"Aleksandr Düma Qafqazda" layihəsinin iştirakcıları
Şəkidə olub
Avropa Şurasının Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyi ilə birgə həyata keçirdiyi
"Aleksandr Düma Qafqazda" layihəsinin iştirakçıları Şəki
şəhərində olublar. Şəhər icra hakimiyyətində keçirilən görüşdə
fransalı qonaqları
səmimi salamlayan icra hakimiyyətinin başçısı Nazim
İbrahimov Şəkinin
tarixi, mədəniyyəti,
adət-ənənələri, turizm imkanları barədə məlumat verib. Ölkələrimiz arasında dostluğun
və mədəni əlaqələrin daha da genişləndirilməsi
və möhkəmləndirilməsində
belə görüşlərin
böyük əhəmiyyətini
vurğulayıb. Nümayəndə heyətinin üzvləri Avropa Şurası tərəfindən geniş
dəstəklənən bu
layihənin xalqlarımız
arasında mədəni-tarixi
əlaqələrin genişlənməsinə
və çoxtərəfli
əməkdaşlığın möhkəmləndirilməsinə müsbət təsir göstərəcəyini bildiriblər.
Qonaqlara görkəmli fransız yazıçısı Aleksandr
Dümanın XIX əsrin
ortalarında Rusiyaya və Qafqaza tarixi səfəri, o cümlədən 1859-cu ilin
martında Şəkidə
olarkən keçirdiyi
görüş-lər barədə
məlumat verilib.
Bildirilib
ki, Şəkiyə səfəri yazıçıda
dərin təəssürat
buraxıb. O, şəhərin
qədim yaşayış
məhəllələrini gəzib,
Şəki xanlarının
sarayında, Aşağı
Karvansarada olmuş, bazarda alış-veriş
də edib. Yazıçı Şəkinin o zamankı
tanınmış ziyalılarından
olan Şəmsəddin
Əbdülqəni Əfəndi
Nuxəvinin evində qalıb. Ev sahibinin zəngin
kitabxanası qonağın
çox xoşuna gəlib və yazıçı bir neçə kitabın ona satılmasını xahiş
edib. Ev sahibi isə
cavabında "Kitab insanın dostudur, insan öz dostunu
satarmı?"deyib. Bununla belə,
o, qonağa bir neçə əlyazma verib. Şəki ilə tanışlıqdan
sonra Aleksandr Düma Pelerburq və Moskva haqqında təəssüratların
artıq onun üçün çox maraqsız olduğunu bildirib. Görüşdən xatirə olaraq
qonaqlara şəhərin
gerbi əks olunmuş suvenir, habelə Şəki ilə bağlı buklet və kitablar hədiyyə edilib. Avropalı ekspertlər Şəkinin
görməli yerlərini
gəzmiş və tarixi abidələri ilə
Palitra.- 2006.- 5 sentyabr.- S. 12.