Nəşriyyatlar qəzetləri Milli Kitabxanaya göndərmir

Oxucular "Xalq Cəbhəsi" qəzetini bu kitabxanada tapa bilər

 

Bu gün Azərbaycanda çoxlu qəzet-jurnallar çıxır. Təəssüf ki, bunların əksəriyyəti saylarının sabaha qalması haqqında düşünmür: sovet dövründə hər bir qəzet-jurnalın sayları məcburi qaydada kitabxanaya göndərilirdi. "Kitabxana işi haqqmda" "Nəşriyyat işi haqqında" qanunlar var. Hər iki qänunun müvafıq maddələrində göstərilir ki, bütün qəzet-jurnal redaksiyaları, poliqrafiya müəssisələri çap etdiyi məhsullardan qanunvericiliklə müəyyən olunmuş kitabxanalara pulsuz məcburi nüsxə göndərməlidirlər. Respublika Milli Kitabxanasının direktoru Kərim Tahirovu da bu məsələ ciddi narahat edir: "Hər qəzet-jurnal, eləcə nəşriyyat özünün hər bir nömrəsindən məcburi olaraq 2 nüsxə Milli Kitabxanaya göndərməlidir. Bu gün Azərbaycanda xeyli sayda qəzet-jurnallar çıxır, nəşriyyatlar fəaliyyət göstərir, amma çoxu bu qaydaya əməl etmir. Ona görə məcburiyyət qarşısında qalıb bir sıra qəzetləri abunə yolu ilə alırıq. Yalnız "Azərbaycan" "SBS", "Elm" nəşriyyatlarında çap olunan qəzetlər gəlir. "Ekspress", "Çap Evi" nəşr etdiyi qəzet-jurnalları, çap məhsullarını bizə göndərmir. Qalan qəzetləri almağımız yalnız redaksiyların ümidinə qalır. Redaksiya kefi istəyirsə, göndərir, unudanda göndərmir. Bu vəziyyətə təəssüf edirəm. Təsəvvür edin ki, bu sahəylə məşğul olan şöbənin əməkdaşları daim həmin redaksiyalarla əlaqə saxlayır, inandırmağa çalışırlar ki, kitabxanaya məcburi nüsxələrin göndərilməsi zəruridir. Lap tutalım, filan qəzet bundan sonra uzun illər ərzində çap olunacaq. Əslində bütün qəzetlər maraqlı olmalıdır ki, çap etdikləri qəzet Milli Kitabxanada sabaha qalsın. Dövlət Kitab Palatası da bizim kitabxana ilə birləşdirilib. Sabah bu ya digər qəzeti axtaran ona lazım olan sayı yalnız bizim kitabxanadan tapa bilər. Heç kəs təminat verə bilməz ki, bu ya digər redaksiya uzun illər ərzində çap olunmuş nüsxələrini özü saxlaya biləcək. Çünki istər-istəməz yer problemi, saxlanma şəraiti məsələsi var. Amma bizdə bununla bağlı xüsusi şəraitimiz var. Burada ötən əsrin əvvəllərində çap olunmuş "Həyat", "Kəşkül", "Ziyayi-Qafqaziyyə", "Şərqi-rus" başqa qəzetlərin bütün nüsxələri qayğı ilə qorunur. "Əkinçi", "İrşad", "Molla Nəsrəddin", "Füyuzat" kimi qəzet-jurnallarımız da bu qəbildəndir. Redaksiyalar sabah qəzetlərinin tədqiqata cəlb olunması baxımından sözügedən qaydaya ciddi əməl etməlidirlər. Təəssüf ki, bəziləri bu reallığı qəbul etmək istəmirlər. Əgər qəzetlərimizin hamısı bizə rnəcburi nüsxələri göndərsələr, o zaman bura sərf etməyə məcbur olduğumuz pulu xarici nəşrlərin alınmasına yönəldərik. Qoy naşirlərimiz bu məsələni tarix qarşısında bir vəzifə borcu kimi qəbul etsinlər."

Qeyd edək ki, "Xalq Cəbhəsi" qəzetinin hər sayı nəşr olunduğu "SBS" nəşriyyatı tərəfindən müntəzəm olaraq başqa qəzetlərlə birgə Milli Kitabxanaya göndərilir. Qəzetlər burada qeydə alınır, oxucuların ixtiyarına verilir, sonra yığılaraq cildlənir, sabaha saxlanılır.

 

Xalq cəbhəsi.- 2006.- 1 sentyabr.- S. 14.