Sevil
"Arşın mal alan"
Vyanada tamaşaya qoyuldu
Operettaya Qərbi
Avropada ilk dəfə
baxıldı
Ötən gün
"Ata-holdinq" ASC-nin
sponsorluğu ilə Vyana Kammeroper Teatrında böyük bəstəkarımız Üzeyir
Hacıbəyovun "Arşın
mal alan" musiqili komediyasının premyerası olub. Beləliklə, musiqili
"Arşın mal alan" ilk dəfə
olaraq Qərbi Avropada, dünya musiqi mədəniyyətinin
mərkəzi sayılan
Vyanada tamaşaya qoyuldu.
Premyerada iştirak
edən "Ataholdinq"
ASC Müşahidə Şurasının
sədri Əhməd Erentok Şərqdə ilk
milli opera hesab edilən "Arşın
mal alan" operettasının Vyana Kamera Operasında səhnələşdirilməsinə və bu layihəyə
sponsorluq etdiyinə görə holdinq rəhbərliyinin və kollektivinin böyük qürur hissi keçirdiyini bildirib:
"Vyanada bu layihənin gerçəkləşdirilməsi
ilə "Arşm
mal alan" operettası
dünyanın 40 dilinə
tərcümə edildi.
Biz bundan sonra
da Azərbaycan mədəniyyətinin dünyada
tanıdılması naminə
mühüm əhəmiyyət kəsb edən layihələrin gerçəkləşdirilməsi
üçün köməyimizi
əsirgəməyəcəyik".
Azərbaycan xalqının tarix boyunca həmişə mədəniyyət və
incəsənətlə bağlı
olduğunu deyən Ə.Erentok vurğulayıb
ki, bu sahədə
dünyada məşhur
olan bir çox sənət adamları yetişdirilib.
Qeyd edək ki, operetta sentyabrın 28 və 30-da da Vyana Kamera
Operasının səhnəsində
göstəriləcək. Tamaşaya
rəhbərlik Bakı
Musiqi Akademiyasının
rektoru Fərhad Bədəlbəyli, . Şövkət Məmmədova
adına Opera Studiyasının direktoru və bədii rəhbəri Azad Əliyev
tərəfindən olunur. Tamaşanın quruluşçu rejissoru və dirijoru Maykl Snakdır. Operettada yalnız Avstriya
müğənniləri iştirak
edir. Ariyalar Azərbaycan dilində,
rolların mətni isə almanca ifa olunur.
Komediyada Gülçöhrə
obrazını Aisa
Lindsey, Asyanı Joanna Luto,
Tellini Kaoka Amano, Əsgəri Ramin Dustdar, Soltan bəyi Cin Jakus
Roussi, Vəlini Volfqanq Seyla, Süleyman bəy obrazını isə Maykl Eberle oynayır.
Həftə içi.- 2006. – 28
sentyabr.- S. 8.