Birinci beynəlxalq rus kitabı festivalı çərçivəsində
sentyabrın 15-də Müslüm
Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasında poeziya
gecəsi keçirilmişdir.
Tədbiri aparan SSRİ xalq
artisti Mixail Kozakov gecəyə Boris
Pasternakın şeirləri ilə başladı. Ona
bu böyük şairi
görmək və dinləmək səadəti
qismət olmuşdur.
O dedi ki, poeziya, ədəbiyyat hər cür sədd və sərhədlərdən asılı olmayaraq, bizi birləşdirən sahədir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirdi ki, sentyabrın 15 günü ərzində
paytaxtımızda bir çox
mədəni hadisələr
baş vermişdir —
“Şərq-Qərb” kinofestivalı keçirildi, təxminən
elə həmin günlərdə İsrail
yazıçıları Bakıda oldular.
İndi isə Azərbaycanda
rus kitabı bayramı keçirilir. Zənnimcə, bu, Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin mədəniyyət sahəsində,
xalqları yaxınlaşdırmaq sahəsində
apardığı və indi
Prezident İlham Əliyevin
həyata keçirdiyi
siyasətin davamıdır. Mədəniyyətlərin,
ədəbiyyatların əlaqəsi xalqların yaxınlaşması
deməkdir, bu, bizi bir-birimizdən uzaqlaşmağa
qoymur.
Böyüyüb başa
çatdığımız, yetişdiyimiz
mədəni məkan
qorunub saxlanmalıdır. Ona
görə də belə görüşlər
bizim üçün
çox gərəklidir.
Sonra o, Boris Pasternakın Azərbaycan dilinə çevirdiyi şeirlərini oxudu.
Şair, yazıçı, Qazaxıstanın YUNESKO- dakı nümayəndəsi Oljas Süleymenov, şairlərdən
Veronika Dolina, Oleq Xlebnikov, Azərbaycan şairi Alina Talıbova mətbu sözünün əhəmiyyətinə
və vacibliyinə həsr etdikləri şeirlərini oxudular.
Poeziya gecəsində
digər xarici ölkələrin aparıcı naşirləri, yazıçıları, şairləri, jurnalistləri
də iştirak edirdilər.
Xalq qəzeti.-2006.-16 sentyabr.- S. 5.