İçərişəhərlə tanışlıq

Bakıda keçirilən Birinci Beynəlxalq Rus Kitabı festivalının iştirakçıları sentyabrın 16-da Bakının görməli yerlərini gəzmiş, İçərişəhərlə, o cümlədən Miniatür kitab muzeyi, Şirvanşahlar sarayı kompleksi ilə tanış olmuşlar.
Qonaqlar xalqımızın zəngin tarixi keçmişinin yadigarlarına maraqla tamaşa etmiş, gördüklərindən məmnun qalmışlar. Onlara məlumat verilmişdir ki, Bakıda qədim abidələrin qorunub saxlanmasına, inkişafına dövlət tərəfindən hərtərəfli diqqət qayğı göstərilir. Azərbaycan Prezidentinin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu yaradılmışdır.
Belə maddi-mənəvi dəyərlərin bütün bəşəriyyətə məxsus olduğunu bildirən qonaqlar Bakıda tarixin qədim dövrlərinin yadigarı olan abidələrlə yeni ucaldılan binalar arasında harmoniyanın saxlanmasının vacibliyini vurğulamışlar.
Qız qalasından Xəzəri seyr edən qonaqlarda Milli Park da xoş təəssürat doğurmuşdur.

 

Azərbaycan.-17 sentyabr.- S. 4.