Mövsümova S.

 

Dövlət Uşaq Kitabxanası avtomatlaşdırılmış kompüter sisteminə keçib

Direktor kitabxana üçün xüsusi bina tikilməsini ona milli kitabxana statusu verilməsini istəyir

 

Firudin bəy Köçərli adına Dövlət Uşaq Kitabxanası 1965-ci ildə Maksim Oorki adına kitabxananın nəzdində fəaliyyətə başlayıb. Kitabxananın direktoru F. Qasımovanın sözlərinə görə, kitabxana yarandığı vaxtdan respublika ərazisində 4 filialı, hər rayonda isə bir şöbəsi fəaliyyət göstərir. Hazırda Mədəniyyət Turizm Nazirliyinin tabeçiliyindədir.

Bir neçə il əvvəl kitabxanaları narahat edən əsas məsələ latın qrafikasına keçid yeni əlifbada çap olunmuş kitabların verilməsi idi: "O zaman məktəblər latın qrafikasına keçsələr , biz onlara heç bir kitab tapıb verə bilmədiyimiz üçün çox narahat idik. Uzun müddət bu cür çətinliklərlə rastlaşsaq da, sonradan mərhum prezidentimiz Heydər Əliyevin sərancamı icra edilərək nəşr olunmuş kitablar hədiyyə olaraq hətta ən ucqar kəndlərə göndərildi. İlk əvvəllər yeni əlifba ilə kitablar tələsik çap olunması səbəbindən kitablarda daha çox texniki xətalara yol verilirdi".

F.Qasımovanı hazırda narahat edən digər məsələ isə dövlət hesabına çapı nəzərdə tutulan 500-ə qədər ədəbiyyatın nəşrinin ləngiməsidir. Buna baxmayaraq Fizurə xanım kitabların çap olunacağına ümid bəsləyir: "Abdullä Şaiqin Abbas Səhhətin əsərləri, eləcə Uşaq Ədəbiyyatı Antalogiyası artıq çap olunub. Mikayıl Rzaquluzadə, Xanımana Əlibəyli digər gözəl uşaq yazıçılarımız var ki, onların da kitablarının, həmçinin xarici uşaq ədəbiyyatının çap olunmasına ehtiyac var".

F. Qasımovanın uşaqların marağını təmin edə biləcək maraqlı təkliflərindən biri ayrıca uşaq nəşriyyatının yaradılmasıdır: 'Təxminən 1956-cı ilə qədər "Uşaq-Gənclər" nəşriyyatı olub. Hazırda isə ən fəal çalışan özəl nəşriyyatlardır. Dövlət nəşriyyatları isə maliyyə çətinliyi ilə qarşılaşır. Elə nəşriyyatlar da var ki, işləsələr , bizə lazım olan kitabları çap etmirlər. Elələri var ki, əl ilə çap olunur həmin kitablar istifadəsiz olaraq rəflərimizdə artıq yer tutur. Mən istərdim ki, uşaqların intellektual səviyyəsini yüksəldən kitablar çap olunsun".

Bu səbəbdən F.Qasımova kitabxananın ayrıca nəşriyyatının olmasını istəyir: "Vaxtilə "Gənclik" nəşriyyatına ildə bir dəfə böyük bir siyahı verirdik. Həmin siyahıya əsasən, bütün kitablarımız nəşr edilirdi. Lakin təəssüflər olsün ki, kiril əlifbası ilə çap olunurdu. İndi bizim ayrıca nəşriyyatımız olsa, ürəyimiz istəyən kitabı sifariş edə bilərik".

Fizurə xanım həm uzun illərin kitabxana rəhbərliyində çalışdığından onun xarici ölkələrin, xüsusən keçmiş sovet dövlətlərinin kitabxanaları ilə bağlı müqayisəli fikirləri var, Belə ki, onun ən ümdə arzusu həmin ölkələrdə uşaq kitabxanaları üçün yaradılmış şəraitin bizim kitabxanalara da tətbiq edilməsidir: "Moskva Dövlət Kitabxanasında Uşaqlar üçün kitab klubu fəaliyyət göstərir. Həmin kitabxanaya biz üzv olmuşuq. Mən belə bir klubun respublikamızda da olmasını istərdim. Mən belə düşünürəm ki, bu cür klub bütün uşaq kitablarının respublikaya yayılmasına kömək edə bilər. Bu klub kitabxana nəzdində, ya da başqa bir müəssisə kimi açılsa yaxşı olar. Burada gözəl poliqrafiya üsulu ilə kitablar nəşr olunar. Moskvadan nəfis şəkildə çap olunmuş uşaq kitabları alınmalıdır. Çünki, uşaqlar şəkilli rəngli kitablara üstünlük verirlər."

F.Qasımova xüsusi uşaq kitabxanasının tikilməsini təklif edir: "Bizim kitabxanamızın binası yoxdur. Moskvada uşaq kitabxanasının ayrıca 3 mərtəbəli geniş binası var. Orada yuxarı mərtəbədən aşağıya doğru böyük bir çilçıraq asılıb ki, həmin çilçıraq ətrafa şölələnəndə kitabxanada bayram yaşandığı uşaqlara bəlli olur. Orada uşaqların özlərinin təşkil etdiyi nağıl otaqlarından tutmuş idman zallarına qədər gözəl əlverişli şərait var.

Ukraynada isə uşaq kitabxanası meşənin içərisində tikilib. Həmin kitabxana bir neçə il bundan qabaq istifadəyə verilib. Kitabxananın açılışı ərəfəsində istifadəçilərin süd, kofe, bulka ilə pulsuz olaraq təmin edilməsi haqqında da qərar verilib. Mən orada olarkən belə söyləyirdilər ki, uşaq səhər kitabxanaya gəlir buradan çıxmaq istəmir. Kitabxananın gözəl nağıl otaqları, iqlimə uyğun meşə atmosferi uşağı oxuyub öyrənməyə həvəsləndirir. Mən  Nəsimi parkında bu cür şəraiti olan kitabxana tikilməsini istərdim".

Onu da deyək ki, hazırda uşaqların kitaba olan marağının azalması müşahidə olunsa da, F.Köçərli adına Uşaq kitabxanasında oxucuların sayı son vaxtlar artıb. "İl boyu 19 min oxucumuz olur. Fondumuzda sayı 217 min nüsxə ədəbiyyat var. Latın qrafikalı ədəbiyyatımızın sayı 22500-ə qədərdir".

Fizurə xanımın sözlərinə onu da əlavə etmək istərdik ki, xaricdə kitabxanalarda mədəniyyətin təbliği çox güclü olur. Belə ki, ayda bir dəfə kitabxanalarda mədəniyyətlə bağlı filmlər nümayiş olunur. Çünki xaricilər mədəniyyətin təbliğini ən güclü təbliğat hesab edir. Bizim kitabxanalardan fərqli olaraq orada tədbirlər keçirilmir. Çünki, qanuna görə, kitabxanalar çox sakit olmalıdır. Hətta oxucular kitabxanada bir az bərk danışsalar, bu oxucular kitabxana qaydalarını pozmuş hesab olunurlar dərhal kitabxanadan xaric edilirlər. Kitabxanada əlamətdar tarixi günlərlə bağlı tədbirlər xüsusi binada keçirilir. Tədbirlər üçün nəzərdə tutulmuş binalar kitabxanaya yaxın binada olmamalıdır. Çünki kitabxanalarda sakitlik pozula bilər.

Keçmiş sovet ölkələrində fərqli kitabxana səviyyəsini görən F.Qasımova milli kitabxanamızın bu səviyyədə olmamasını istəsə , hazırkı vəziyyətlə kifayətlənməli olur: "Kitabxanamızın hazırkı təmirli vəziyyətini respublika səviyyəsinə görə qənaətbəxş hesab etmək olar. Ərazinin ətraf məktəbləri ilə əlaqələrimiz var. Kitabxanada teatr studiyamız fəaliyyətdədir. Bu "Körpəm" eksperimental teatrıdır ki, 1996-cı ildə ilk dəfə bu kitabxanada işə başlayıb. Bu teatrın uşaqların inkişafında çox böyük rolu var. Mart ayından isə "Körpəm" eksperimental uşaq jurnalı buraxırıq. Həmin jurnalı bütün rayonlara göndərirfk. Sentyabr buraxılışını məktəblərə göndərəcəyik".

Kitabxana bu il avqust ayından avtomatlaşdırılmış proqram alıb: "Hazırda bizim bütün fondumuz latın qrafikası rus ədəbiyyatları da daxil olmaqla avtomatlaşdırılmış proqrama keçib. Belə ki, kitabxanamız kompüterləşib elektron kataloqu vasitəsilə oxuculara xidmət göstərir. Kitabxanaya gələn hər bir oxucu ilk öncə kompüterin qarşısına keçir, lazım olan kitabın adını tapır, kompüter vasitəsilə həmin kitabın hansı rəfdə neçə nömrəli kitab olduğunu öyrənir. Bundan sonra oxucu həmin kitabı rahat əldə edə bilir. Kitab götürən oxucuların kompüterdə kodları olur. Həmin kodlar oxucuların şəkilləri yapışdırılmış kartoçkalara yazılır. Soros fondundan 3 iayihəni udduğumuza görə, kitabxanamıza həmçinin 10-a yaxın kompüter avadanlığı da yerləşdirilib. Bu layihəiərə multi-media, internet kitabların yenidən bərpası daxildir. Kitabxanamızda həmçinin 2000 uşağa kompüterin əsasları internet təmənnasız olaraq tədris edilir. Bu yaxınlarda internet üçün modul almışıq ki, bütün dünya kitabxanalarına çıxış olsun ki, kitablarımızı bütün ölkələr oxuya bilsin. Bir sözlə, kitabxana oxuculara yüksək xidmət göstərir. Hətta imtahana hazırlaşan tələbələr axşamdan səhərə qədər bu kitabxanada oturub imtahana hazırlaşa bilərlər".

Lakin Fizurə xanımın sözlərinə görə, oxucular üçün dərslik proqramları alınsa da, çox uşaqlar bununla maraqlanmır. Onlar internet klublarında maraqsız oyunlara daha çox meyl göstərirlər. Bu həm uşaqların tərbiyəsinə, həm hərtərəfli maariflənməsinə mane olur". Proqramın həyata keçirilməsi təşəbbüsü Mədəniyyət Turizm Nazirliyi tərəfindən edilib. Hazırda mən Uşaq kitabxanalarının milli kitabxana statusu olması haqqında nazirlikdə məsələ qaldırmışam".

 

Paritet.- 2006.- 2-4 sentyabr.- S. 11.