İsmayılzadə M.
I beynəlxalq rus
kitabı sərgisində
Bakıda keçirilən I beynəlxalq rus kitabı sərgisinin iştirakçıları üçün ilk gün maraqlı tədbirlər proqramı ilə yadda qaldı. Festivalın təntənəli açılışından sonra qonaqları ölkə Prezidenti İlham Əliyev qəbul etdi. Qonaqların Heydər Əliyev Fondunda millət vəkili Mehriban xanım Əliyeva ilə görüşü də maraqlı oldu. Azərbaycan Yazıçılar Birliyində görüşdən sonra Azərbaycan Dövlət Filarmoniyasında "Poeziya gecəsi" keçirildi.
Festivalın ikinci günü tədbir iştirakçılarının bir hissəsi respublikamızın səfalı guşələrinə-Şamaxıya, Quba və Xaçmaza yola düşdü. Bakı Slavyan Universitetində görüşdən sonra Atatürk mərkəzində "Rus-Azsrbaycan ədəbiyyatında zaman əlaqəsi" adlı dəyirmi masa keçirildi.
Qonaqlar İçərişəhər, Şirvanşahlar muzeyi və digər tarixi abidələrə də səyahət etdilər.
Çingiz Aytmatov, Qırğızıstanın xalq yazıçısı:
- Azərbaycana, doğma Bakı şəhərinə gəlişimdən çox şərəf duyur və sevinc hissləri keçirirəm. Mənim Bakıda çoxlu dostlarım, eyni zamanda saysız-hesabsız oxucularım var. Əsərlərimin, demək olar ki, hamısı Bakıda çap olunub.
Azərbaycan
ədəbiyyatı qədim
və tarixi ənənələri olan
diyardır. Onları sadalasam, böyük bir siyahı alınar. Sadəcə, bu xalqın
ədəbiyyat korifeylərinin
sayı başqa ölkələrdən çoxdur.
I beynəlxalq
rus kitabı festivalının keçirilməsi
olduqca qiymətli və önəmli bir hadisədir. Qeyd etdiyim
kimi, bu mənə oxucularım və sənət dostlarımla yenidən görüşmək imkanı
yaratdı. Ədəbi əlaqələrin
güclənməsi ədəbiyyata
olduqca müsbət təsir göstərəcək.
Belə tədbirlərin davamlı
olması biz yazıçılara
da böyük sevinc bəxş edir.
Nikolay Sventitski,
"Rusiya-Klub" Beynəlxalq
Mədəniyyət Cəmiyyətinin
prezidenti:
- Tədbir çox möhtəşəm
bir şəraitdə
keçir. Festivalın proqramı maraqlıdır.
İkinci gündür ki,
Bakıdayıq. Ümummilli lider
Heydər Əliyevin məzarını, Şəhidlər
Xiyabanını ziyarət
etməyim yaddaşımdan
silinməyəcək. Heydər Əliyev dünyaşöhrətli
siyasətçilərdən biridir.
Bakı qonaqpərvər şəhərdir. Mən bunu
nəyəsə görə
yox, öz gördüklərimə inandıqdan
sonra deyirəm. Şəhər həm də
günü-gündən gözəlləşir.
Bu festival təkcə kitab bayramı deyil. Mən burada çoxdan görmək istədiyim dostlarımla yenidən görüşdüm. Bax bu əsil bayramdır.
Respublika.- 2006.- 17 sentyabr.- S. 3.