Zəhra

Bakıda Kərkük Mədəniyyətinin Təbliği Mərkəzi yaradılır

 

Ötən gün İraqın Kərkük vilayətindən olan qələm adamı Seyfəddin Çakmakçının təşəbbüsü ilə "Kərkük folkloru və mədəniyyətlərin təbliği" mövzusunda tədbir keçirilib. "Nizami" Mətbuat Klubunda təşkil olunan tədbirdə çıxış edən S.Çakmakçı Kərkük mədəniyyətinin, folklorunun Səddam Hüseynin hakimiyyəti dövründə tənəzzülə uğradıldığını, sıxışdırıldığını önə çəkib. 7 ildən bəri Azərbaycana mütəmädi səfərlər edən S.Çakmakçı özünün ölkəmizdə Kərkük mədəniyyətinin əsas təbliğatçılarından biri olduğunu vurğulayıb: "Mən illərdən bəri Azərbaycan mədəniyyəti ilə Kərkük mədəniyyəti arasında möhkəm körpü yaradılmasına çalışıram. İraqda yaşadığım müddətdə çox çətinliklər çəkmişəm. Biz orada övladlamıza öz xalqımıza məxsus adlar verə bilmirdik. Əks təqdirdə, övladımıza sənəd verilmirdi, məcburiyyət qarşısında qalıb uşağın adını dəyişdirirdik. Onillər boyu Kərkükdə bizim mədəniyyətimizi, folklorumuzu, ədəbiyyatımızı, musiqimizi məhv etməyə çalışsalar da, buna nail ola bilərdilər. Biz bu yolda çox əziyyətlərə qatlaşdıq". 11 musiqi alətində ifa etməyi bacardığını deyən S.Çakmakçının sözlərinə görə, hətta bir ara İraqda kərküklü musiqiçilərin saz çalması qadağan edilibmiş.

S.Çakmakçı Azərbaycanda Kərkük mədəniyyətinin tadılması üçün yeni qurum yaratdığını bildirib. Onun rəhbəri olduğu Kərkük Mədəniyyətinin Təbliği Mərkəzi kərküklü sənətçilərin Bakıya səfərlərini təşkil etməyi, Azərbaycanda mədəni tədbirlər, poeziya və musiqi axşamla keçirməyi planlaşdırır.

 

525-ci qəzet.- 2006.- 29 sentyabr.- S. 7.