Əsədov B.
Birinci
Beynəlxalq Rus kitabı festivalı Bakıda keçirilir
Azərbaycanda Rusiya ili
çərçivəsində bu gün Bakıda Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin və Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin təşəbbüsü və
dəstəyi ilə Birinci Beynəlxalq Rus kitabı
festivalı başlayır.
Festivalın təşkilatçıları Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Kütləvi
Kommunikasiyalar Federal Agentliyi, habelə Rusiya İnformasiya
Teleqraf Agentliyi - İTAR-TASS-dır. Bu dostluq bayramında
çağdaş rus kitabının yaradılmasında
müstəsna xidmətlər göstərmiş 150
nəfərə qədər şair, nasir, publisist və
dövlət xadimindən ibarət nüfuzlu
nümayəndə heyəti iştirak edir. Onların
arasında Çingiz Aytmatov, Oljas Süleymenov, Veronika Dolina,
Tatyana Ustinova, Eduard Uspenski, Vera Pavlova, David Markis, Aleksandr
Ebonidze və başqaları kimi dünyada tanınmış
nüfuzlu qələm sahibləri var.
Maraqlı və zəngin tədbirlər proqramı olan
festival ulu öndər Heydər Əliyevin memorialını
və Şəhidlər xiyabanını ziyarətdən sonra
Milli parkdakı Əl Oyunları sarayında açılacaq.
Burada təşkil edilmiş kitab sərgi-yarmarkasında
tamaşaçılara Rusiya nəşriyyatlarının
minlərlə çap məhsulu təqdim olunacaq. Festival
başa çatdıqdan sonra on beş mindən çox kitab
təmənnasız Mədəniyyət və Turizm Nazirliyinin
tabeliyindəki kitabxanalara paylanacaq.
Festival günlərində Azərbaycan Yazıçılar
Birliyində "Şərq və Qərb şairləri,
Puşkin və Nizami ənənələri" mövzusunda
dəyirmi masa, Azərbaycan Dövlət Filarmoniyasında
poeziya gecəsi keçiriləcək. Respublikamızın
görkəmli incəsənət ustaları, qonaqlar
şəhər sakinləri qarşısında möhtəşəm
konsert proqramı ilə çıxış
edəcəklər. Rusiyalı yazarlar və naşirlər
Bakı Slavyan Universitetində, Xaçmaz, Şamaxı və
Quba rayonlarında ictimaiyyətin nümayəndələri
və oxucularla görüşəcəklər.
Azərbaycan.-2006.-15 sentyabr.- S. 7.