Nərmin

Kitabda şəkil

 

Fransanın Bakıdakı səfirliyi Bakı Fransa Mədəniyyət Mərkəzi dünəndən başlayaraq oktyabrın 12-ə kimi Marion Janənin "Kitabda şəkil illüstrasiyalardan ibarət sərgisini təşkil edir.

Onu da deyək ki, M. Janən uşaqlıqdan şəkil çəkir, axşam studiyasında qravyura ilə tanış olur. Qravüra ona birinci kitabların yaranmasına yol açır: "Cırılmış səhifə" 1997, - Pəri Vivianın çamadanı" 1998, "Mariyanın adları" 1999. Bu əsərlərdən sonra, o, kitab yaranması illüstrasiyası sahəsində işləməyə qərar alır. 2002-ci ildə Fransız Fondu onun layihəsini dəstəkliyir M. Janən 2003-cü ildə Pastel nəşriyyatında "Eben ağacı kimi qara" adlı öz birinci albomunu buraxır, illüstrasiyalarının əsasını, qravüra təcrübəsinin təsiri altında, dəqıq və zərif realist şəkil təşkil edir. Bundan fərqli olaraq, musiqi bloknotlarında Marion musiqiçilərin portretlərini repetisiyalarda canlı, spontan və axar üslubda çəkir.

 

Paritet.- 2006.- 26-27 sentyabr.- S. 12.