Rus Kitabı bayramı başa çatdı

 

Azərbaycanda Rusiya İli çərçivəsində keçirilən ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilən Birinci Beynəlxalq Rus Kitabı festivalı sentyabrın 16-da başa çatmışdır.
Festivalın sonuncu günü rus kitablarının yarmarka-satış sərgisi keçirilmişdir. Yarmarka bakılıların çox böyük marağına səbəb olmuşdur. Tarix fəlsəfə, bədii ədəbiyyat uşaq ədəbiyyatı, dərsliklər, çağdaş müəlliflərin əsərləri s. kitabsevərlər üçün əsl hədiyyə idi. Yarmarkaya gələnlər nəşrlərin çeşidlərindən , qiymətlərindən razı qalmış, onun təşkilatçılarına minnətdarlığını bildirmişlər. Yekdil arzu belə idi ki, bu cür festivallar mütəmadi keçirilsin, belə tədbirlər Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə təkan verəcəkdir.

 

Azərbaycan.-2006.- 17 sentyabr.- S. 4.