"Rejissor teatrın düşünən beynidir"

 

Bəhram Osmanov": "Azərbaycan teatrının gələcəyi məni çox narahat edir"

 

Son illər teatra maraq niyə azalıb? Artıq neçə müddətdir ki, bu sualın cavabını tapmağa çalışırıq. Bir çox teatr mütəxəssisləri yaranan tamaşaçı qıtlığını əhalinin maddi vəziyyətinin aşağı olmasıyla əlaqələndirirlər. Digərlərinin fikrincə isə tamaşaçıları teatrdan zəif rejissor işi süni aktyor oyunu uzaqlaşdırır. Bizi maraqlandıran bu məqamlara Akademik Milli Dram Teatrının rejissoru Bəhram Osmanov aydınlıq gətirdi. - Teatrımızın hazırkı durumunu necə xarakterizə edərdiniz? - Azərbaycanda rejissor sənəti özünün ən aşağı nöqtəsinə çatıb. Bu proses 20-25 ildir ki, gedir. Əslində, teatrın repertuarı, teatrın rəhbərliyindən, onun dünyagörüşündən asılıdır. Rejissor teatrın düşünən beynidir, proqramı o həll edir s. Amma gəlin, etiraf edək ki, bəzi hallarda hər şey gəlib rəhbərliyin əlindən keçir, onun zövqü dünyagörüşündən asılı olur. - "Azdrama"da repertuar problemi varmı? - Mən sizə deyim ki, repertuar problemi həmişə olub. Teatrda nazirliyin sifarişi köməkliyi ilə dünya dramaturgiyası Azərbaycan dramaturgiyasının klassik əsərləri hazırlanır. Amma bunlar hamısı pərakəndədir. Vahid proqram yoxdur. Hər şey vahid proqram şəklində nizamlansa, zamanla ayaqlaşsa, daha yaxşı olar. Sadəcə olaraq, dövrün nəbzini tutmaq lazımdır. Hər hansı klassik əsəri hazırlayanda belə, o əsərdə tamaşaçıya deyəcəksən, onu tutmağı bacarmaq, eyni zamanda, aktyor heyətinin həmin tamaşaya cavab verib-verməməsini düşünmək lazımdır. - Teatrınızda zəif pyeslər tamaşaya çox qoyulur? - Yox, bəzən qoyulur. Bilirsiniz, kimlərsə zəif əsərlər götürürsə, bu, onların problemidir. Mən çalışıram ki, işlədiyim əsərlər zəif olmasın. Aktyor seçimi, filan, əlimdən gəldiyi qədər ortaya dəyərli tamaşa çıxarmağa çalışıram. - Teatrımızın gələcəyi sizi dərəcədə qane edir? - Düzünü deyim, məni Azərbaycan teatrının gələcəyi çox narahat edir. Elə teatrlar var ki, orda teatr sənəti çox aşağı düşüb. Bir ki, aktyor ansamblının formalaşması, bütövlükdə sənətin özündə olan pərakəndəlik narahatçılıq doğurur. Lakin bunu deməsəm, insafsızlıq olar, dövlət teatrın ölməməsi üçün kifayət qədər qayğı göstərir. Əslində, mənə elə gəlir ki, teatrda diktatura olmalıdır. Çünki diktatura olmayanda, istər-istəməz anarxiya yaranır. Vaxtilə Azərbaycan teatrının liderləri olub onlar teatrı yüksək səviyyədə saxlaya biliblər. Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov... dövlət bu insanlara qayğı göstərib, səlahiyyət verib gözəl nəticələr əldə olunub. - Deyəsən, teatrınızda aktyor problemi mövcuddur? - Aktyor problemi həmişə olub. Bunun da səbəbləri müxtəlifdir. Məsələ ondadır ki, aktyora qayğı lazımdır. Əslinə qalsa, mən bu haqda danışmaq istəmirəm... - Bir tamaşaçı kimi sizi teatrınızda səhnələşdirilən tamaşalardakı aktyor oyunu qane edirmi? - Düzü, ad çəkmək istəmirəm. Bilirsiniz, yoldaşlıqda yaxşı deyil. Hər halda, nöqsansız insan yoxdur. Bir ki, qoy bunlar mənim sirrim olaraq qalsın. Onsuz da biz öz səhv qüsurlarımızı çox gözəl bilirik. - Bildiyimizə görə, "Azdrama"nın aktyorlarının 80 faizi cavan aktyorlardır. - Hə, amma bir məsələ var ki, gənc obrazları yaşlı aktyorlar oynayırlar. Bilirsiniz niyə? Nurəddin Mehdixanlıdan xahiş edirlər ki, gəl, bu cavan rolu oyna, o da razılaşır. Əksər hallarda rejissorlar cavan aktyor aktrisalarla işləməkdən qorxurlar. Şəxsən mən gənclərlə işləməkdən boyun qaçırıram. Çünki onlar oynaya bilmirlər. - Maraqlıdır, niyə? - Çünki istedadlı tələbələr teatra gəlmirlər. Teatra yalnız arxası, tanışı olan ortabab tələbələr düşürlər. Bir neçə roldan sonra küçədə onu tanıyırlarsa, qəzetlərə müsahibə verirlərsə, deməli, tanınırlar.başlayır, toylarda tamadalıq etməyə... Məni təəssüfləndirən bir şey bu nəslin birdən-birə hər şeyə sahib olmaq həvəsləridir. Sənətin qaydası budur ki, illərlə əziyyət çəkib, hörməti, adı qazanmalısan, sonra bu ad özü sənə imtiyaz da, var-dövlət gətirəcək. - Bəhram bəy, tamaşaya qoyduğunuz əsərləri necə seçirsiniz? - Dövrü nəzərə alıram. Tamaşaçı tərəfindən qəbul olunma məsələsini nəzərə alıram. Çünki elə pyeslər var ki, çox gözəl dərin pyesdir. Amma tamaşaçı tərəfindən qəbul olunmur. Bizim tamaşaçılar həyatiliyi sevirlər. Bunu mütləq nəzərə almaq lazımdır. Digər tərəfdən eksperimentlər aparmaq lazımdır, teatr onsuz inkişaf etmir. Bizim teatrda əvvəllər böyük məşq zalında kiçik səhnə deyilən səhnəmiz vardı orda uğurlu tamaşalar hazırlayırdıq. Bunun bərpa olunmasını istəyirdim. Yenə təkrar edirəm ki, eksperimentlər olmalıdır. O səhnədə belə eksperimentlər aparılırdı. - Zənnimcə, teatr tamaşaçının intellektual səviyyəsinin yüksəlməsində inkişafında böyük rol oynamalıdır. Təkrar olunan müəlliflər əvəzinə XX əsrin klassik yazıçıları var ki, məsələn Kokto, Sartr, Kamyu s. onların əsərləri tamaşaya qoyulmalıdır. - Mütləq! Ancaq neyləmək olar ki, heç kimi inandıra bilmirsən ki, bunlar lazımdır. Mən kiçik səhnənin bərpa olunmasının tərəfdarıyam.

 

Üç nöqtə.- 2006.- 12 sentyabr.- S. 13.