasir dramaturqlarımızın əsərlərinin
tamaşaya qoyulub Ermənistanda yaşayan
soydaşlarımıza təqdim edilməsində
İrəvan teatrının misilsiz xidmətləri var.
1988-ci ildə ermənilərin başladığı
işğalçılıq siyasətinin ağır
zərbələrini alanlardan biri də bu teatrın kollektivi
oldu. Həmin ildən Bakı şəhərində
məskunlaşan İrəvan Dövlət Azərbaycan Dram
Teatrı üzləşdiyi ən ağır əzabları,
çətinlikləri dəf edərək yaşamaq,
fəaliyyət göstərmək niyyəti ilə
teatrsevərlərin diqqətini çəkmək
üçün öz həyatını
çətinliklə yaşamağa başladı.
Azərbaycan mədəniyyətinin inkişafında,
təşəkkülündə özünəməxsus
xidmətləri olan belə bir fədakar kollektivin yubileyinin
dövlət səviyyəsində keçirilməsi
təqdirə və alqışa layiqdir. Sərəncamda
deyildiyi kimi, İrəvan Dövlət Azərbaycan Dram
Teatrı milli teatr sənətimizin inkişafında
mühüm yer tutur və o, Qafqazın qocaman sənət
ocaqlarından biridir. Dövlət
başçısının sərəncamına
əsasən şərəfli və zəngin tarixə malik
məşhur sənət ocağının 125 illik yubileyi
2007-ci ildə qeyd ediləcək. Bu yubileyin layiqincə
keçirilməsi üçün sərəncamda
müxtəlif təşkilatlar qarşısında xüsusi
vəzifələr qoyulmuşdur. Hazırda Azərbaycan
Respublikasının Nazirlər Kabineti sərəncamdan
irəli gələn məsələlərin həlli ilə
məşğuldur. Mədəniyyət və turizm, təhsil
nazirliklərində, Azərbaycan Milli Elmlər
Akademiyasında, Azərbaycan Teatr Xadimləri İttifaqında
yubileyə həsr olunmuş tədbirlərin birgə
planı hazırlanır.
Əməkdar mədəniyyət işçisi,
tarixçi-alim İsrafil Məmmədovun apardığı
araşdırmalar nəticəsində İrəvan
Dövlət Azərbaycan Dram Teatrının yaşı
ilə əlaqədar bir sıra maraqlı faktlara rast
gəlmək olur. O, "İrəvan teatrının
neçə yaşı var?" adlı bir
məqaləsində əldə etdiyi faktlar əsasında
yazır: "1882-ci il aprelin 10-da İrəvanda çıxan
"Çələk" qəzetində
peşəkarlıqla yazılmış bir məqalə
dərc olunub. Bu məqalədə kasıb
tələbələrə kömək məqsədilə
Azərbaycan türklərinin dilində "Tamahkarlıq
düşmən qazanır" pyesi "ikinci dəfə
oynanıldı" yazılıb. Görünür,
müəllif hər iki tamaşanı seyr edibmiş. Bu
əsərin ikinci dəfə tamaşaya qoyulması faktı
mənə bu qənaətə gəlməyə əsas verir
ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1882-ci
ildən də əvvəl yaranıb, həmin pyes bu
teatrın səhnəsində birinci dəfə ancaq 1980-ci
ildə oynanılıb. Çünki səhnədə
təbii oyunu ilə hamını valeh etmək,
tamaşaçını heyran qoymaq məharəti heç
vaxt birdən-birə yarana bilməzdi. Hətta
ermənilərin özlərinin yazdığı başqa faktlardan
da məlum olur ki, İrəvanda Azərbaycan teatrının
təşəkkülü çox qədimdən
başlayıb. Təsəvvür edin ki, peşəkar
teatrın yaranmasına gələn yolların
başlanğıcı 1827-ci ildə Hüseyn xanın
sarayında tamaşaya qoyulmuş "Ağıldan
bəla"dan başlanıb. Hətta Nəcəf bəy
Vəzirov 1875-ci ildə İrəvanda "Ev
tərbiyəsinin bir şəkli" məzhəkəsini
də yazmışdır. Həvəskar aktyorlar isə bu
tamaşalarda iştirak etmişlər. Peşəkar teatr
tarixi kimi İrəvan Dövlət Azərbaycan Dram
Teatrının yaranması 1882-ci ilə aid edilir. Bu teatrın
rəsmi dövlət statusu aldıqdan sonra, daha doğrusu,
ikinci dəfə fəaliyyətə başlayanda (1967) ilk
direktoru Əziz Süleymanov olub. Onun atası Yunis Nuri
ötən əsrin 30-cu illərində aktyorluq etmiş, bu
teatrın inkişafında böyük fədakarlıq
göstərmişdir. Həmin illərdən teatrın
baş rejissoru Tofiq Ağayev olmuşdur. 1968-ci ildə teatra
dramaturq Hidayət Orucov rəhbərlik etmişdir. 1983-cü
ildən teatr qaçqınlıq həyatına qədəm
qoyanadək onun direktoru Yunis Süleymanov olmuşdur. 1989-cu
ildə teatra Vidadi Əliyev rəhbərlik etmiş, 2000-ci
ildən İrəvan Dövlət Azərbaycan Dram
Teatrının direktoru İftixar Piriyevdir.
Vaxtilə bu teatrın səhnəsində çox
müqtədir rejissorlar, dramaturqlar, aktyorlar fəaliyyət
göstərmişlər. İndi onların çoxu haqq
dünyasına qovuşub. Bu şanlı yubiley münasibətilə
teatrın tarixində mühüm xidmətləri olan
sənətkarları yad etmək borcumuzdur: Firudin bəy
Köçərli, Yunis Nuri, Abbasqulu Tağıyev, Cəmil Əliyev,
Əli Zeynalov, Baxşı Qələndərli, Ətayə
Əliyeva, İsmayıl Dağıstanlı, Kazım Ziya,
Zemfira Əliyeva, Əsgər Yusifzadə və
başqaları.
Doğma şəhərdən didərgin düşən
teatr hazırda Bakıda - Hüseynqulu Sarabski adına
mədəniyyət sarayında məskunlaşıb.
Teatrın geniş və əhatəli şəkildə
fəaliyyət göstərməsi üçün
mədəniyyət sarayında o qədər də
şərait yoxdur. Amma bütün çətinlikləri
dəf edən yaradıcı kollektiv ildə beş-altı
yeni tamaşa hazırlayaraq öz
pərəstişkarlarını sevindirir. Yəqin ki,
ölkə başçısının imzaladığı
bu sərəncamdan sonra İrəvan Dövlət
Azərbaycan Dram Teatrının daha mükəmməl
fəaliyyəti üçün geniş imkanlar açılacaq.
Teatr həmişəki dəst-xətti ilə
tamaşaçılarını sevindirəcək, öz
yaradıcılıq uğurları ilə Azərbaycan
mədəniyyətinə yeni naxışlar salacaqdır.
Təbii ki, bu kollektivdə çalışan ən sadə
işçidən tutmuş baş direktora kimi hamının
ən böyük sevinci nə vaxtsa bu teatrın doğma
ocağa qayıtdığı gün olardı...
Teatrın veteranı, aktrisa
Azərbaycan.- 2006.- 16 sentyabr.- S. 11.