Valeri Meladze də Bakıya gəldi
Müğənninin Saraydakı konserti baş tutdu
Rusiyanın tanınmış
müğənnilərdən olan Valeri Meladzenin Heydər
Əliyev adına Sarayda planlaşdırılmış
konserti baş tutdu. söz verdiyi vaxtda Bakıya gəldi və
tamaşaçıları üçün oxudu. Əvvəlcə
onu qeyd edək ki, konsert digər rus
ifaçılarının proqramramlarından xeyli fərqli
keçdi.
Çünki V.Meladze
səhnəyə çıxdığı andan
səhnəni tərk edənə qədər sadə və
mehriban göründü. Pərəstişkarları ilə
ünsiyyət qurdu, onlarla şəkil çəkdirdi,
suallarını cavablandırdı. Zarafat etməyi unutmayan
V.Meladze əvvəldən söz verdiyi kimi
tamaşaçıların istəyinə uyğun mahnılar
səsləhdirdi. Pərəstişkarlarını Azərbaycan
dilində salamlayan müğənni Bakının son
dəfə gördüyündən xeyli dəyişdiyini
diqqətə çatdırdı: "Bakı çox
dəyişib. Çoxlu binalar tikilib. Elə bil
şəhəriniz yenidən salınıb". Konsertdə
V.Meladze çox sevilən "Sera", "Meçta",
"Krasiva", "Na verşine uspexa" və sairə
mahnılarını oxudu. "Okean" duetini
səsləndirərkən "Viaqra" qrupunu
müğənninin səhnəyə dəvət etdiyi 30-dan
çox xanım pərəstişkar əvəz etdi. Onu da
bildirək ki, müğənninin səsləndirdiyi
mahnıların ekran versiyaları monitordan təqdim olunurdu.
V.Meladzeni özü ilə gətirdiyi musiqiçiləri
müşayiət etdilər. Müğənni bir
pərəstişkarın bağışladığı
qılıncı səhnədə öpdü. Onu da
bildirək ki, bu dəfə nə fanatların
qışqırığı, nə də səhnəyə
axışması hadısəsi baş vermədi. İki saat
davam edən konsertdən həm V.Meladze, həm də
tamaşaçılar məmnun qaldılar.
Şərq.- 2006.- 26 sentyabr.- S. 14.