Əliyeva M.
Uşaq İnformasiya mərkəzi
Açıq Cəmiyyət
İnstitutu Yardım Fondunun
maliyyə
dəstəyi ilə adına
Respublika anası Kürdəmir Rayon
Mərkəzləşdirilıniş Kitabxana Sistemində seminar-treninq
keçirmişdir. Seminar treninqi M.F. Axıındov adına Respublika Dövlət
Kitabxanasının əməhdaşları Mələk
Hacıyeva, Kərim Tahirov, Səmayə Quliyeva, Tamilə
Həsənova, Xuraman İsmayılova və Nazlı
Şahbazova aparmışlar.
Seminar-treninqdə Kürdəmir
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Rayon
Uşaq Kitabxanası və bir neçə kənd kitabxana
fılialının kitabxana işçiləri iştirak
etmişlər.
Açıq Cəmiyyət
İnstitutu Yardım Fondu Kitabxanalar Proqramı
çərçivəsində kitabxanaların funksional
inkişafı, həmçinin avtomatlaşdırma
prosesinə kömək məqsədilə müsabiqə elan
etmişdir.
Açıq Cəmiyyət
İnstitutu Yardım Fondunun kitabxanalara kömək
məqsədilə keçirdiyi bu müsabiqədə yeddi rayonun
kitabxana işçiləri iştirak etmişlər və
həmin rayonun üçü qalib gələrək qrant
almışdır.
Həmin qaliblərdən biri də Kürdəmir Rayon Uşaq Kitabxanası olmuşdur. 2550 ABŞ dolları məbləği dəyərində kompüter dəsti alınıb verilmişdir.
Kürdəmir Rayon Uşaq Kitabxanası bu kompüter vasitəsilə internet şəbəkəsinə qoşulmuşdur.
Son iki il ərzində rayonumuzda mədəniyyətin inkişafı xeyli yüksəlmişdir. Belə ki, rayonumuzda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təmiri, "Gənc heydərçilər" Mədəniyyət və İncəsənət parkının tikintisi, Kürdəmir Dövlət Rəsm Qalereyasının açılışı, kənd kitaxana filiallarının, kənd mədəniyyət evi və klublarının təmiri, yeni binalara köçürülməsi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim Babayevin əvəzsiz zəhmətinin nəticəsidir.
Onun köməyi ilə uşaq kitabxanası üçün bina ayrıldı. Bina təmir edilib uşaqların ixtiyarına verildi. Bu da balaca oxucularımız
üçün ən
böyük hədiyyə
oldu.
Kürdəmir Rayon Uşaq
Kitabxanasının yarım
əsrdən çox
tarixi vardır. 50 ildən çoxdur ki, uşaq kitabxanası
öz oxucularına yüksək səviyyədə
xidmət edir. İllər keçdikcə
kitabxananın fondu böyüyür, oxucuların
sayı çoxalır.
İndi uşaq kitabxanasının kitab fondu 5400 nüsxədir. Bu
fond vasitəsi ilə
2000-dən artıq oxucuya
xidmət göstərilir.
Gələcəyimiz olan məktəbli oxucuların
elmi biliklərə dərindən yiyələnməsi,
uşaqların dünyagörüşünün
formalaşması və
onların asudə vaxtlarının səmərəli
təşkili üçün
uşaq kitabxanası xeyli iş görmüşdür.
Məktəbli oxucuların
sorğularını öyrənmək,
onların marağını
istiqamətləndirmək məqsədi
ilə elmin müxtəlif sahələri
üzrə ədəbiyyatların
təbliği kitabxananın
əsas iş prinsipidir.
Gənc nəslin
mənəviyyatca zəngin,
yüksək əxlaqlı
vətəndaş kimi
formalaşması üçün
elmin müxtəlif sahələri üzrə
ədəbiyyatların təbliğinə
burada xüsusi fıkir verilir.
Uşaqlarda hərbi-vətənpərvərlik
ruhunu yüksəltmək
məqsədilə kitabxanalarda
sərgilər təşkil
olunur, uşaqlarla fərdi və kütləvi söhbətlər
aparılır.
Uşaqlar arasında
Azərbaycan tarixinə
dair ədəbiyyatlar
təbliğ olunur. Bu
təbliğat əyani
və şifahi formada aparılır.
Kitabxana əsasən
14 yaşına qədər
uşaqlara xidmət edir. 1 və 3-cü sinif şagirdlərinə
isə kitabxana səyyar yolla xidmət göstərir.
Uşaq kitabxanasına
9 nəfərdən ibarət
Fəallar şurası
seçilmişdir. Həmin
fəalların köməyi
ilə kitabları gecikdirən oxucuların evlərinə gedişlər
olunur, evlərarası
xidmət işi təşkil olunur.
Rübdə bir dəfədən az olmayaraq Şura üzvlərinin uşaq kitabxanasında iclası keçirilir, onlarla fərdi söhbətlər
aparılır.
Uşaq kitabxanasında
əlamətdar tarixi günlərlə bağlı
sərgilər təşkil
olunur, bu sərgilərə dair tədbirlər keçirilir.
Dürriyə Seyidova
1986-cı ildə BDU-nun kitabxanaçılıq
fakültəsini bitirib.
O, əvvəlcə kitabxanaçı,
daha sonra isə uşaq kitabxanasının müdiri
işləmişdir.
Uşaq kitabxanasında
3 nəfər kitabxanaçı
çalışır: Nərgiz
İsayeva, İlhamə
Hüseynova, Gülşən
Mustafayeva.
Dürriyə Seyidova həm də gözəl təbliğatçıdır.
Yeni gələn kitabları əvvəlcə
özü oxuyur, kitabxanaçılarla müzakirə
edir. Daha sonra isə bu kitablar oxucular
tərəfindən istifadə
olunur.
Kitabxanada "Nağıllar
aləmində", "Dünyamız
uşaqların gözü
ilə" və sair daimi guşələr
vardır ki, bu da balaca
oxucularımız tərəfindən
çox böyük maraqla qarşılanır.
Bu yaxınlarda Kürdəmir rayon uşaq
kitabxanasında "Uşaq
İnformasiya Mərkəzi"nin
açılışı olmuşdur. Açılışda
Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı
cənab Nazim Babayev başda olmaqla icra hakimiyyətinin
nümayəndələri, Kürdəmir rayon xalq hakimi Təranə Hüseynova, bütün idarə və təşkilatların nümayəndələri
iştirak etmişlər.
Tədbiri Kürdəmir
Rayon Mədəniyyət Şöbəsinin
müdiri Vaqif Alıyev açaraq bütün qonaqlan salamlamış və onlara "Uşaq İnformasiya Mərkəzi"nin
açılışında iştirak etdiklərinə
görə öz minnətdarlığını bildirmişdir.
Vaqif Alıyev öz çıxışında
qeyd etmişdir ki, rayonumuzun icra başçısı
cənab Nazim Babayevin diqqəti və qayğısı nəticəsində Kürdəmir
rayonunun mədəniyyəti
xeyli inkişaf etmişdir. 2 il bundan qabaq yeri
olmayan uşaq kitabxanasının indi yaraşıqlı binada yerləşdirilməsi, Kürdəmir
"Uşaq İnformasiya
Mərkəzi" üçün
ümumi sahəsi 40 kv.m. olan 2 otağın
ayrılması və
tam təmir olunaraq kitabxanaya verilməsi, həmin mərkəzə
elektron telefon xətti çəkilməsi
rayonumuzun icra başçısının böyük
qayğısının nəticəsidir.
Vaqif müəllim bu qayğıya görə bütün mədəniyyət işçiləri
adından Nazim müəllimə öz minnətdarlığını bildirdi və başçıya söz
verdi ki, bütün mədəniyyət
işçiləri öz
əməli işləri
ilə onun bu əvəzsiz zəhmətini itirməyəcəklər.
Gənc heydərçilər
umummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şerlərlə qonaqlar qarşısında çıxış
etmişlər.
Sonra uşaq kitabxanasının müdiri
Dürriyə Seyidova,
məktəbli Ellada İsmayılova və b. çıxış etmişlər
ki, müasir kitabxana təkcə kitabxanaçı funksiyasını
yerinə yetirmir. Bu günün kitabxanası qlobal informasiya mənbəyidir. Elmin və texnologiyanın son nailiyyətləri artıq
dünyanın ən inkişaf etmiş ölkələrinin kitabxanasında
təbliğ edilərək
oxucuya xidmət işində istifadə olunur. Açıq Cəmiyyət İnstitutu
Yardım fondunun kitabxanaların avtomatlaşdırılması
məqsədilə gördüyü
işlər bu günümüz üçün
ən dəyərli bir vasitədir.
Sonda Kürdəmir
Rayon İcra Hakimiyyətinin
başçısı Nazim
Babayev çıxış
edərək ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü
və alman faşizmi üzərində
qələbənin 59-cü ildönümü münasibətilə
bütün tədbir
iştirakçılarını təbrik etmiş və bu tədbirin
həmin xoş günə təsadüf etməsini kürdəmirlilərin
ümummilli liderimizə
olan məhəbbəti
kimi dəyərləndirmişdir.
Rayon icra başçısı
eyni zamanda "Uşaq İnformasıya Mərkəzinin" və
internet şəbəkəsinin böyük əhəmiyyətindən
damşmışdır. İndi
uşaq kitabxanası
internet vasitəsilə respublikanın
bütün kitabxanaları
ilə əlaqə saxlaya biləcək.
Mədəni-maarif işi.- 2006.- ¹
7.- S. 16-17.