Nəzakət
Obrazlariı ilə sənət tarixində
əbədiləşən aktyor
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının kollektivinə
ağır itki üz vermişdir, Azərbaycan
Respublikasının əməkdar artisti, istedadlı aktyor,
tanımış sənətçi Mübariz
Əlixanoğlu Paşayev 62 yaşında qəflətən
vəfat etmişdir.
Mübariz Paşayev 1944-cü ilin
iyul ayının 1-də Zəngilan rayonunda. anadan olmuşdur,
O, 1968-ci ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin dram və kino aktyoru
fakültəsini bitirərək, təyinatla İrəvan
Dövlət Azərbaycan Dram Teatrında ilk
yaradıcılıq fəaliyyətinə
başlamışdır, Bu teatrda C.Cabbarlının
"Aydın" dramında Aydın və G.Xuqayevin
"Arvadımın əri" komediyasında Kazbek
obrazlarına uğurlu səhnə həyatı vermişdir. İstedadlı aktyor
1972-ci ilin 1 yanvar
ayının 13-dən ömrünün son
gününə qədər Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında
çalışmışdır. O, 33 il ərzin də bu
teatrın səhnəsində xarakter etibarı ilə
bir-birindən fərqli obrazları çox uğurla
yaratmışdır. Belə obrazlardan Surxay (Q.İIkin"Təzə
şagird"), Şirinbala (S.Qədirzadə "Şirinbala
bal yığır"), Nazim (S.Xurşud
"Məhəbbət novellası"), İmaməli
(Ə.Əylisli "Mənim nəğməkar bibim"), Qasım (C.Məmmədquluzadə "Danabaş kəndinin məktəbi"), Ağamusa (Ə.Əylisli
"Yazığam, sevmə məni"), Ezop (G.Fİqeyredo
"Ezop"), Egeon (V.Şekspir "Səhvlər komediyası"),
Don Rafael (İspan xalq rəvayətlərinin motivləri
əsasında "Zorro") və başqalarını
göstərmək olar.
Mübariz Paşayev Azərbaycan
televiziyası və kinostudiyası ilə də sıx
əməkdaşlıq etmiş, bir sıra yaddaqalan obrazlara
maraqlı ekran həyatı vermişdir.
Azərbaycan milli teatr sənətinin inkişafındakı xidmətlərinə
görə Mübariz
Əlixan oğlu Paşayev respublikanın əməkdar artisti fəxri adına
layiq görülmüşdür.
Amansız ölüm, hələ də parlaq obrazlar yaratmaq imkanına malik istedadlı aktyor Mübariz Əlixanoğlunu
62 yaşında aramızdan
apardı. Onun işıqlı xatirəsi həmişə
onu tanıyanların və teatrsevərlərin
xatirəsində qalacaqdır.
Allah rəhmət eləsin!
Səs.- 2006.- 6 sentyabr.- S. 12.