Birinci beynəlxalq rus kitabı festivalının iştirakçıları  vətənə yola düşmüşlər

 

Azərbaycanda Rusiya İli çərçivəsində keçirilən Birinci beynəlxalq rus kitabı festivalının iştirakçıları (14 ölkənin yaradıcılıq təşkilatlarının 110 nəşriyyatın nümayəndələri) vətənə yola düşmüşlər.
Festival iştirakçıları qısa müddət ərzində respublika rəhbərliyi, ictimai təşkilatların nümayəndələri oxucular ilə görüşlər keçirmişlər. Yazıçılar şairlər Şamaxı, Quba Xaçmaza getmiş, orada sıx məskunlaşmış qaçqın məcburi köçkünlərin həyat məişəti ilə
tanış olmuşlar.
Heydər Əliyev Fondu ilə tanışlıq çox maraqlı olmuşdur. Qonaqlar bu təşkilatın fəaliyyəti ilə tanış olmuş, fondun prezidenti Mehriban xanım Əliyevanın rolunu yüksək qiymətləndirərək bildirmişlər ki, hazırda dünyada belə fondlar çoxdur, ancaq Heydər Əliyev Fondu onunla fərqlənir ki, müxtəlif istiqamətlərdə - mədəniyyət, tarix, təhsil, səhiyyə sairə sahələrdə fəaliyyət göstərir. Festival iştirakçıları Azərbaycan Yazıçılar Birliyində Atatürk Mərkəzində ölkə ədiblərinin iştirakı ilə "dəyirmi masa"lar keçirmişlər. Festival Azərbaycan Dövlət Filarmoniyasında poeziya gecəsi ilə başa çatmışdır.
Yola düşmə ərəfəsində yazıçı Çingiz Aytmatov demişdir: "Rus ədəbiyyatı, rus kitabı dünya kitab mədəniyyətinə çox böyük töhfə vermişdir. Düşünürəm ki, digər milli mədəniyyətlər kimi, Azərbaycan kitab mədəniyyəti rus mədəniyyəti ilə əlaqədə layiqli yerini tutur. Buna görə festivalın millətlərarası əhəmiyyəti var. Mənim əsərlərim bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur. Mən burada avtoqrafımla çoxlu kitab paylamışam. İstərdim ki, tale yolum hələ uzun illər Azərbaycandan keçsin mən, budəfəki kimi, öz kitablarımı gətirib Azərbaycan oxucularına hədiyyə edim".
Xatırladaq ki, Rusiya nümayəndə heyəti Azərbaycana müxtəlif - hərbi, bədii-publisistik, detektiv sairə mövzularda 15 min nəşr gətirmişdir. Kitabların bir hissəsi Heydər Əliyev Fonduna təqdim olunmuş, digər hissəsi satılır (satışdan əldə olunan vəsait uşaq kitabxanalarının inkişafına yönəldiləcəkdir), qalanı isə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına veriləcəkdir.

 

Azərbaycan.-2006.- 19 sentyabr.- S. 3.