Abdullayev M., Abbasov A.

Bakıda kitab bayramı

 

Deyirlər ki, yaxşı kitabları oxumaq bütün dövrlərin ağıllı adamları ilə söhbət etməyə bərabərdir. İndi paytaxtımıza həm çoxlu yaxşı kitab, həm bir çox görkəmli şair yazıçılar təşrif buyurub. Axı, dünən Bakıda Birinci beynəlxalq rus kitabı festivalı öz işinə başlayıb.
Tədbirin keçirildiyi Bakı Əl Oyunları Sarayında əsl bayram əhval-ruhiyyəsi vardı bir dənə olsun boş yer yox idi. Rusiyadan eləcə dünyanın 13 ölkəsindən gələn qonaqlar Azərbaycan paytaxtına bu dəfə ən qiymətli hədiyyə olan kitab gətirmişdilər. Festivalın açılışı zamanı öyrəndik ki, Bakıya 4 min adda ən müxtəlif mövzularda 15 mindən çox rus dilində çap olunmuş kitab gətirilib.
Azərbaycanda Rusiya mədəniyyəti ili çərçivəsində təşkil olunan tədbirdə Rusiyadan, eləcə digər ölkələrdən olan görkəmli şair yazıçılar, naşirlər, mədəniyyət xadimləri, jurnalistlər iştirak edirdilər.
Birinci beynəlxalq rus kitabı festivalının açılışında iştirak edən əməkdaşlarımız tədbirin rəsmi açılışı başa çatan kimi festival iştirakçıları ilə görüşərək onların fikir düşüncələrini öyrəniblər.
Əziz oxucular, festival iştirakçıları ilə bir neçə müsahibəni sizin diqqətinizə çatdırırıq.
Çingiz AYTMATOV, dünya şöhrətli yazıçı:
- Kitab mədəniyyəti hər bir xalqın ümumi mədəniyyətinin bir hissəsidir. Rus kitabının, eləcə Azərbaycan kitabının dünya mədəniyyətində böyük xidmətləri olub. Mən bugünkü tədbiri xalqlar, millətlər arasında ən yaxşı ünsiyyət nümunəsi hesab edirəm. Səmimi deyirəm, kitabı bu səviyyədə qiymətləndirən, yüksək mənəvi dəyərləri nümayiş etdirən ikinci belə tədbirin haradasa keçirildiyini xatırlamıram.
Bu, çox yaxşıdır ki, Azərbaycanda kitaba, eləcə rus dilində olan kitablara bu qədər böyük maraq var. Mənə elə gəlir ki, dünyadakı bütün yaxşı kitablar kəhkəşandakı ulduzlardan çoxdur. Amma insanların kitaba, xüsusilə bədii kitaba marağı azalmır.
Mənim əsərlərimi çox dillərə tərcümə ediblər. Demək olar ki, bütün əsərlərim Azərbaycan dilində nəşr olunub. Bu gün çoxlu avtoqraf vermişəm. Yazıçı üçün avtoqraf vermək həmişə xoşdur. Azərbaycan xalqına, zəngin mədəniyyətinə mənim dərin rəğbətim var. Azərbaycanın bütün sahələrdəki uğurları məni çox sevindirir. Azərbaycanlı oxuculara ekskluziv olaraq bildirirəm ki, yaxınlardaDrujba narodovjurnalının 7-ci sayında mənim “O zaman ki, dağlar yıxılıradlı romanım dərc ediləcək. İnanıram ki, bu əsərim azərbaycanlı oxucuların marağına səbəb olacaq.
Mixail Qusman, İTAR- TASS-ın baş direktorunun müavini:
- Birinci beynəlxalq rus kitabı festivalının məhz Bakıda keçirilməsinin dərin rəmzi mənası var. Azərbaycanda həmişə rus mədəniyyətinə, eləcə rus kitabına böyük maraq olub. Azərbaycan rus dili vasitəsilə uzun illər boyu dünya mədəniyyəti ilə
tanış olub.
   Xüsusi qeyd etmək istəyirəm ki, mənim həmvətənlərim olan azərbaycanlılar dünyanın ən çox kitab oxuyan xalqlarından biridir. Azərbaycanda çox az adam tapılar ki, rus ədəbiyyatının A.Puşkin, L.Tolstoy, M.Qorki, M.Şoloxov başqa korifeylərinin əsərlərini orijinaldan oxumasın.
Mən elə Azərbaycan yazıçıları tanıyıram ki, onlar rus dilində öz ana dillərində olduğu kimi uğurla yaza bilirlər. Mən onlardan Anarı, Elçini, Rüstəm İbrahimbəyovu xüsusi qeyd etmək istəyirəm.
O xalq böyükdür ki, onun kitaba məhəbbəti daim artır. Axı, kitabla təmas insanın intellektual inkişafının ali əvəzsiz formasıdır. Dahi siyasətçi Heydər Əliyev deyirdi ki, kitablar hər bir xalqın ruhunun müqəddəs yazısıdır. Rəhmətlik Heydər Əliyeviç Azərbaycanda kitab nəşrinin inkişafına böyük önəm verirdi. Yeri gəlmişkən, bu dahi siyasətçinin Azərbaycana rəhbərlik etdiyi 1970-ci illərdə Bakıda sovet ədəbiyyatı günləri həmişə yüksək səviyyədə keçirilib. Mənim üçün xoşdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ənənələri yeni şəraitdə yaradıcı surətdə davam etdirir.
Nina SUDİNA, Beynəlxalq Kitab Sərgiləri Yarmarkaları Baş Direktorluğu baş direktorunun müavini:
- Bilirsiniz, bu olduqca parlaq, gözəl maraqlı hadisədir. Təəssüf ki, mən ilk dəfədir Bakıdayam. Buna baxmayaraq olduqca fərəhlidir ki, birinci gəlişim belə möhtəşəm tədbirlə bağlıdır. Fərəhli haldır ki, bu bayramda, forumda iştirak etməyə çox sayda nəşriyyat həvəslə razılıq verib. Buradan aydın görünür ki, belə tədbirlərin keçirilməsi qədər zəruridir. Festivala bu maraq onu nümayiş etdirir ki, fəaliyyətimiz, gördüyümüz işlər qədər faydalı gərəklidir.
Biz hər yerdə sevgi səmimiyyətlə qarşılaşırıq. Bu özünü həm festivalda, həm şəhərdə insanlarla görüşlərdə göstərir. Gəlişimizin kitabla bağlı olduğunu bu qədər kitabın şəhərdə qalacağını biləndə hamı sevinir. Bütün bakılılara festival iştirakçılarına ürəkdən minnətdarlıq edirəm.
Vera PAVLOVA, şair:
- Bakıda ilk dəfəyəm təəssüratım olduqca böyükdür. Azərbaycan ədəbiyyatı haqqında ətraflı məlumatım var. Son vaxtlar rus dilində gənc Azərbaycan şairlərinin əsərləri dərc edilib onlarla da
tanış olmaq imkanım olub. Mən dahi Nizami Gəncəvinin qarşısında baş əyirəm.
Təvazökarlıqdan uzaq olsa da, mən Rusiyada populyar şair hesab edilirəm, kitablarım böyük tirajlarla ingilis, fransız, italyan, ispan, İsveç, Norveç, Çin dillərində dərc edilib. Ümidvaram ki, Azərbaycan dilində kitablarım işıq üzü görəcək ölkənizdə özümə oxucu dost tapacağam.
Dünən axşam I Beynəlxalq Rus Kitabı Festivalı çərçivəsində Azərbaycan Yazıçılar BirliyindəŞərq Qərb şairləri, Puşkin Nizami ənənələrimövzusunda dəyirmi masa oldu.
Qonaqları hərarətlə salamlayan Yazıçılar Birliyinin sədri Anar birliyin fəaliyyəti barədə qısa məlumat verdi. O bildirdi ki, ulu öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycan Yazıçılar Birliyinin strukturunu qoruyub saxlamaq mümkün olub. İndi birlikdə dövlət vəsaiti hesabına bir neçə ədəbi nəşr dərc olunur. 30-a yaxın yazıçıya Prezident təqaüdü verilir. Dövlət gənc istedadlı şair yazıçılara da öz yardımını əsirgəmir.
Birinci beynəlxalq rus kitabı festivalının əhəmiyyəti barədə danışarkən Anar mədəniyyətlər arasında əlaqələrin güclənməsinin xalqların bir-birlərinə daha da yaxınlaşmasında böyük rolu olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən məşhur şair tərcüməçi Mixail SİNELNİKOV Azərbaycanrus əbədi əlaqələrinin tarixi ənənələri barədə məlumat verdi. O dedi ki, bu iki xalqın yazıçılarının dostluğu əslində ədəbiyyatın dostluğu idi. M.Sinelnikovun fikrincə, bu yaradıcı insanlar öz xalqlarına, onların mədəniyyətlərinə bağlı olduqları kimi, bütün yaradıcılıqları boyu bəşəri duyğuları da təcəssüm etdiriblər.
Dəyirmi masada dünya şöhrətli yazıçı Çingiz Aytmatov çıxış edərək festivalın şəxsən onun qəlbində dərin iz qoyacağını söylədi. O dedi ki, Azərbaycan dövləti çox müdrik bir addım ataraq Yazıçılar Birliyini qoruyub saxlaya bilib. Böyük yazıçı onu narahat edən bir məsələ barədə fikrini söylədi. Onun fikrincə, Moskvada dərc olunanDrujba narodovjurnalının nəşrinə kömək etmək lazımdır. Bu fikri türk xalqlarının sevimli şari Oljas Süleymenov da dəstəklədi. O, Azərbaycan xalqının daim böyük ədəbiyyat yaratmağa qadir olduğunu vurğulayaraq yeni ədəbi simaların yaradıcılığını beynəlxalq miqyasda təbliğ etməyin vacibliyini xüsusi qeyd etdi.
Rusiyanın Dövlət mükafatı laureatı nasir Andrey VOLOS dedi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə bugünkü görüşü onda dərin məmnunluq hissi yaratmışdır. Cənab İlham Əliyevin Azərbaycanda rus mədəniyyəti ənənələrinin davam etdirilməsinə böyük önəm verməsi onu çox sevindirib. MDB-nin bir sıra ölkələrinin rəhbərləri, təəssüf ki, bu mühüm məsələyə belə düzgün qiymət verə bilmirlər.
A.Volos sonra qeyd etdi ki, Azərbaycan ədəbiyyatı ilə müəyyən qədər tanışdır. Düşünür ki, belə tədbirlərin keçirilməsi yazıçılar arasında şəxsi dostluq əlaqələrinin güclənməsinə, bütövlükdə ədəbiyyatların, mədəniyyətlərin yaxınlaşmasına xidmət edir.

Xalq qəzeti.- 2006.- 16 sentyabr.- S. 7.