Bakıda beynəlxalq rus

kitabı festivalı öz isinə başlayıb

 

"Bakıda ilk beynəlxalq rus kitabı festivalının keçirilməsi Azərbaycan-Rusiya əməkdaşlığının parlaq sübutudur". Trend”in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin dünən Bakıda açılan festival iştirakçılarına təbrik məktubunda deyilir. Festivalın təşkilatçıları Rusiyanın Federal Mədəniyyət Kinematoqrafiya Agentliyi, "İTAR-TASS" agentliyi Azərbaycanın Mədəniyyət Turizm Nazirliyidir. Tədbirdə iştirak etmək üçün Rusiyanın aparıcı kitab nəşriyyatçılarının nümayəndələri, məşhur yazıçılar, ictimai xadimlər Bakıya gəlib. Onlar arasında İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko, onun birinci müavini Mixail Qusman, yazıçılar Oljas Süleymanov, Çingiz Aytmatov, Eduard Uspenski, Tatyana Uspenskaya başqaları var. Əl Oyunları Sarayında təşkil olunmuş kitab yarmarkasında rus klassiklərinin müasir ədəbiyyata aid minlərlə kitab təqdim olunub. Yarmarka başa çatan kimi 15 minədək kitab Azərbaycana hədiyyə veriləcək. Festival çərçivəsində, həmçinin, dəyirmi masalar, yeni nəşrlərin təqdimatı, oxucu auditoriyası ilə ədiblərin görüşləri, rus poeziyası gecəsi, incəsənət xadimlərinin konserti, Bakı Slavyan Universitetinin tələbə-müəllim heyəti ilə görüş keçiriləcək.

 

Üç nöqtə.- 2006.- 16 sentyabr.- S. 18.