Birinci Beynəlxalq Rus Kitabı festivalının bir qrup iştirakçısı sentyabrın 16-da Şamaxıda olmuşdur. Şəhərin
girəcəyində qonaqları şərbətlə, gül-çiçəklə qarşılamışlar. Qarşılayanlar arasında rayonun Çuxuryurd, Qızmeydan,
Nağaraxana və Cabanı kəndlərində yaşayan rusların və ukraynalıların nümayəndələri də var idi. Qonaqlara məlumat verilmişdir ki, hazırda rayonda 1000 nəfərə yaxın rus və ukraynalı yaşayır.
Festival iştirakçıları əvvəlcə şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edərək əklil qoymuşlar. Sonra onlar "Azsəmənd" avtomobil
və "STAR" televizor
zavodlarında olmuşlar.
İstehsal prosesləri ilə maraqlanan qonaqlara Şamaxıda iqtisadiyyatın inkişafı sahəsində görülən işlər
barədə də ətraflı məlumat verilmişdir.
Şamaxı Olimpiya İdman Kompleksi ilə tanışlıq da festival iştirakçılarında böyük maraq doğurmuşdur.
Günün ikinci yarısında qonaqlar dahi Azərbaycan şairi Sabirin ev-muzeyinə gəlmişlər. Burada onlara şairin həyat və fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Qonaqların bir çoxu böyük satirik şairin yaradıcılığı
ilə
Daha sonra
şəhərdəki 2 nömrəli orta məktəbdə rayon ziyalıları ilə görüş keçirilmişdir. Azərbaycanın qədim şəhərlərindən olan Şamaxı haqqında, burada doğulub yüksək sənət zirvələrini fəth edən Xaqani, Nəsimi, Seyid Əzim Şirvani, Sabir kimi qüdrətli şairlər barədə məlumat verilmişdir.
Festival iştirakçılarından Valentin Lavrov, Eduard Uspenski, "Znamya" jurnalının
baş redaktoru Sergey Çuprinin görüşdə
çıxış edərək
səmimi qonaqpərvərliyə
görə minnətdarlıqlarını
bildirmiş, buraya səfərin onlarda zəngin təəssürat
doğurduğunu vurğulamışlar.
Məktəblilərin ifasında rus şairlərinin şeirləri, rus mahnı və rəqsləri alqışlarla qarşılanmışdır.
Şamaxıya səfərdən xatirə olaraq qonaqlara üzərində Azərbaycanın görkəmli söz ustalarının portretləri toxunmuş nəfis xalçalar
hədiyyə edilmişdir.