Əliyeva İ.

Azərbaycan və Rusiya arasında munasibətlər bütün istiqamətlərdə inkişaf edir

 

"Azərbaycanda rus dilinə böyük məhəbbətlə yanaşırlar. Rus dilinin ölkəmizdə saxlanması bizim üçün çox vacibdir. Azərbaycanda tədrisin rus dilində aparıldığı məktəblər 300-dən çoxdur. Bu baxımdan biz fəxr edə bilərik ki, SSRİ dağıldıqdan sonra belə məktəblərin sayı azalmadı, harada tədris rus dilində aparılırdısa, eləcə saxlanmışdır.".

İlham Əliyev

Müstəqil Azərbaycan ilə Rusiya arasında münasibətlərin intensiv inkişaf prosesinin bünövrəsi 2001-ci ilin yanvarında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə ilk rəsmi səfəri zamanı qoyuldu. Məhz həmin səfərdən sonra iki ölkə arasındakı münasibətlərə yeni baxış göstərdi ki, iqtisadiyyatımızın, təhsilimizin, elmimizin, mədəniyyətimizin, habelə digər sahələrin daha sürətli inkişafı üçün qarşılıqlı əlaqələrin mühüm əhəmiyyəti var. Bu cəhətdən aparılan danışıqlar, yüksək səviyyəli görüşlər, mühüm sənədlərin imzalanması, bir çox problemlərlə bağlı razılaşmalar səmərəli nəticələr verdi. Hazırda iki dövlət arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunu biz bu günlər Azərbaycanda Rusiya ili çərçivəsində keçirilən Birinci Beynəlxalq Rus kitabı festivalında da əyani şəkildə nıüşahidə etdik. Rusiya Azərbaycanın yaxın qonşusu, regionda dünya siyasətində aparıcı rola malik ölkələrdən biridir.

Diplomatik münasibətlərin uğurla qurulmasında xalqlan mədəni-tarixi bağlılığı da mühüm rol oynayır. Azərbaycan iqtidarı Rusiya ilə əlaqələrin inkişafında bu amili daim diqqət mərkəzində saxlayır. Bir sıra MDB respublikalandan fərqli olaraq, bu gün Azərbaycanda yüksək tolerantlıq mühiti hökm sürür, rus dilinin inkişafına, rusdilli əhali üçün nəzərdə tutulmuş məktəblərin fəaliyyətinə normal şərait yaradılır. Hazırda respublikamızda 300-dən artıq məktəbdə rus dili mükəmməl səviyyədə tədris olunur. Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Rus dilində mətbu nəşrlərin sayı 20-dən çoxdur. Bu, sovet dövründə olduğundan daha artıqdır. Azərbaycan televiziya kanallarında rus dilində verilişlər aparılır. Rusiyanın iki əsas televiziya kanalı hesab olunan ORT və RTR kanalları ölkəmizdə yayımlanır. Bir sözlə, Azərbaycanda rus dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük hörmət bəslənilir. Klassik və müasir Rusiya yazıçılarının əsərlərinə, elmi və digər nəşrlərə güclü maraq var.

İki ölkə xalqları arasında elm və təhsil sahəsində də əlaqələr genişlənir. Rusiya Federasiyası Türkiyədən sonra Azərbaycan vətəndaşlarının istər dövlət, istərsə də qeyri-dövlət xətti ilə ən çox təhsil aldığı ölkədir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər sabit inkişaf xarakteri aldı. 1997-ci ildən başlayaraq Rusiyanın ali məktəblərinə 100-ə yaxın azərbaycanlı tələbə təhsil almağa göndərildi. Bu, 1997-ci ildə imzalanmış "Ticarət-iqtisadiyyat, elmi-texniki, mədəni sahələrdə əməkdaşlıq haqqında" hökumətlərarası saziş əsasında həyata keçirilirdi. 2000-2001-ci tədris ilində Rusiya ali məktəblərində artıq 136 nəfər Azərbaycan vətəndaşı dövlət xətti ilə təhsillərini davam etdirirdilər.

2002-ci ilin fevral ayında hər iki ölkənin təhsil nazirləri arasında imzalanmış əməkdaşlıq protokolu tələbə mübadiləsinin inkişafına yeni təkan verdi. İmzalanmış sənədin müddəaları çərçivəsində Rusiya tərəfi bu ölkənin ali məktəblərində Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaları üçün hər il müəyyən sayda yer ayırır. Bu isə hələ ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycanlı gənclərin Rusiya ali məktəblərində təhsil alma ənənəsinin yenidən  bərpasına  istiqamətlənmiş addım idi.

Rusiya tərəfindən Azərbaycana ayrılan kontingent çərçivəsində 2002-2003-cü tədris ilində ölkənin ali məktəblərində təhsil almaq üçün bu ölkəyə 28 (10 nəfər Azərbaycandakı rus icmasının nümayəndəsi idi), 2003-2004-cü tədris ilində 38,  2004-2005-ci tədris ilində isə 37 tələbə, aspirant, doktorant göndərilmişdir. 2004-2005-ci tədris ilindən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətinə əsasən Rusiyada Azərbaycan diasporunun təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələrinə 21 yer ayrılmışdır. Bununla da Rusiyadakı diasporumuzun nümayəndələri bu ölkənin müxtəlif vilayətlərində fəaliyyət göstərən təhsil müəssisələrində oxumaq hüququ qazanmışlar. Ümumilikdə 2004-2005-ci tədris ilində Rusiya ali məktəblərində 150 nəfər Azərbaycan vətəndaşı təhsil alırdı. 2006- ildə isə daha 45 azərbaycanlı gənc Rusiya ali məktəblərinə qəbul olunmuşdur.

Tələbələrimiz Moskvanın ən nüfuzlu ali təhsil ocaqlarında - M.V.Lomonosov adına MDU-da, Moskva Maliyyə Akademiyasında, Rusiya Dövlət Tibb Universitetində, D.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində, M.Qubkin adına Dövlət Neft Qaz Akademiyasında, Moskva Dövlət Cihazqayırma İnformatika Akademiyasında, G.V.PIexanov adına Rusiya İqtisadiyyat Akademiyasında, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında digər universitetlərdə təhsil alırlar. Hazırda 173 azərbaycanlı tələbə bu ali məktəblərdə sosiologiya, tətbiqi riyaziyyat, dünya iqtisadiyyatı, maliyyə-kredit pul tədavülü, sahibkarlıq fəaliyyətinin təşkili, iqtisadiyyatda informasiya sistemləri, dəniz, neft qaz təsisatları, aviasiya mühərrikləri energetika qurğuları, məhsulun keyfiyyətinə nəzarət menecment başqa ixtisaslara yiyələnirlər.

Rusiyada təhsillərini başa vurmuş məzunların bəziləri fərqlənmə diplomu almış həmin ali məktəblərin növbəti pilləsində oxumaq hüququ qazanmışlar, 4 nəfər doktoranturada, 32 nəfər aspiranturada, 15 nəfər isə klinik ordinaturada saxlanmışdır.

Azərbaycan Rusiya təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında mövcud sənədlərə əsasən müntəzəm olaraq digər tədbirlər həyata keçirilir. Ölkəmizdə fəaliyyət göstərən, təlimi rus dilində olan ümumtəhsil məktəblərinin dərsliklərlə təminatına qonşu dövlət yardım göstərir. Bakı Slavyan Universitetinin rus dili ədəbiyyatı bazasının möhkəmlənməsi inkişafında, müvafiq ixtisaslar üzrə kadrların hazırlanmasında qonşu ölkənin köməyindən geniş istifadə olunur. Moskvadakı Azərbaycan etno-mədəni komponentli 157 saylı orta məktəbin şagirdlərinin yay tətili dövründə Azərbaycanda istirahəti təşkil olunur.

İki ölkə arasında əməkdaşlığın inkişafında ali məktəblərin birbaşa əlaqələri xüsusi əhəmiyyət daşıyır. Məktəblərarası əməkdaşlıq keçmiş SSRİ dövründə mövcud olmuş əlaqələrin yenidən bərpası, yaxud yeni əlaqələrin qurulması şəklində özünü göstərir. Səmərəli əlaqələr quran ali məktəblərdən biri Bakı Dövlət Universitetidir. 2000-ci ilin fevralında BDU MDU-nun rektorları arasında müqavilə imzalanmışdır. Bu müqavilədə ali təhsil elmi tədqiqatlar sahəsində əməkdaşlığın müxtəlif sahələri ilə yanaşı, tələbə aspirantların qarşıqlı mübadiləsi nəzərdə tutulmuşdur. Hər il BDU-nun birinci kursunu bitirmiş 10-15 nəfər tələbə aspirant müvafiq ixtisaslar üzrə təhsillərini davam etdirmək üçün Moskva Dövlət Universitetinə göndərilirlər. Həmin tələbələr təhsil xərclərindən azaddırlar onlara Rusiya vətəndaşları olan tələbə aspirantlara ödənilən məbləğdə təqaüd verilir. BDU Sankt-Peterburq Universiteti, Novosibirsk Dövlət Universiteti, Kazan Dövlət Universiteti Ufa Dövlət Universiteti ilə sıx əlaqələr saxlayır.

Rusiya ilə geniş əməkdaşlıq edən məktəblərdən biri Bakı Slavyan Universitetidir. Bu ali məktəbin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Rusiya EA-nın Dilçilik İnstitutu ilə sıx əlaqələri vardır. 2000-ci ildə Moskva hökumətinin köməyi ilə Bakı Slavyan Universitetində Rusiya Tədris Mədəniyyət Mərkəzi (Moskva auditoriyası) yaradılmışdır. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəzin zəngin kitabxana fondu var.

2003-cü ilin sentyabrında Rusiya Federasiyası Prezidentinin xanımı, Rus Dilinin İnkişafı Mərkəzi Fondunun prezidenti Lyudmila Putina Azərbaycanda səfərdə olarkən Bakı Slavyan Universitetinə gəlmiş burada "Rus kitabı" guşəsini açmışdır.

Rusiyada güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Burada yaşayan azərbaycanlılar ictimai-siyasi, sosial-iqtisadi, mədəni, elmi sahələrdə çalışır, dövlətçiliyin möhkəmlənməsinə, ikitərəfli əlaqələrə öz layiqli töhfələrini verirlər. Bu gün ən önəmli amil odur ki, ölkələrimizin əməkdaşlıq əlaqələri dövlət başçıları səviyyəsində himayə olunur. Həm Azərbaycan Prezidenti, həm Rusiya Prezidenti tərəfindən bütün sahələrdə əlaqələrin inkişafı ilə bağlı verilən bütün tapşırıqlar ən yüksək səviyyədə həyata keçirilir, təkliflər nəzərə alınır.

 

Azərbaycan.- 2006.- 17 sentyabr.- S. 4.