Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
"İnformasiya
əldə etmək haqqında" Azərbaycan Respublikası
Qanununun icrasını təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli
529 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Bələdiyyə sifarişlərinin verilməsi
Qaydaları"nın (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, N7, maddə 466; 2002-ci il, N12,
maddə 725) 10-cu bəndinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Bələdiyyələr bələdiyyə
sifarişlərinin şərtləri və nəticəsi
barədə məlumatları qanunvericiliklə
müəyyən edilmiş üsullarla açıqlayır.".
2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr
tarixli 934 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Milli Arxiv
İdarəsi haqqında Əsasnamə"nin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, N9 maddə
485; N10, maddə 910) 8.21-ci bəndində "şəxsi
həyatı (onların sağlamlığı, ailə və
şəxsi həyatı, əmlak vəziyyəti)"
sözləri "şəxsi və ailə
həyatı" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr
tarixli 134 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası Əhalisinin
Dövlət Registrinin aparılması qaydası haqqında
Əsasnamə"yə (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, N10, maddə 790)
aşağıdakı əlavələr edilsin:
3.1. 20-ci bəndə aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
"İnformasiya əldə etmək haqqında"
Azərbaycan Respublikasının Qanununa əsasən fərdi
məlumat hesab edilən informasiya yalnız qanunvericiliklə
nəzərdə tutulmuş hallarda və bu informasiyanı
əldə etmək hüququna malik şəxslərə
təqdim edilir.";
3.2. 25-ci bənddə "12-ci maddəsinə"
sözlərindən sonra "və "İnformasiya
əldə etmək haqqında" Azərbaycan
Respublikasının Qanununa" sözləri əlavə
edilsin.
4. Bu fərman dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2006-cı il
Azərbaycan.-2006.-
29 sentyabr.- S. 2.