Qarayev S.
Ötən günlərin işıqlı
xatirələri
Azərbaycan incəsənətini
və mədəniyyətinin
inkişafında
böyük xidmətləri olan xalq artisti Əminə Dibazi
xalqımızın sevimli sənətkarlarındadır. O,
milli rəqqaslıq ənənələrimizin qorunmasına
və zənginləşməsinə sanballı
töhfələr verib, indi özü də gənc rəqqasların
yetişməsində səylərini əsirgəmir.
Əminə xanım bizimlə söhbətində uzun
illər könül bağladığı sənət
dünyasının dünənindən, bu günündən
söhbət açdı, işıqlı və
işıqla bağlı xatirələrini dilə gətirdi.
- Deyirlər, ömrün
qızıl payız çağında insan ötən
günlərini, uşaqlıq çağlarını daha
tez-tez xatırlayır. Ömrün ən qayğısız
illərində işıqla bağlı xatirənizdə
nələr qalıb?
- İndi bu tənhalıq
dövrümdə həmin o xoş çağları
həmişə böyük həsrətlə xatırlayıram.
Uşaqlığım dədə-baba yurdum Qazaxda keçib. Çox dəcəl və şıltaq qız idim. Qorxu nə
olduğunu bilməzdim.
Ağaca dırmaşar,
gur sulu çaylardan keçər,
ata minərdim. Bir sözlə, həmişə ən riskli işlərdən yapışardım. O vaxtlar elektrikin nə olduğunu da bilməzdik. Hər axşam evimizdə böyük lampalar yandırdığımız indiki
kimi yadımdadır.
Elə bil bu
işığın sehirli
gücü bizi bir-birimizə yaxınlaşdırar,
daha da mehriban
edərdi. İşıq, ocaq həmişə ağsaqqal,
ağbirçəklərimiz tərəfindən
müqəddəs sayılıb. Qədimdə işıqla
bağlı söylənilən çoxlu atalar sözləri
və məsəllər indi də yadımdadır.
1924-cü ildə, yəni 5
yaşım olanda ailəmiz Bakıya köçdü. “Nöyütsüz
yanan lampa”ların sehrinə də elə həmin vaxt
düşdüm. Həmişə elektrik lampalarının
nöyütsüz necə yanması məni çox
düşündürürdü. Hər axşam böyük
ailəmız bu sehirli lampanın işığına yığışanda
hamımız özümüzü çox xoşbəxt hiss
edirdik. Gur yanan işıqlardan böyük sevinc,
məhəbbət alırdıq...
-
Demək, işığa olan məhəbbət
hələ uşaqlıqdan qəlbinizdə kök salıb...
- Düşünürəm ki,
elə belə də olmalıdır. Çünki
işıqsız həyat mümkün deyil. Şəxsən
mənim üçün qaranlıq, zülmət bir
heçlikdən ibarətdir. Hətta bir dəfə
qaranlıq vaxti "Nizami" kinoteatrının yaxınlığından
keçərkən, yolu görmədiyimdən
yıxılıb ayağımı da bərk
əzmişəm. Hər dəfə bu hadisəni xatırlayanda
həmin vaxt küçədə işıqların
yanmamasına çox qəzəblənirəm. İndi
isə şəhərimizin gecələri də gündüzləri
kimi işıqlıdır. Mağazaların, restoranların,
istirahət mərkəzlərinin əlvan işıqları
şəhərimizə daha da yaraşıq verir.
Evdə bəzən
müvəqqəti olaraq işıq kəsiləndə,
heç bilmirəm, özümə harada yer tapım. İşıq
yananacan özümü çox pis hiss edirəm.
İşıq yananda isə elə bil hər şey
qaydasına düşür, həyat öz əvvəlki
axarı ilə davam edir. Elə bu vaxt da elektrik enerjisinin
insanın həyatında çox mühüm yer tutduğunu
anlayırsan. Qazaxda yaşadığım dövrü
yadıma salanda, fıkirləşirəm ki, o vaxtlar insanlar
elektriksiz necə yaşayıblar. Buna görə də
elektrik enerjisini istehsal edənləri ən şərəfli
peşə sahibləri sayıram. Həqiqətən də
energetiklərin əməyi hər bir ev üçün,
vətəndaş üçün, ümumilikdə
ölkə üçün çox vacibdir.
- Bəs nə vaxtsa
qəlbinizdən energetik olmaq keçibmi?
- Qoy bu suala daha
ətraflı cavab verim. Belə bir deyim var:
"ey həyat, sən nə qəribəsən?" Bu, həqiqətən də
son dərəcə müdrik
kəlamdır. O zamanlar
yatsaydım, heç yuxuma da girməzdi
ki, nə vaxtsa rəqqasə ola bilərəm.
Keçən əsrin 30-cu illərində
Azərbaycanda rəqs
ansamblı yaratmaq missiyasını Əşrəf
Səfərov öz üzərinə götürdü. O, bütün
şəhər məktəblərini
dolaşır, gəncləri
rəqs müsabiqəsinə
dəvət edtrdi. Keçmiş "26-lar" bağının
yanındakı "Gürcü
məktəbi"ndə təşkil
olunan rəqs müsabiqəsinə məni
də çağırmışdılar.
Lakin nə məqsədlə dəvət olunduğumu bilmirdim. Orada tar, kamança görən
kimi, bildirdim ki, mən idmançıyam
və heç bir rəqsi ifa edə bilmirəm.
Axırda gördüm ki,
əl çəkmirlər,
bir "hopça"
mahnısını sifariş
etdim. Təbii ki, çalğıçılar
belə bir musiqi bilmədiklərinə
görə, heç nə ifa etmədilər.
Mən isə hirsimdən ağzımda "hopça"
deyə-deyə səhnədə
atılıb-düşməyə başladım. Bir də baxıb görürəm ki, gülməkdən camaatda
can qalmayıb. Elə həmin
dəqiqə də səhnədən hoppanıb,
pilləkənləri üç-üç
adlayaraq küçəyə
qaçdım. Ordan isə
birbaş evə.
"Gürcü məktəbi"ndə baş
verənlər məni
yamanca pərt eləmişdi. Düz bir
həftə özümə
gələ bilmədim.
Bu hadisədən
xeyli keçəndən
sonra məktəb direktoru məni yanına çağırdı. Otaqda rəqs
müsabiqəsində iştirak
edənlər də var idi. Mən onları görən kimi, qaçmaq istədim. Lakin direktor məni saxlayıb dedi ki, bu dəfə
onlar xeyir xəbərlə gəliblər,
sən rəqs ansamblına qəbul olunmusan. Sonra bildirdilər ki,
mən müsabiqədən
keçmişəm və
əvvəlcə 200 manat,
üç aydan sonra isə 400 rnanat məvacib alacağam. Bunu eşidəndə çox sevindim. O vaxtlar ailəmizin vəziyyəti çox ağır olduğu üçün bu şərtlərə görə,
rəqqasə olmağa
razılıq verdim. Beləliklə, Azərbaycan mədəniyyəti
tarixində 6 oğlan
və 6 qızdan ibarət ilk rəqs ansamblı yarandı.
Sözümün canı
ondadır ki, əgər həmin hadisə baş verməsəydi, bəlkə
də başqa sənət sahibi, lap deyək ki, energetik olardım.
- Sənətə
gəldiyiniz ilk vaxtlardan
indi sizi onilliklər ayırır.
Bu vaxta qədər
səhnədə işıqla
bağlı problem yaşamısınızmı?
- Səhnədə
çıxış etdiyimiz
vaxtlarda işıqların
söndüyü halla
çox rastlaşmışam.
Bakıda, respublikamızm müxtəlif
rayonlarında, hətta
Moskvada da konsert zamanı işıqların söndüyü
vaxt olub. Teatr tənqidçiləri tamaşaların
əsas komponentləri
kimi, pyesi, aktyor kollektivini və tamaşaçıları
əsas götürürlər.
Mən isə buraya elektrik enerjisini də əlavə edərdim. Çünki həqiqətən də səhnədə işıq olmayanda heç nə ifa etmək mümkün olmur. Gözləyirsən ki, işıqlar
yansın, ondan sonra çıxışını
davam etdirəsən.
- Deyə bilərsinizmi, işığın
rəqslərin ifasında
əhəmiyyəti nə
dərəcədədir?
- Səhnə işıqları
rəqsin gözəlliyi,
onun canıdır. Rəngarəng projektorların ətrafa
işıq seli saçması ilə rəqsin cazibəsi də artır. İşıq həmçinin rəqqasəni
cavan göstərir və onun qüsurlarını
gizlədir. İşığın rəqsin məzmununun açılmasında da çox böyük rolu var. Məsələn,
gənclik çağlarımda
daha çox oynadığım "Turacı"
rəqsində işıq
effektindən daha çox istifadə edilir. Səhnədə oynayan Turacı
ovçu vuranda bütün işıqlar
sönür. Güclü bir
projektor isə yaralı Turacı izləyərək tamaşaçının
bütün diqqətini
ona yönəldir.
Bax, bütün bunlara görə də işığı rəqsin
ayrılmaz komponenti hesab etmək olar.
Azərbaycan işıqları.-
2006.- 6 sentyabr.- S. 8.