Azərbaycan Prezidentinin səfərinə həsr edilmiş fotosərgi

 

Ağsu rayon mərkəzləşdirilmiş kitabxana sistemində Prezident İlham Əliyevin bu il iyunun 30-da Ağsuya səfərinə həsr edilmiş fotosərgi açılmışdır. Buradakı şəkillər, səfərlə bağlı materiallar və digər sənədlər tərtibatı və zənginliyi ilə diqqəti cəlb edir.
Sərgidə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ağsu, Ucar və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2006-cı il 24 avqust tarixli sərəncamı, həmin sərəncama dair tədbirlər planı da nümayiş etdirilir.
Fotosərgidə ulu öndərimiz Heydər Əliyevin 1981-ci ildə Ağsuda unudulmaz görüşlərini əks etdirən “Ağsunun ağ günləri” adlı guşə də yaradılmışdır.

 

Azərbaycan.-2006.-14 sentyabr.- S. 2/