2006-cı il iyulun 5-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası hökuməti və Çelyabinsk vilati (Rusiya Federasiyası) hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Sazişin təsdiq

edilməsi barədə:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1.  2006- il iyulun 5- Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti Çelyabinsk vilayəti (Rusiya Federasiyası) hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki mədəni əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, müvafiq dövlət orqanları ilə birlikdə bu sərəncamın 1-ci bəndi ilə təsdiq edilən sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

3.  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sazişin qüvvəyə minməsi ilə əlaqədar dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Çelyabinsk vilayəti (Rusiya Federasiyası) hökumətinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev, Azərbaycan Respubİikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2006- il

 

Azərbaycan. -2006.- 28 sentyabr.- S. 1.