Mədəniyyət Turizm Nazirliyi ilə İslam Təhsil, ElMədəniyyət Təşkilatı arasında əməkdaşlıq haqqında m   protokol imzalanmışdır

 

Sentyabrın 11-də "Gülüstan" sarayında İKT ölkələri turizm nazirlərinin V Konfransı çərçivəsində Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi ilə İslam Təhsil, Elm Mədəniyyət Təşkilatı (İSESKO) arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi olmuşdur. Sənədi nazir Əbülfəs Qarayev İSESKO-nun baş katibi Əbdüləziz əl-Varci imzalamışlar.
Sənədin müddəalarına uyğun olaraq, İSESKO-nun iqamətgahında Azərbaycan mədəniyyəti günləri, ölkəmizdə isə İSESKO mədəniyyəti həftəsi keçiriləcək, musiqi kollektivlərinin qastrolları, sərgilər, xalq sənəti, kitab nəşri, kinematoqrafiya sahəsində əməkdaşlığı genişləndirmək tədbirləri planlaşdırılır. Gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmək, konkret layihələrə dair qərarlar hazırlamaq məqsədi ilə nazirliyin İSESKO-nun birgə iclaslarını da keçirmək nəzərdə tutulur.
Ə.Qarayev imzalanmış sənədin əhəmiyyətindən danışaraq demişdir ki, bununla da Azərbaycan ilə İSESKO arasında əməkdaşlığın yeni mərhələsi açılır. Ölkəmiz İKT çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edir. Məsələn, islam ölkələri mədəniyyət nazirlərinin 2004-cü ildə Əlcəzairdə keçirilən konfransında Azərbaycan 2005-2008-ci illərdə islam dünyası üçün mədəni strategiyanın tətbiqi üzrə Məşvərət Şurasının üzvü seçilmişdir. Bu isə son illər beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasından Avropa ilə Asiya arasında, bir növ, mədəni körpü olan Azərbaycanın nadir coğrafi-siyasi mövqeyindən xəbər verir. Bundan başqa, son üç ayda ölkəmizdə İKT tərəfindən təşkil edilmiş bir neçə mühüm forum keçirilmişdir.
İSESKO-nun baş katibi bildirmişdir ki, onun başçılıq etdiyi təşkilat Azərbaycanın mədəni irsinə qarşı Ermənistanın təcavüzkar əməllərini pisləyir, bu əməllər beynəlxalq hüquqa ziddir. Azərbaycanın mədəniyyət abidələri ümumdünya irsidir İSESKO işğal olunmuş Azərbaycan ərazilərində ermənilərin törətdikləri vəhşiliyə dair faktları dünya ictimaiyyətinə mötəbər beynəlxalq təşkilatlara çatdıracaqdır.

 

Azərbaycan.-2006.-12 sentyabr.- S. 3.