Azərbaycan qüdrətli ölkədir, onunla əməkdaşlıq etmək bizim üçün şərəflidir

Bu fikri Mədəniyyət Turizm naziri ilə görüşdə Misirin MDB ölkələri i Texniki Əməkdaşlıq Fondunun Baş katibi bəyan etmişdir

 

 Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev sentyabrın 10-da "Hyatt Park" mehmanxanasında Misirin MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun baş katibi səfir Vahid Cəlal ilə görüşmüşdür.

Qonağı səmimi salamlayan nazir Azərbaycanın islam ölkələri, o cümlədən Misir ilə əlaqələrinin ildən-ilə genişləndirdiyini faktlarla diqqətə çatdırmış respublikamızın bu əlaqələrin sıx əməkdaşlığa çevrilməsində maraqlı olduğunu vurğulamışdır. Nazir demişdir ki, tezliklə Azərbaycan Milli kitabxanası Qahirə Kitabxanası arasında saziş imzalanacaqdır. Qahirə muzeyləri ilə təcrübə mübadiləsi aparılır. Azərbaycanın bölgələrində muzeylərin sayının artdığı bir zamanda bu mübadilə çox əhəmiyyətlidir.

Əbülfəs Qarayev son illər ölkəmizdə turizmin, turizm servisinin inkişafına diqqət yetirildiyini, sahə ilə bağlı infrastruktur yaradıldığını, Azərbaycanı dünyaya tanıtmaq üçün müəyyən layihələrin reallaşdırıldığını bildirmişdir. O, xüsusi qeyd etmişdir ki, bu sahədə böyük təcrübəsi olan Misirdən çox şey öyrənə bilərik.

Vahid lal təmsil etdiyi Fondun Azərbaycanla əməkdaşlığına dair faktları xatırlatmış əmin etmişdir ki, bu əməkdaşlığın daha da genişlənməsi üçün əlindən gələni əsirgəməyəcəkdir. Qonaq demişdir: "Azərbaycan qüdrətli ölkədir, onunla əməkdaşlıq etmək bizim üçün şərəflidir".

Görüşdə Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Yusif Əhməd İbrahim əl Şarkavi iştirak etmişdir.

 

Respublika.- 2006.- 12 sentyabr.- S. 4.