Rus Kitabı festivalının iştirakçıları Bakı Slavyan  Universitetində olmuşlar

 

Sentyabrın 16-da Bakı Slavyan Universiteti professor-müəllim heyəti tələbələrinin Birinci Beynəlxalq Rus Kitabı festivalının iştirakçıları ilə görüşü keçirilmişdir.
BSU-nun rektoru, professor Kamal Abdullayev qonaqları - əsərlərindən yaxşı tanıdığımız, təkcə Rusiyada deyil, həm dünyada məşhur ədəbiyyatçıları, yazıçıları, şairləri səmimi salamlamışdır.
Tənqidçi, tərcüməçi, Qorki adına Ədəbiyyat İnstitutunun keçmiş rektoru Yevgeni Sidorov qonaqları təqdim edərək xatırlatmışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəvəti ilə vaxtilə Bakıya gəlmiş, burada institutda təhsil almaq üçün istedadlı gəncləri seçmişdi.
Məşhur yazıçı Çingiz Aytmatov tələbə müəllimləri qırğız dilində salamlayaraq demişdir: "Gənclərlə görüşlərin mənim üçün həmişə xüsusi əhəmiyyəti var. Nə qədər ki, gənc nəsil mənim kitablarıma maraq göstərir, özümü xoşbəxt sanıram. Fürsətdən istifadə edərək demək istəyirəm ki, mənim yeni "Dağlar dağılanda" romanım "Drujba narodov" jurnalının 7-ci nömrəsində dərc edilmişdir. Bir həftədən sonra Moskvada Sankt-Peterburqda romanın nəşrinə başlanacaqdır. Bu roman müasir həyatımızdan bəhs edir. Mən hər birimizə toxunan qloballaşmanı yeni dünyada insan taleyini təsvir etməyə çalışmışam.
Kitab bütün biliklərin, bütün mədəniyyətlərin məcmusudur, televizor kompüter heç vaxt onu əvəz edə bilməz. O həmişə bizim yanımızda olmalıdır. Rus kitabına gəldikdə isə, hətta küçədə bir dənə rus dilində lövhə asılmasa, bu, hələ heç nəyə işarə deyildir. Rus dili bizdən ötrü milli mühitdən kənara çıxmaq üçün daxili aləmimizi dərk etmək vasitəsi olmuş olacaqdır. O bizi dünya orbitinə çıxarır. Bir çox yazıçılar, o cümlədən Azərbaycan yazıçıları rus dilinə tərcümə sayəsində tanınmışlar. Bunu mən öz barəmdə deyə bilərəm. Mənim bir çox kitablarım dünya meydanına rus dili sayəsində çıxmışdır".
Çingiz Aytmatov tələbələrə uğurlar Bakı Slavyan Universitetinə tərəqqi arzulamışdır.
Sonda qonaqlar öz kitablarını BSU-nun kitabxanasına hədiyyə etmişlər.

 

Azərbaycan.-2006.- 17 sentyabr.- S. 4.