Mixail Qusman: "Azərbaycanda rus mədəniyyəti həmişə
yüksək dəyərləndirilib"
Azərbaycanda rus mədəniyyəti həmişə
yüksək qiymətləndirilib.
Bu barədə
"Trend"ə eksklüziv
olaraq Azərbaycanda I Beynəlxalq rus kitabı festivalında
iştirak edən "İTAR-TASS"ın baş direktorunun
birinci müavini Mixail Qusman bəyan edib.
Şadam
ki, I Beynəlxalq rus kitabı festivalı məhz Bakıda, mənim
Vətənimdə keçirilir",
Azərbaycanda həm Azərbaycan, həm də rus dilində yazan yazıçılar yaşayıblar və bu gün də
yaşayırlar. Onlar Anar, Maqsud və
Rüstəm İbrahimbəyovlar,
Elçindir. Bu insanlara həm rus, həm də
Azərbaycan sözü
eyni dərəcədə
yaxındır.
M. Qusmanın qeyd etdiyi kimi,
Azərbaycanda həmişə
rus ədəbiyyatı
tarixinə və klassikasına böyük
maraqla yanaşılıb.
"Biz ilk dəfə deyil ki, buradayıq.
Bu ənənənin təməli çox illər bundan öncə Azərbaycanın
eks-prezidenti Heydər Əliyev tərəfindən
qoyulub. O zaman
məhz burada - Bakıda rus və sovet ədəbiyyatı
festivalı keçirilmişdi.
Bu gün isə Prezident İlham Əliyevin himayəsi altında bu ənənənin yeni mərhələsi yaşanır. Bu, 30 il bundan qabaq
bünövrəsi qoyulmuş
ənənələrin real
və konket davamıdır", - deyə
o bildirib.
Üç nöqtə. -2006.- 16
sentyabr.- S. 18.