“Mən direktor olmaqla yanaşı, həm də aktyoram”

 

Artıq paytaxt teatrları təzə movsümü açıb. Maraqlıdır, görəsən, teatrlarımız nə kimi yeniliklər vəd edir? Suallarımıza cavab tapmaq məqsədilə üz tutduq Gənc Tamaşaçılar Teatrına. Teatrın direktoru Mübariz Həmidovla görüşüb, yeniliklərdən xəbərdar olduq.

- Mübariz müəllim, teatnızda kimi yeniliklər var?

-  Bu müddət ərzində biz teatrda bəzi kosmetik işlər aparmışıq. Nizam-intizamı  qaydasına  qoymuşuq. Bilirsiniz, nizam-intizam olmayan yerdə yüksək keyfiyyətli yaradıcılıq işindən söhbət gedə bilməz.

- Maraqlıdır, əsərləri səhnələşdirməmişdən öncə Bədii Şurada müzakirə edirsiniz?

-  Əlbəttə, müzakirələrdə müxtəlif fikirlər səsləndirilir.

Bədii şuranın üzvləri hansı qərarı verirlərsə, onu da qəbul edirik. Hər halda, şurada ən azından 30-35 il teatr təcrübəsi olan mütəxəssislər təmsil olunurlar. İnanmıram ki, hər hansı bir zəif əsər pulun, sponsorun xatirinə Bədii Şuradan keçə bilsin.

- Yeri gəlmişkən, sabiq direktor Kamal Əzizov bu teatrda sponsorluqla tamaşaların səhnəyə qoyulduğunu təsdiq edirdi...

-  Bilirsiniz,  əslində, biz bunu inkar etmirik. Hər yerdə olduğu kimi bizim müəyyən problemlərimiz var. Misal üçün, bu gün zala istilik verilmir. 1988-ci ildə bu teatr istismara buraxılandan sonra   istilik   sistemi   müəyyən vaxt   işləyib.   Amma   son   illər əsaslı təmir olunmadığından bu gün teatrda istilik sistemi işləmir. Yaxın günlərdə nazirliyin təklifiylə respublikanın bir çox teatrları əsaslı təmirə dayandırılacaq.

-  Nədənsə, teatrlarımızın reklam məsələsi problemə çevrilib. Teatrların əksəriyyətinin reklam şitləri heç tamaşaçıların nəzər-diqqətini çəkmir.

-   Düz   deyirsiniz,   reklamdan çox şey asılıdır. Bu yöndə müxtəlif addımlar atmaq fıkirindəyik. Çalışıb, imkanımız  daxilində teatrın önündə tamaşaların reklam lövhələrini asacağıq.

-  Bu sual jumalist marağımdan irəli gəlir: üçün teatrınızın qarşısında adı yazılmır?

-  Nəzərdə tutmuşuq ki, təmirdən sonra teatrın ön hissəsindəki oval yerə onun adını yazdıraq.

- Yeni mövsümdə qastrol səfərləriniz gözlənilirmi?

-   Planlarımız  çoxdur.  Teatrımız əsaslı təmirə dayananda da, yəqin ki, truppamız fəaliyyətini davam etdirəcək. Bakı ətrafı qəsəbələrdə, kəndlərdə, məktəblərdə     teatr  binası   olan  rayon mərkəzlərində tamaşa  nümayiş etdirmək    barədə    fikirləşirik. Çünki    teatrımızın   repertuarı həddindən artıq zəngindir. Onu da deyim, teatrımız bir neçə dəfə xaricdə təşkil olunan festivallarda iştirak edib. Mənim rəhbərliyim altında teatrımızın kollektivi  Rusiyanın  Kazan  şəhərində, türkdilli xalqların "Novruz" Beynəlxalq Teatr Festivalına qatılıb. Bilirsiniz, xarici ölkələrə getmək kifayət   eləmir.   Gərək,   bunun üçün daha yaxşı tamaşalar səhnələşdirəsən.

Ən əsası da odur ki, getdiyimiz ölkənin   teatr   ictimaiyyəti   arasında Azərbaycan teatrı haqqında normal təsəvvür yarada bilək. 2008-ci ildə Gənc Tamaşaçılar Teatrının 80 yaşı tamam olacaq. 1928-ci ildə bu teatrın rus bölməsi, bir il sonra isə Azərbaycan bölməsi fəaliyyətə başlayıb. Gənc Tamaşaçılar Teatrının heç şübhəsiz, peşəkar Azərbaycan teatrı tarixində özünəməxsus yeri var. Mən bu teatra ilk dəfə ayaq basanda Yusif Vəliyev, Osman Hacıbəyov, Məmmədağa Dadaşov, Susanna Məcidova, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov kimi sənətkarları görmüşəm, onlarla bir tamaşada səhnəyə çıxmışam. Bu gün Firəngiz Şərifova kimi bir sənətkar bizim teatrımızda çalışır.

-  Mübariz  müəllim,  bundan sonra   səhnəyə  çıxacaqsınız? Hər halda, aktyor üçün ən rahat, ən istəkli yer səhnədir.

- Təbii ki, hər bir aktyorun ürəyində səhnə sevgisi olur. Hələliksə, bu barədə fikirləşmirəm, görüləsi işlər çoxdur. Bütün işləri yoluna  qoyandan   sonra  həmin məsələyə qayıdarıq.

Amma mən direktor olmaqla yanaşı, həm aktyoram. Buna görə hökumətimiz əməyimi qiymətləndirib, mənə fəxri ad da verib.

-   Bu gün Gənc Tamaşaçılar Teatrının bir çox tanınmış aktyorları nədənsə son illərin tamaşalarında görünmürlər. Soruşanda da deyirlər ki, teatrda yaxşı tamaşalar hazırlanmır, rollar qanedici deyil. Əslində, aktyor üçün rolun böyük-kiçikliyi olmamalıdır. Amma hər halda, maraqlıdır, bu problem ilə bağlıdır?

- Bəli belələri var... Bütün məlumatlar  mənim  stolumun  üstündədir.  Bilirsiniz, bu,  əvvəlki direktorun çalışdığı zamanlarda belə idi. Bu da əmək bölgüsünün düzgün aparılmamasından irəli gəlirdi. Kimsə hansısa rolu istəyib, onu başqasına verib, həmin aktyoru küsdürüblər...

-  Bəs təzə mövsümü hansı tamaşa ilə açacaqsınız?

-   Mövsümü  sentyabrın  24- açacağıq. Əvvəlcə teatrın binası qarşısında azyaşlılar üçün kloun    aktyorlarımızın  bayram  tamaşası nümayiş ediləcək.  Bundan   sonra   tamaşaçılar   binaya daxil olacaqlar. Daha sonra isə uşaqlara Alla Axundovan əsəri əsasında Rafiq  Əliyevin səhnələşdirdiyi "Sirr" tamaşasını təqdim edəcəyik. Biz tamaşaya kimsəsizlər evinin uşaqlarını da dəvət   etməyi   düşünürük.   Axşam saatlarında   isə   böyüklər   üçün Tamara  Vəliyevanın   əsəri   əsasında Loğman Kərimovun səhnələşdirdiyi   "Mənim      göyərçinim" tamaşası oynanılacaq. Tamaşadan əvvəl isə çıxışımız olacaq.

 

Xalq cəbhəsi. -2006.- 19 sentyabr.- S. 15.